03.07.2021

İngilis barmağı


Qacar dövründə Osmanlı hökumətinin Tehrandakı səfirliyinin yaxınlığında kiçik bir məscid var idi. Həmin məscidin imam camaatı danışır:
"Bir nəfər rövzəxan hər gün sübh vaxtı məscidə gəlir, eyni rövzəni oxuyur və əhli-sünnəyə qarşı nalayiq sözlər deyirdi. Halbuki səfirliyin əməkdaşları və orada işləyənlər əhli-sünnə idilər, namaz qılmaq üçün həmin məscidə gəlirdilər.
Bir gün ona dedim:
- Sən nə üçün hər gün eyni rövzəni oxuyursan və nalayiq sözlərini təkrar edirsən? Başqa rövzə bilmirsənmi?
Dedi:
- Bilirəm, ancaq bir nəfər hər gün mənə 5 rial pul verir və bu rövzəni oxumağımı istəyir.
Rövzəxandan həmin adamın ünvanını aldım. Onu axtarıb tapdım və bu haqda ondan soruşdum. O dedi ki, pulu verən mən deyiləm. Bir nəfər o məsciddə həmin rövzənin oxunması üçün gündə 20 rial mənə verir. Mən də 5 rial o rövzəxana verirəm və 15 rial özümə qalır.
Mövzunun ardınca düşdüm və araşdırmağa başladım. Nəhayət, 11 vasitədən sonra məlum oldu ki, İngiltərə səfirliyindən bu rövzənin həmin qayda üzrə (şiə İran və əhli-sünnə Osmanlı hökumətləri arasında təfriqə yaratmaq məqsədilə) oxunması üçün hər gün 25 tümən ödənilir. Pul əldən ələ ötürülür və axırda o yazıq rövzəxana 5 rial qalır".

Məhəmmədhüseyn Məhəmmədi, “Hezar o yek hekayəti əxlaqi” kitabından

Təqdim etdi: Afik Əli

Комментариев нет:

Отправить комментарий