İnanclı insanların bu gün matəm saxlaması niyə axı səni-məni narahat etməlidi?
Verdikləri ehsan bizim pulumuzla verilir ki?
Küçələrdə paylanılan sərin sularda, ehtiyacı olanlara paylanılan yemək və ərzaqlarda pis nə var axı?
Gəlin səmimi bir araşdırma aparaq.
Biz illərdi onlara dedik ki, yalandan başınıza gözünüzə döyürsüz, fürsət düşən kimi onlar da gedib erməni işğalçılarının başına gözünə döyə-döyə qovdular.
Məsələn, elə şəhid Mübarizin uşaqlığı Aşura məclislərində keçib. Yazdığı son məktub da yaşadığı mühiti bəlli edir.
Bu gün yüzlərlə inancı şəhidlərimiz və ailələri də başqa bir misaldı.
Geniş yayılmış iradlarımızdan biri odur ki, bu iki qohum arasında hakimiyyət davasıdı. Əgər elədirsə, bəs hakimiyyət uğrunda bir-birini qıran başqaları niyə yad olunmur?!
Məsələn, qos-qoca Osmanlıda hakimiyyət ugrunda ata ogulu, oğul atanı, qardaş qardaşı, hətta körpə şəhzadələri də öldürürdülər. Niyə yada salan yoxdu onların öldürüldüyü günü?
Bizim bu qədər aqresiyamızın arxasında natamamlıq kompleksi durur.
Şəxsən mən uzun illər arxasınca getdiyim, şəklini evimdə asdıgım liderə baxdım və bir də ayıldım ki, bu kimi liderlərin 90-cı il 20 yanvarda heç birinin burnu da qanamadı!
Yəni lider elə belə olur?!
Kərbəlada Həzrəti Hüseyn məgər özü gizlənib xalqı qırğına verdi ki?
Və ya bizim liderlərin uşaqlarının hansı Birinci və ya İkinci Qarabağ savaşında şəhid olub?
Deyin də! Cavab verin!
Əksinə qrantlar hesabına Avropada öz həyatların yaşayırlar.
Amma İmam Hüseyn mübarizədə özü ilə bərabər ailəsini də qurban verdi.
Xalqın çətin günündə meydanı boş qoyub dağlara çəkilməklə, sakit təbiətdə, təmiz havada zogal aragından vurub türkü söyləməklə liderlik olmur.
Elə bu günlərdə öz xalqın tək qoyub qaçan Əfqanıstan prezidenti kimi.
P.S.: Aşura ilə bağlı bundan qabaq yazdığım statusa görə mesencerə yazıb ki, xanım ali təhsilli adamsız, cəhalətdə ilişib qalmısız. Cavab olaraq Kərbəla və Aşura ilə bağlı söz deyən, əsər yazan "cahillərin" adlarını yazdım. Nəsimi, Məhəmməd Fizuli, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Xurşudbanu Natəvan, Abasqulu aga Bakıxanov, Seyyid Əzim Şirvani, M.Ələkbər Sabir, Aşıq Ələsgər, Aşıq Alı, Qasim bəy Zakir, M.Şəhriyar, M.Əmin Rəsulzadə, Hüseyn Cavid, Üzeyir Hacıbəyov... Neçə saatdı oxuyub, hələ cavab yazmıyıb. Cavab yazsaydı, xarici millətdən olan tanınmış "cahillərin" də adını yazıb göndərəcəkdim.
Sabinə Mirzəyeva
Комментариев нет:
Отправить комментарий