Rusiya ordusunun Azərbaycanla Ermənistan sərhədində olması əslində bizim üçün yaxşı xəbər olmalıdır. Bunun baş verməsi o deməkdir ki, delimitasiya prosesi sürətlənəcək.
Delimitasiya prosesinin gecikməsi bizim kimi kiçik dövlətlər hər günə qəpik-quruş itiririksə, Rusiya, Türkiyə və regionun başqa böyük dövlətləri daha böyük gəlirlər itirir.
Zəngəzur dəhlizi heç də NATO-ya xidmət edən deyil, Türkiyə-Azərbaycan, Türkiyə-Rusiya əlaqələrinin, ilk növbədə iqtisadi əlaqələrinin inkişafına səbəb olacaq bir dəhliz olacaq. Bu isə mahiyyət etibarilə avrasiyaçı layihədir.
Ankara-Bakı strateji oxu AİB üçün çox vacibdir. Son yanğınlar həm Zəngəzur dəhlizinin belə günlərdə nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərdi, həm də Türkiyənin, Azərbaycanın, İranın, Rusiyanın bir-birilərindən başqa kömək edə biləcəyi dostunun olmadığını göstərdi. Bu dostluqlar və əlaqələr şəxsi hisslərdən və maraqlardan deyil, zərurətdən doğur. Son hadisələr bir daha göstərdi ki, region ölkələri heç bir tərəfə üz tutmamalıdırlar, heç bir qərbli uzaqdan durub onların köməyinə çatan deyil. Elə öz qonşularımız ilə dost və tərəfdaş, münasibətlərini qoruyub inkişaf etdirmək, bir-birinə daha da çox inteqrasiya etmək lazımdır.
Bu inteqrasiya üçün isə ümumi bir platforma artıq var.
Papağımızı önümüzə qoyub yaxşı-yaxşı fikirləşməliyik. Ya qonşularımızla birləşib böyük bir avrasiyaçı ittifaq qurmalı, ya da hər dəfəsində Türkiyə kimi məyus olmalıyıq. Başqa yolumuz yoxdur.
Комментариев нет:
Отправить комментарий