Taliban başçıları bir neçə ay əvvəl Rusiyaya səfərdə söz verdilər ki taliblər bir addım belə Orta Asiya ölkələrinin sərhədinə girməyəcək.
Hətda taliblər belə başa düşurlər ki, bu ərazilərdə söz sahibi kimdi.
Bizim prezident isə "Rusiyanın Ermənistana verdiyi silahların bir hissəsi qənimətlər parkındadı" deməklə Rusiyaya ciddi mesaj verir.
Yaxşı bəs Azərbaycan ordusunun silahları, avtomatları, topları, raketləri, tankları, vertolyotları, təyyarələri, yuk maşınlarından tütmuş hərbi tibbi maşınlarına qədər hansı ölkənin istehsalıdı, Rusiyanın deyilmi?
NATO-ya ləzzət eləmədi Rusiyanın Qarabağ məsələsini təkbaşına həll eləməsi. Ona görə iki NATO ölkəsi biri erməniləri qızışdırır, biri də Azərbaycanı?!
Ukrayna ilə də belə etdilər. Bütün NATO onun arxasında ola-ola, bir gecəyə bir güllə atmadan Krımı tutdu ruslar.
Nə edə bildi NATO? Heç nə.
İndi Ərdoğanın 5 bayraktarına güvənib o səhvi etməməliyik.
Muharibədən qabaq nə söz vermişdiksə onu etməliyik.
Fırlatmağın yeri yoxdu.
Gömrük İttifaqı bütün hallarda indiki quldur gömrüyümüzdən yaxşı olacaq ölkə üçun.
Комментариев нет:
Отправить комментарий