Qırğızıstanda, Fərqanə vadisinin ən iri limanlarından olan Oş hava limanı ərazisində belə bir təyyarə dayanacağı var.
Bura təyyarə detalları üçün əsil bazardır. Bir çox təyyarələrdən mühərrikləri və digər hissələri təkrar istifadə üçün sökülərək daşınıb.
Sovet mirası nə qədər yeyilsə də bitmir ki bitmir. Yaranmış əlverişli tarixi anların və Sovet xalqlarının əziyyəti hesabına qurulan bu boyda sivilizasyon nəaliyyətin qədrini biləydilər!
Bütün istehsal müəssisələrini saxlayıb, modernizasiya edib, azad bazar mühiti qurub, məsələn, ikinci "Avropa Birliyini" yaratmaq olardı. Öz "Şengen" zonamız ola bilərdi. Lakin bu nəaliyyətlərin qədri bilinmədi.
Odeyy 80 milyonluq Türkiyə, qüdrətli ordusu var. Özündən daha böyük, iqtisadi nəhəng Almaniyadan daha müstəqil oyunçudur. Dünyanın siyasi arenasında hətta Çindən də çox səs-sədası gələn bir ölkədir. Amma nooolsun? Bu gün Sovet istehsalı olan 3-5 yanğınsöndürən təyyarənin ümidinə qalıb...
Tahir Abdullayev
Комментариев нет:
Отправить комментарий