09.08.2021

Yaman tez unutdular


Vallah dəhşətdir. Dünənini unudub bu gün soydaşını, ona yardımçı olanları ittiham edənlərə ar olsun!
Deməli məcburi köçkünlərin yaşayışı üçün tam təmənnasız dəstək olan, Biləsuvarda, Şirvanda və başqa bölgələrdə çadır şəhərciyi yaradaraq onları pulsuz ərzaqla təmin eləyən yeganə dövlət İran İslam Respublikası olub. Bunu dəfələrlə mərhum prezidentimiz Heydər Əliyev də dönə-dönə vurğulayaraq, İran prezidentinə öz təşəkkürlərini bildirib.
Həmin bu çadırlarda yaşayan soydaşlarımıza müəyyən müddətdən sonra prezidentimizin ali sərəncamları əsasında gözəl, yaraşıqlı evlər tikilərək bağışlanıldı.
Xülasə, "tısbağa qınından çıxdı, qınını bəyənmədi" məsəli artıq özünü doğrultmağa başladı.
O çadırlarda böyüyən çolma-çocuqlar artıq keçən günləri unudaraq, zamanında Əbülfəzə elə bunları erməni faşistlərindən xilas etmək üçün iki helikopter verməyən Türkiyəni dağın başına qaldırdılar, İranın qarasına döşəyib erməninin qardaşı adlandırmağa başladılar. Və bu gün də belə davam eləyirlər.
"Yaxşılığın buynuzu olur", - deyiblər. Deməli, sosial şəbəkədə insanların ciddi-cəhdlə dedikləri həqiqətləri, prezidentin gördüyü nəhəng işləri, İran dövlətinin nəhəng dəstəyini dəyərləndirmirlərsə, nankor olaraq qoy elə bildiklərini desinlər.
Ədalət bir gün zəfər çalacaq!

Əkrəm Məlikov


Комментариев нет:

Отправить комментарий