Nəsimi Həsənov: “Mən dindar deyiləm. Amma İmam Hüseyni sevməmək mümkün deyil. 72 nəfərlə ac-susuz böyük bir orduya qarşı vuruşmaq hünər istər, kişilik istər. Üstəgəl arvad-uşaq yanında ola, diqqətin onlarda ola. Bir də ki İmam Hüseyni Kufə camaatı çağırmışdı, yalvarmışdı. İmam Hüseyn özü ora getməmişdi. Döyüşə gedən arvad-uşaqla getmir. İmam Hüseyn hiylə işlədib "biət" etsəydi söhbətdən çıxacaqdı. Amma özünə, kişiliyinə sığışdırmadı. Bu mərd, igid oğlanı necə sevməyəsən, hörmət etməyəsən?! Burda din priçom?! İstənilən oğlanın uşağını susuz, öldürmək təhlükəsi ilə üz-üzə qoy, nə desən eləyəcək. Amma bu oğlan eləmədi. İstəsəydi Əbu Sufyan, Müaviyə kimi söhbəti fırladıb yalandan biət edib, vaxt qazanıb, sonra güclənib istədiyinə nail ola bilərdi”.
Комментариев нет:
Отправить комментарий