27.12.2011

Yəhudi və bəhailərin fəaliyyəti azərbaycanlıların vergiləri hesabınadır


Bu ölkədə yaşayan yəhudi və bəhailərin fəaliyyətləri xalqın vergiləri əsasında təmin olunan dövlət büdcəsi hesabına himayə olunur. Amma bu müsəlman ölkəsində müsəlmanların öz məzhəbi mərasimlərini icra etməyə icazələri yoxdur.
Azərbaycan Respublikasında Yaşayan İranlıları Himayə Cəmiyyətinin sədri Mirqasım Mömini "Fars"a verdiyi müsahibəsində Azərbaycan Respublikasında yaşayan iranlıların öz məzhəbi mərasimlərini keçirməkdə qarşılaşdıqları problemlərə işarə edərəkdedi: "Seyyidüş-şühədaya (ə) əzadarlıq günləri və bu günlərdə məzhəbi mərasimlərin icrasına diqqət etməklə təəssüf olsun ki, Azərbaycan Respublikası dövləti əzadarlarla qeyri-adi rəftar etdi".



O, AR-da 200 mindən artıq iranlının yaşamasına işarə edərək artırdı: "Azəri rəsmilər hər bir məzhəbi mərasim keçirməyin qarşısını aldılar, hətta bəzi iranlı həmvətənlərimiz döyülüb və Azərbaycandan çıxarılacağı ilə təhdid olunublar".
Azərbaycan Respublikasında Yaşayan İranlıları Himayə Cəmiyyətinin sədriAzərbaycan əhalisinin 98%-nin müsəlman olmasına işarə edərək dedi: "Bununla belə öz məzhəbi mərasimlərini keçirməyə icazələri yoxdur. Bu qadağa ölkədə yaşayan iranlılar üçün də problemlər yaradıbdır".
Mömini sözünün davamında dedi: "Azərbaycanda ən çoxu 20 min yəhudi yaşamasına baxmayaraq, 16 sinaqoq Azərbaycan dövləti və Bakı İcra Hakimiyyəti köməyi ilə bərpa olunub və fəaliyyət göstərir. Bu ölkədə yaşayan yəhudi və bəhailərin fəaliyyətləri xalqın vergiləri əsasında təmin olunan dövlət büdcəsi hesabına himayə olunur. Amma bu müsəlman ölkəsində müsəlmanların öz məzhəbi mərasimlərini icra etməyə icazələri yoxdur".


http://www.arannews.ir/az/

Комментариев нет:

Отправить комментарий