04.03.2020

KORONAVİRUS ABŞ-IN BİOLOJİ SİLAHIDIR

Bir rus alim və bioloqu deyir ki, Amerika illər boyu bioloji silahlar istehsal və onlardan istifadə edib, lakin indiyədək heç bir beynəlxalq təşkilata cavadeh olmayıbdır.
Bir rus alim və bioloqu belə bir sualı ortaya qoyub: Çinlilər min illərdir ki, müxtəlif heyvanları yeyirlər, bəs nə üçün ötən 20 il ərzində onda koronavirus kimi xəstəliklkər meydana gəlib?
O Amerikanın bu ölkədən xaricdə qeyri-adi sınaqlar üçün laboratoriyalar yaratmaq üzrə cinayətlərinə işarə edərək vurğulayıb: Koronavirus amerikalıların öz düşmənlərini kənara itələmək üçün istifadə etdiyi bioloji silahıdır.
Keçmişdə Rusiya Bioloji Silahlar Komitəsində fəaliyyət göstərmiş İqor Nikulin "Russiya Əlyəum" telekanalı ilə müsahibədə "Koronavirus insan əli ilə düzəldilən virusdur, yoxsa doğrudan da sanitariya məsələlərinə riayət edilməməsindən və Çində bəzi yeməklər və heyvanlardan keçən bir virusdur?" sualının cavabında deyib: "Məncə, bu məsələ təsadüfi bir məsələ deyil və bu bir plandır. Çin sərhədlərinin ətrafında 25 amerikan bioloji laboratoriyası fəaliyyət göstərir. Qazaxıstan, Qırğızıstan, Laos, Vyetnam, Tayvan, Cənubi Koreya, Filippin, Tailand və Malayziya və hətta Əfqanıstan və Pakistanda, bir sözlə, Çinin ətrafındakı bütün ölkələrdə amerikan bioloji laboratoriyaları mövcuddur".
Nikulin bu cür laboratoriyaların Amerika ərazisində deyil, Çinin ətrafında mövcud olmalarının səbəbi barədə belə deyib: "Zira amerikalılar zahirdə bir sıra müqavilələrə sadiqdirlər, amma öz ölkələrində faciələrin baş verməsinin qarşısını almaq üçün bu laboratoriyaları Amerikadan xaricə köçürüblər".

Sahartv

Комментариев нет:

Отправить комментарий