14.08.2021


Nəsimi Həsənov: “«İran Ermənistana silah daşıyır» və s. kimi söhbət edənlərin statuslarının kommentlərinə bu yalana qarşı daşdan keçən sübutlar, linklər, videolar atılsa belə, onlar yenə dediklərini deyir. Cek London demişkən, “Onlar ulduz tozunu dimdikləyirlər”. İmam Hüseyn də 15 əsr bundan qabaq çıxdı qoşunun qabağına, dedi ki “Məni tanıyırsız? Mən sizin peyğəmbərin boynuna minən, dizində oturan nəvəsiyəm, Xəlifə Əlinin oğluyam, hansı ki çiyni yara olmuşdu gecə xəlvətcə sizlərin qapısına ərzaq daşıyanda”. Dedilər “Bilirik, amma bu bizə girmir, səni öldürəcəyik”. Dedi “Onda heç olmasa uşaqlara su verin, davamız davadı”. Dedilər, xeyr, elə şey yoxdu, dediyimiz dedıxdı. Baxın, indi internet dövründə, fakt, sübut gətirirsən, bunlara girmir, dedikləri dedıxdı. Həmin dalğa, həmin koordinat, həmin nəfəs, həmin qan”.

Комментариев нет:

Отправить комментарий