08.01.2012

Axı sizə kim mane olur?


Arzu Abdulla

Аватара пользователяBu bəyanata imza atanlar ölkədəki bu qədər problemi kənara qoyub, niyə görə məhz Babəkin yubileyindən dəm vururlar?

Guya İranda azəri türklərini incidirlər, haqlarını pozurlar. O zaman mənə deyin görüm, bizdə hansı azəri türkü vəzifə başında oturub? Bəs buna niyə etiraz etmirsiz?

Ötən gün məmləkətimizdən yuxarılara, lap yuxarılara bir dəstənin hazırladığı bəyanatı oxudum. Bütün mətinin qayəsi təxminən bundan ibarət idi ki, bizi ərəb xilafəti işğal edib, bu gün Azərbaycanda islam terroru var və biz bu yaxınlarda ərəblərə qarşı vuruşmuş Babəkin yubileyini keçirəcəyik. Doğrusu, bu bəyanatdan daha çox sözü qurtaran aşığın oxumasına bənzəyir. Amma heç bir məntiqə söykənməyən söz yığınının altındakı tanış, hətta dost imzalarını görəndə mat qaldım. O dostlardan birinə zəng edib “səndən nə əcəb” soruşanda nə desə yaxşıdır,  “Ağalar müəllimin xətrini çox istəyirəm, yox deyə bilmədim”.

Bəyanata imza atan digər tanışa zəng edib bəyanatdakı ““Rafiq Tağını İran öldürdü” iddiasına heç olmaya özün inanırsan?” sualını verdim. Cavabı isə çox maraqlı oldu: “Əşi, mən nə bilim, kim öldürüb, Rafiq Tağının dalınca düşüb, onu güdmürdüm ki, dostlar dedi qol çək mən də sözlərini yerə salmadım”.
Bəyanata imza atanlardan daha biri keçən il Ramazan ayında oruc tuturdu. Dünən oruc tutub, bu gün Sem dayıya və başqalarına “gəl, islamı burdan yığışdır” yalvarışında bulunan şəxsin ruhi, psixi və ya maddi problemlərin qarşısında aciz qaldığı bəllidir.
Məni narahat edən isə tam başqa nəsnədir. Axı bu adamlara Babəkin yubileyini keçirməyə bu məmləkətdə kim mane olur? Bakıda mavilər evlənib, restoranlarda özlərinə toy çaldırır, “Vağzalı” ilə toyxanaya girirlər və heç kim də buna mane olmur. Bəyanata imza atanların hamısına “Azərbaycandakı islam sizə mane olurmu?” sualı ilə müraciət etsək çaşıb qalacaqlar və cavab verməyə söz tapmayacaqlar. İmza sahiblərindən biri, satirik şair Mirzə Sakit (yerigəlmişkən, onun iki övladı da namaz qılır) bir dəfə Ramazan ayında Türkiyədə olmuşdu. O,  Ramazan ayında Türkiyədəki restoran və kafelərdə spirtli içki verilməməsindən narahat olmuşdu. Axı bizdə bu problem də yoxdur. Hətta Azərbaycanda orucluq ayında telekanallar spirtli içki reklam edir və hər tərəfdən kabab tüstüsü aləmə bülənd olur. O zaman sual olunur, axı Azərbaycandakı islam sizə necə mane olur? Bu gün paytaxtmızın küçələrindəki plakatlardan yarıçılpaq qızların erotik pozaları gözümüzə girir, tinbaşı kafelərdən çıxan qızlar öz “xidmətlərini” təklif edirlər. Bu ölkədə islam kimin geyiminə, kimin sevgisinə, kimin həyat tərzinə mane olur? Azərbaycanda məşhurlar itlərinə ad günü keçirir, sonra da bunu telekanallarda nümayiş etdirirlər. Kim mane olur axı?
Bu bəyanata imza atanlar ölkədəki bu qədər problemi kənara qoyub, niyə görə məhz Babəkin yubileyindən dəm vururlar? Hərbi hissələrdə demək olar ki, hər ay əsgərlərimiz müəmmalı şəkildə qanına qəltan edilir, orduya sapasağlam övlad göndərən valideynlər oğullarının meyitini qarşılayırlar. Azərbaycan keçmiş sovet məkanında ana və uşaq ölümünə, yol qəzalarında ölənlərin sayına görə hələ də liderdir. Siz bəlkə bu problemləri qabardardınız. Azərbaycanda can verən xəstəni xəstəxananın qapısından içəri buraxmırlar ki “pulunu ver keç”. Nə düşmüsüz İranın üstünə? Azərbaycanın Cənub bölgəsinin əhalisi bu gün böyük, kasıb külftini İrandan ucuz qiymətə alıb gətirdiyi ərzaqla dolandırır. Hər on azərbaycanlıdan beşi İranda müalicə olunur. Bəlkə sizi bu narahat edir, ona görə Sem dayıya İrandan şikayət edirsiz ki, bu insanlar da şəfa tapmasın. Guya İranda azəri türklərini incidirlər, haqlarını pozurlar. O zaman mənə deyin görüm, bizdə hansı azəri türkü vəzifə başında oturub? Bəs buna niyə etiraz etmirsiz? Belə yerdə deyiblər e, qonşumun ayağı şişib, ağrısı bizə düşüb.
Mən isə Allahıma üzümü tutub hər gün yalvarıram: Ey Rəbbim, qəzəbinə düçar olmuşların və azmışların yoluna deyil, hidayət etdiyin və sevdiyin şəxslərin yoluna yönəlt məni.
Местный житель

1 комментарий: