Talibanın şəriət qaydaları əsasında Əfqanıstanda həyata keçirdiyi islam üsullu "innovasiyalara" dair nümunələr:
• İnsan alveri. Bir çox Taliban və Əl-Qaidə liderləri, həmçinin Pakistan və ərəb ölkələrindən gələn döyüşçülər Əfqanıstanda insan alveri şəbəkələrinə rəhbərlik edir. İnsan alverinin əsas hədəfləri tacik, özbək, xəzərə və digər qeyri-pəştun millətlərdən olan qadınlardır. Pakistandan və ərəb ölkələrindən gələn döyüşçülər yeni ələ keçirilən ərazilərdən olan evlənməmiş qadınları ailələrinin əlindən alır, onlardan cariyə kimi istifadə edirlər. Bir çox əfqan qadınları isə buna razı olmayaraq, intihar etmək məcburiyyətində qalırlar.
• Qadınların təqib edilməsi. Taliban öz nəzarəti altında olan ərazilərdə qız uşaqlarının məktəbə getməsini qadağan edir və həmin uşaqları məcburi şəkildə mədrəsələrə, Quran öyrənməyə göndərir. Evdən çıxan qadınların yanında mütləq şəkildə bir kişi olmalıdır, həmçinin bütün qadınlar burka (yalnız gözlərin görünə bildiyi başörtüsü) geyinməyə məcburdur. Bu qaydanı pozanlar ictimai şəkildə cəzalandırılır. Cəza yaxşı halda 100 şallaq vurmaqdan ibarətdir.
• Kişi tibbi personalın olduğu yerlərə qadınların girişi qadağandır. Taliban tərəfindən tətbiq edilən qaydalardan birinə əsasən evlərin pəncərələri qara rənglə boyanmalı idi ki, evdəki qadınlar çöldən görünməsin.
• Əfqanıstanda yaşayan hindular və sixlərlə müsəlmanlar arasında məsafə saxlamaq məqsədilə qeyri-müsəlman qadınlar evdən çıxarkən üzərində xüsusi nişan olan sarı rəngli paltar geyinməlidir.
• Mədəni genosid. Talibanın hücumları nəticəsində Əfqanıstan Milli Muzeyində saxlanılan 100 mindən çox artifaktın 80%-i islama qarşı "küfrlü" elan edilərək məhv edildi.
• Puli Xumri şəhərində yerləşən ictimai kitabxana içindəki 55 000-dən çox kitab və əlyazma ilə birlikdə islama qarşı "küfrlü" elan edilərək tamamilə yandırıldı;
• 2001-ci ildə Əfqanıstandakı tarixi Bamiyan Buddaları kompleksi islamda bütlər küfrlü hesab edildiyi üçün partladıldı. Halbuki Bamiyan Buddaları inşa edilərkən islam deyə bir din bu regiona gəlib çatmamışdı.
• Etnik müxtəlifliyi səbəbilə zəngin musiqi mədəniyyətinə sahib olan Əfqanıstanda Talibanın nəzarəti altında olan ərazilərdə milli musiqi də daxil olmaqla, bütün növ musiqilər qadağan edildi, həmçinin ölkə miqyasında bir çox musiqiçi edam edildi.
• Şahmat, futbol oynamaq, çərpələng uçurtmaq, TV izləmək, rəsm çəkmək, heykəl hazırlamaq qadağan edildi. Çərpələng uçurtmağa görə uşaqlara qarşı ictimai cəzalar (şallaq və s.) tətbiq olundu.
Qeyd: Talibanın əsas götürdüyü şəriət qaydaları dünya müsəlmanlarının 56%-nin ibadət etdiyi, Osmanlı və Abbasilər xilafətinin rəsmi dini elan edilmiş Hənəfilik məzhəbinə uyğundur.
Kənan Kərimov
Комментариев нет:
Отправить комментарий