09.08.2021

Avropada qadın zorakılığına və qətllərinə görə Fransa və Böyük Britaniya liderlik edir. Fransa Avropa İttifaqında qadın qətllərinə görə birinci yerdədir. Aİ Statistika xidmətinin məlumatına görə, Fransada hər il ən azı 600, Almaniyada 380, Böyük Britaniyada 227, İtaliyada 140, İspaniyada isə 120 qadın qətlə yetirilir. Bu ölüm hallarının 80 faizi də ailə-məişət zəminində baş verir. Qadınların zorlanması hallarına görə Böyük Britaniya Avropada lider ölkədir. Hər il burada 50 minədək, Fransada 15 min, Almaniyada 8 min, İsveçdə 7 min qadın zorlanır. Eyni zamanda, hər il Böyük Britaniyada 47 min, Almaniyada 25 min, Fransada 22 min, İsveçdə 11 min qadın zorakılığa məruz qalır. Təkcə Böyük Britaniyada hər il 2 milyon məişət zorakılığı hadisəsi qeydə alınır. Ötən il isə Britaniyada polisə məişət zorakılığı ilə əlaqədar 1,7 milyon şikayət daxil olub. İsveçdə isə ötən illərə nəzərən bu il cinsi və məişət zorakılığı 20 faiz artıb. Bütün dünyaya sosial dövlət nümunəsi kimi sırınan İsveçdə də bir ildə 30 min qadın cinsi və məişət zorakılığına məruz qalıb.

Комментариев нет:

Отправить комментарий