Fəridə Babayeva gənc yazarlardan biridir. Yaradıcılıqa məktəb vaxtlarından başlayıb. Çox şaxəli yaradıcılığa malik Fəridə xanım şeirlərlə yanaşı, kiçik həcmli hekayələr müəllifidir. Şeirlərində əsas mövzu vətən, valideyn, məhəbbət məsələləri ön planda durur. Hazırda Fəridə xanım Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Akademiyasında I kursunda oxuyur.
Bir gün
Ömürdən ayrılıb gedən o illər,
Bəlkədə qəlbimi yaracaq bir gün.
Bir vaxt baxdığın həmin şəkillər,
Nə vaxtsa toz altda qalacaq bir gün.
Yarıma verdıyim yaralı qəlbim,
Bilirdim nə vaxtsa sınacaq bir gün.
Allaha açılan yazan əllərim,
Bilirdim yanıma düşəcək bir gün.
Nə vaxtsa daşlara dəyəcək bir gün.
Sevinci daimi alan əllərim,
Inan ki, kədərdən alacaq bir gün.
........ əyilmir mənim vüqarım,
Nə vaxtsa sevgilim biləcək bir gün.
Qəbrimin üstünə gələndə yarım,
Uşaq tək ağlayıb gedəcək bir gün.
Vətən oğlu unudulmur
Vətən oğlu unudulmur,
Ana torpaq unudulmur.
Yaddan çıxmış sanılsada,
Heç kim kəs unudulmur.
Ağlar ana, ağ birçəklər,
Bəs nə zaman biləcəklər,
Gerçək heç vaxt unudulmur.
Düşməndədir torpağımız,
Xocalımız, Ağdamımız,
Nə rahatdır bu canımız,
Yoxsa Vətən unudulur!!!
Комментариев нет:
Отправить комментарий