Jurnalistlər üçün tikilmiş 3-cü binanın təyinatının dəyişdirilməsi ilə əlaqədar edilən müraciətlərlə bağlı dartışmalar davam edir. Bəziləri bunu haqlı, bəziləri isə ədalətsiz hesab edirlər. Odur ki, məsələdən azdan-çoxdan məlumatı olan adam kimi mən də münasibət bildirmək istəyirəm.
Heç kəsə sirr deyil ki, jurnalistlər üçün tikilmiş 1 və 2 ci binalarda Əli Həsənovun rəhbərlik etdiyi mütəşəkkil dəstə kifayət mənzillər ələ keçiriblər. Dəqiq desək, "media kapitanları" həmin binadakı evləri öz aralarında heç kəsdən çəkinmədən müxtəlif adlar altında pay-püşk ediblər.
Belə ki binadakı evlərin əhəmiyyətli hissəsi əvvəlcədən müəyyən edilmiş məbləğ müqabilində KİVDF-dən ildə 120 min və üstəgəl, 30-35 min birdəfəlik maddi yardım alan, günlərini Türkiyədə və bölgələrimizdə kef məclislərində keçirən baş redaktorların iştirakı ilə onların yaxınlarına, qohumlarına, katibələrinə və sevgililərinə verilib.
Bu işdə Əli Həsənov da fəal iştirak edib.
KİVDF Ramiz Mehdiyev və Əli Həsənovun təşəbbüsü ilə yaradılıb və məqsəd isə pul qazanmaq olub. Amma nədənsə 2013-cü ildə Ramiz Mehdiyev geri çəkildi və ona məxsus qəzetin biri bağlandı. Nəticədə həmin qəzetin baş redaktoru işsiz qaldı. Sonra isə kiminsə vasitəsi ilə Əli Həsənovun yanında işə düzəldi.
Beləliklə, meydan Əli Həsənova qaldı və yeyintinin miqyası bir qədər də genişləndi. Qəzetlərə və televiziyaya verilən məbləğin miqdarı artırıldı. Jurnalistlərin maddi sosial vəziyyətinin yaxşılaşdırılması arxa plana keçdi. Əli Həsənov və onun dəstəsinin üzləri sürətlə varlanmağa başladılar. Bəzi məlumatlara görə, Əli Həsənov və başına yığdığı baş redaktorlar elektron media da daxil olmaqla, 10 il ərzində təxminən 76 milyon pul mənimsəyiblər. Korrupsiya o həddə çatdı ki, axırda ölkə başçısı məsələyə müdaxilə etməli oldu və nəticədə Vüqar Səfərli həbs edildi.
Bəs niyə təkcə V.Səfərli? Əslində belə olmamalı idi. Bu işdə baş redaktorlar da dindirilməli, onların məsuliyyəti müəyyənləşməli idi. Çünki dövlətin bəlli qəzetlərə ayırdığı məbləğin bir hissəsini elə bu media kapitanları mənimsəyiblər. Özlərinə villa tikib, maşın alıblar. Bir sözlə, tabeçiliklərində olan əməkdaşların pulunu kəsib, kef içində yaşayıblar.
Əlavə edim ki, qəzetlərin böyük əksəriyyəti dövlət tərəfində ayrılan məbləğ üçün nəzərdə tutulan müsabiqə şərtlərini yerinə yetirməyiblər. Amma müntəzəm olaraq müsabiqədə qalıb gəlib və ildə 120 min manat pul alıblar. Qəzetlərin redaktorları pul verərək Tağı Əhmədovun metroda yaratdığı yayım firmasından arayış alırdılar. Vüqar Səfərlinin də bir yayım şirkəti vardı… Bir sözlə, saxta sənədlərlə müsabiqədə qalib olurdular.
Əslində pul alacaq qəzetləri Əli Həsənov şəxsən özü müəyyənləşdirib. Ayrılmış məbləğin müəyyən hissəsinin "obnaliçka” olunmasını isə Vüqara həvalə edib.
Ev məsələsi də aydındır. Bu işdə Vüqar Səfərli ilə redaktorlar əlbir oldular. Ortada pul olub, tapşırıq olub və s. Əgər istintaq düz getsəydi, indi bir çoxları Vüqarla "xlebnik” olardılar. Amma bu baş vermədi...
Görünür, rəhbərlik vəziyyətdən çıxış kimi belə bir addım atmağa qərar verib. Yoxsa, bu qədər "media kapitanının" istintaqa cəlb edilməsi böyük səs-küyə səbəb ola bilərdi.
Məhəbbət Orucov
KİVDF-nin sabiq əməkdaşı
azpolitika.info
Комментариев нет:
Отправить комментарий