İran və İsrail artıq bir neçə müddətdir bir-birilərinə aid yük gəmilərinə hücumlar təşkil edirlər. Trampın İranın neft satışına qadağa qoyması dövründən başlayan hücumlar zamanı İranın 12 neft daşıyan gəmisi hücuma məruz qalıb və qeyri-rəsmi məlumatlara görə bu hücumlar İrana 1 milyard ABŞ dolları dəyərində zərər vurmuşdur. İran da cavab olaraq İsrailə məxsus olan yük gəmilərinə hücumlar təşkil edir.
Əlbəttə bu qeyri-əyani müharibə təkcə gəmilərə hücumlardan ibarət deyil. İranda nüvə proqramı sahəsində işləyən nüvə alimlərinin İsrail tərəfindən terror edilərək qətlə yetirilməsi və İranın cavab olaraq İraqın Ərbil şəhərində İsrail xüsusi xidmət orqanlarına məxsus bazaları raketlərlə vurması da qeyri-əyani müharibəyə aiddir.
Bundan başqa iki ölkənin bir-birinin strateji obyektlərinə qarşı həyata keçirdiyi kiber-hücumlar, hər iki ölkə ərazisində baş verən yanğınlar və bu kimi sabotajlar hamısı neçə müddətdir davam edir.
30 iyul tarixində İsrailə məxsus yük daşıyan gəmiyə hücum edilir və nəticədə bir rumın və bir ingilis olmaqla 2 nəfər gəmi işçisi həyatını itirir. İsrail, ABŞ və Böyük Britaniya dərhal bu hücumda İranı ittiham edirlər. Buna kimi olan hücumlarda indiyədək müşahidə edilməyən şey İranın bu hücumu mütləq şəkildə təkzib etməsi oldu.
Liberiya bayrağı altında üzən İsrailə aid gəmiyə hücumdan dolayı Böyük Britaniya, Rumıniya və Liberiya BMT-ə məktub yazaraq İranın beynəlxalq sularda gəmilərin əmin-amanlıqda üzməsinə təhlükə olduğunu bildirib və buna qarşı tədbir görülməsini istəyib. Həmçinin Oman dənizində, BƏƏ-ə yaxın sularda bir neçə gəminin naməlum səbəblərdən idarəetməni itirdiyi xəbəri yayıldı. Ardınca Britaniyaya məxsus yük gəmisinin silhalı şəxslər tərəfindən ələ keçirildiyi bildirildi. Gəminin iranlılar tərəfindən ələ keçirildiyi və İrana tərəf aparıldığı bildirilsə də, gəmini ələ keçirənlərin qısa bir müddət sonra gəmini tərk etdiklərini və gəminin azad edildiyi xəbəri yayıldı.
İran bu məlumatı həm XİN vasitəsilə və həm Sepah vasitəsilə təkzib edərək bu kimi provakisyaların İrana qarşı bir təxribat olduğunu açıqladı və ölkəyə qarşı hər hansı baş berə biləcək hücuma sərt cavab vermək hüququnu özündə saxladığını bildirib.
30 iyuldan başlayaraq mövzunun durmadan qabardılması və 4 gün sonra iranlıların gəmi oğurlaması xəbəri İrana qarşı bir planın hazırlanmasından xəbər verir ki, hadisələrin növbəti gedişatından məsələnin haraya qədər uzana biləcəyini söyləməyə imkan verəcək.
Комментариев нет:
Отправить комментарий