16.12.2011

Ağıla və qəlbə işıq saçan sözlər. XUDBİNLİK

Məşhur filimlərdən hərəkətli fotokadrlar
Xudbinlik axmaqlığın ən bariz nümunəsidir..(Şervud Anderson)
İnsanlar arasındakı anlaşılmazlıqları həll etmək istəyiriksə, xudbinliyə son qoymalıyıq.. (Aristotel)
Dəniz özü üçün dalğalanır, sahilə isə elə gəlir ki, dəniz onun üçün ləpələnir.. (Abbasqulu ağa Bakıxanov)
Ən şərəfli qələbə xudbinlik üzərində qazanılmış qələbədir.. (Pyer Buast)
Xudpəsənd adam özündən başqa heç kəsə fikir vermir.. (Ezop)
Xudbin adam özünü həqiqətdən çox sevir.. (Jozef Juber)
Xudbin insan yaşadığı cəmiyyətin üz qarasıdır..(Baltazar Qrasian)
Yalnız özü üçün yaşayan insan həqiqətən yaşamır.. (Menandr)
Özünü sevən adam üçün tənha qalmaqdan əzablı şey yoxdur.. (Blez Paskal)

Yalnız özünü düşünən heç vaxt kamil ola bilməz..(Platon)
Özünə məftun adam hətta başqalarının xoşbəxtliyinə də razı olar, bir şərtlə ki, bu xoşbəxtliyi onlar üçün özü gətirmiş olsun.. (Jül Renar)
Xudbin adam üçün keçmiş boş bir şey, indi səhra,gələcək isə çürük fındıqdır..(Sofiya Seqyur)
Xudbin adamlar ya başqalarının xoşbəxtəyinə paxıllıq edir, ya da xoşbəxtliyin varlığına inanmaq istəmirlər.. (Jül Simon)
Yalnız özünü düşünən və özünə mənfəət axtaran insan xoşbəxt ola bilməz.. (Litsi Anney Seneka)
Yalnız özü üçün yaşamaq həyatdan sui-istifadə etməkdir..(Uilyam Şekspir)
Özünəməftunluq canlı varlığın ən böyük yoxsulluğudur.. (İohann Kristof Fridrix Şiller)
İnsan şəxsiyyətini alçaldan qüsurlar arasında özünəvurğunluq ən iyrəncidir.. (Uilyam Mayrnis Tekkerey)
Hər kəs bəşəriyyəti dəyişdirmək istəyir, amma heç kəs özünü dəyişdirmək istəmir.. (Lev Nikoleyeviç Tolstoy)
Yalnız öz işinə yarayanlar heç nəyə yaramırlar.. (Mari Fransua Arue Volter)
Bir insana öz yaxşılığı naminə çalışdığı üçün deyil, qonşusunun yaxşılığı üçün çalışmadığına görə xudbin deyilir.. (Riçard Vatli)
İnsanların daxillərindən çıxarıb atacaqları iki şey vardır: xudbinlik və imansızlıq.. (Epikür)
Xudbin daim ən sevdiyi insana, yəni özünə zərər verər.. (Naməlum) 

Xudpəsənd olmasan,xalq səni sevər,
Təvəzökar olan daim yüksələr.. (Əfzələddin Xaqani)

Комментариев нет:

Отправить комментарий