02.08.2021

Haqlı tərəf sizsiniz

Aftandil Babayev

Çox qəribə bir trend yaranıb. Statuslara baxırsan, əksəriyyət nə üçünsə ciddi-cəhdlə çalışır ki, başqa millətlərin türklərə düşmən olmadığını və pantürklərin düşmən hesab etdiyi dövlətlərin Türkiyənin bəd günündə tez köməyə çatdıqlarını sübut etsin. Bu ideoloji məğlubiyyətdir.
Azərbaycanlılar ermənilərlə "mübarizədə" ermənilərin təyin etdiyi parametrlər əsasında çıxış etməyə məcbur olurdular. Son müharibədə ermənilərin döyüş meydanında böyük güclər tərəfindən "rasxoda verilməsi" olmasaydı, biz ideoloji mübarizədə həmişə ermənilərə məğlub vəziyyətdə idik.
İndi isə Azərbaycanda sivil, çoxmillətli, hüquqi dövlətin yaradılmasına tərəfdar olanlar özləri də bilmədən pantürkizmin təyin etdiyi oyun qaydaları əsasında oynamağa çalışırlar. Bu çox üğursuz mübarizə metodudur və apriori məğlubiyyətə məhkumdur.
Əgər uğurlu mübarizə aparmaq istəyirsinizsə, oyunun şərtlərini özünüz diqtə edin! Heç vaxt düşmənin ittihamları qarşısında bəraətə çalışmayın. Bununla düşmən sizi təyin etdiyi çərçivəyə salmış olur. Çalışın siz ittiham edəsiniz, çünki haqlı tərəf sizsiniz...

Комментариев нет:

Отправить комментарий