16.12.2011

Yəhya Şeyda haqqında bir neçə söz

Sayman Aruz

AYB-nin Güney Azərbaycan Şöbəsi


Yəhya Şeyda 1303 (1924) ilində Təbrizdə anadan olub, Təbrizdə təhsil almış və ömrünün gənc illərində şeir yazmağa üz gətirib və bu günə qədər bir çox dəyərli əsərlərin müəllifi olmuşdur. Şeydanın dillər əzbəri olan «Ay sarı köynək» şeiri xalqımızın şah rejimində olan durumunu təsvirə çəkmişdir: "Ay xəstə quş! Avarə gəzirsən bu diyarı".

Yəhya Şeydanın ədəbi fəaliyyəti çox güclü və uzun muddətli olmuşdur. Şeyda onlarca şairin şeir dəftərlərinə önsöz yazmış, şeirlərini bir dil sərrafı tək araşdırmış, incələmiş və yol göstərmişdir.


Heç kim Şeyda qədər müasir şeirimizlə tanış deyil. Onun üç cildlik «ədəbiyyat ocağı» kitabı, çağdaş ədəbiyyatımızda önəmli və dəyərli bir əsərdir. Böyük ədib, bu əsəri hazırlamağa illər boyu zəhmət çəkib və yüzlərcə çağdaş şairlərimizlə əlaqəyə girərək, şeirlərini ələ gətirib və üç cildlik kitabda toplayıbdır. Bu əsərin ilk cildi 1364 ci ildə işıq üzü görmüşdür.
Yəhya Şeyda  bu əsərin önsözündə belə yazır: «illər boy, dil sitəmi, Azərbaycan ədəbiyyatında təhlukəli faciələr yaratdı. Azərbaycan dili, zəngin və qaydalı bir dil olduğu halda «ləhcə» adlanıb, bir ədə məzdür və şovinistlər tərəffindən bu möhtəşəm diyarın adı «ozve fələc» və dili isə «Moğul töküntüsü» və bəzən də «Osmanlı tilifi» ünvanın özünə almışidi.

İndiyə dək fars dilində yazan şairlər üçün müxtəlif təzkirələr yazılıb və şerlərindən çeşidli örnəklər gətirmişlər. Ancaq türk dilində yazan şairlərə çatanda: «filan şair türk dilində öz əsərlərin yaradıb» sözüylə kifayətlənmişlər və bu zamana dək bir təzkirə belə türkü dilində yazan şaiirlərə ixtisas verməmişlər və çoxlarınin adı, hətta əsərləri itib-batmışdır».
Yeni Avatarlar (3-cÜ hissə)Nəhayət  Yəhya Şeyda İslami inqilabdan sonra sınan qələmlər, qapanmış və sükuta dalmış dillərin açılmasını görərək doğma dillərində yazan şairlərə meydan açır və şeirlərini toplayıb çapa tapşırır. Elimizə töhfə verən  üç cildlik «ədəbiyyat ocağı» əsəri, bir tərəfdən gənc şairlərimizə imkan yaradıb, bir tərəfdən elimizin başını başqa xalqlar qarşısında zirvələrə qaldırıb.
Yəhya Şeydanın dili sadə, odlu və gözəldir. Şeyda özü bir şair olaraq, şeri də yaxşı tanıyır. Şairlərin dilini də tez öyrənir və hünərlərini yaxşı tənqid edə bilir. Bugün yüzlərcə şairimiz, Şeyda-nin onlaraın əsərlərinə yazdığı önsözə görə fəxr edirlər.
Bunlardan əlavə «Məhde Azadi» dərgisində illər boyu dilimizi və şerimizi canli saxlayaraq, dil və mədəniyyətimizə böyük xidmətlər göstərmişdir. İnanırıq ki, xalqımız belə səmimi şair və ədiblərini unutmayacaq.
Ustad  Yəhya Şeyda 1327 (1942)-ci ildən mətbuat dünyasına qədəm qoymuş və bu günə qədər yorulmadan çalışıb. O, müxtəlif dərgilərin türkcə səhifələrini idarə edərək dəyərli əsərləri seçib və bu səfhələri bəzəyibdir. Eyni zamanda ustad Şeyda, şeirin bütün incəliklərini bilən qudrətli bir şairdir. Bu günə qədər onlarca kitabı, fars və ya türkcə yazıb və hətta başqa kitabların yayımlanmasında da əhəmiyyətli rolu olmuşdur. Onun əsərlərindən: «ədəbiyyat ocağı»-inədan əlavə, "odlar vətəni", "nənə xanım", "odlu sözlər", "Sejim Qulu", "Mirzə əli Möcüz"-ün 3 və 4cü  cildini, habelə Təbrizli Saibin divanını və əski Azərbaycanın siyasi tarixini ad aparmaq olar. Bildiyimiz kimi ustadın bir sıra şeirləri xalqımızın dilində əzbər olaraq, dilədən-dilə, ürəkədən ürəyə yol tapır; o cumlədən Şəhriyara yazdığı «Ay sarı köynək» şe'ri çoxlu vətəndaşlarımızın dilində gəzir və mahnısı oxunur.   
 Yəhya Şeyda bir vətənsevər şairdir, canini və ömrünü bu yolda qoymuşdur. O bütün şeirlərində şən nəğmələrlə vətən eşqində çıxış edir:

Ver mənə bir badə saqi, Azərbaycan eşqinə
Ondakı şan və şərafət, pak vicdan eşqinə.
Mən ona pabəstəyəm, çan heçdi qurban olsa da
vermişəm can nəqdini hər ləhzə ərzan eşqinə.
Yəhya Şeyda  baharın gəldiyini təkcə vətənin azadlığında, elinin şənliyində bilir və könlü vətən eşqiylə xoşdur:

Dərd və qəm ölkədən kənarə gedib
Sitəmin binası tar o mar olub.
Gül açıb çəmənlər, bülbüllər oxur
Məskənim nə əcəb laləzar olub.
Şair “Məclise Milli”-nin açılmasıyla, əmniyyətin qurulmasını da şeirlərində  alqışlayır:

Yaşasın “Məclise Milli”-miz hər an,
Bizlərə əmniyyət eyləyib ehsan.
Şairin dilində əzbər olan həmişə vətəndir:

Dilimdə əzbərim vətəndir-vətən
şövkətim, sərvərim vətəndir-vətən.[5]
Onun yaradıcılığında, qəzəlin önəmli yeri var, ancaq qəzəllərində eşq və lirikaya yer verdiyi halda  vətənin şən nəğmələrinin şairidir:

Əsər qalmaz kədərdən sən kimi canan olan yerdə,
Qaçar zülmət, bu aydındır günəş taban olan yerdə.
Şairin sevgilisi vətəndir, və Vətəni Baği Rizvanla belə dəyişmir:

Öyüd vermə naseh, belə əfsanəni boşla!
Məgər odlar diyarından sora, bağ cənan vardır?[6]
 Yəhya Şeyda xalqına güvənib, ona arxalanır və istemar əlini kəsmək üçün xalqına xitab edir:
 

Istemar əlin kəs ki, o əl, kəsməli əldir
çün bais odur bir belə dəhşətli cidalə.
 Yəhya Şeyda Vətən oğrunda canlarını qurban verib şəhid olanları həmişəlik diri bilir və onların qanını ölkənin qələbəsi kimi tanıyır:

Bax çöllərə! Qan bayrağını qovzadı lalə
Bülbülləri qan bayrağına etdi həvalə.
Yazdı Şuhədanın qanı tumardə bir xət
Tarixə cəhət verdi bu qan, eyne qəbalə.

Tanrı həm Yəhya Şeydanın və həm də Azərbaycan ədəbiyyatı uğrunda döyüşən bütün rəhmətə gedən ziyalılarımızın ruhunu şad və yollarını dəvamlı eləsin.
Amin!

Комментариев нет:

Отправить комментарий