13.08.2021

Vasif Seyfullayev - Kaş ki...

Kaş ki, bir quş olub uça biləydim
Dünyanın başına dolanmaq üçün.
Gizli qapıları aça biləydim
Tanrının qəlbinə boylanmaq üçün.

Kaş sual verəydim, bir söz soraydım
Diz çöküb Tanrının qarşısında mən.
"Bəşər övladını niyə yaratdın,
İblisə, şeytana sığınmaq uçün?

Kaş yara biləydim köksünü onun
Bütün "kaş ki"ləri açıb tökməkçün.
Dərdin çatdırardım minin, milyonun,
Haqqın nizamına əncam çəkməkçün.

Bilirsiz nə qədər "kaş ki"lər vardır?
Yetər əbədiyyətə yol çəkmək üçün.
"Kaş ki"lər qarşımda hündür hasardır,
Daha gücüm də yox onu keçməkçün...

Kaş ki, göy üzünə əlim çataydı
Fələyin telinə sığal çəkməkçün.
Kaş ki, üfuqlərdə ruhum yataydı
Bir gün yer üzünə qayıtmaq üçün,
Təzədən dünyaya qayıtmaq üçün...

Комментариев нет:

Отправить комментарий