22.01.2012

Bernard Şou. Rusiyada sosial şərtlər


Manchester Guardian jurnalının redaktoruna

Cənab, artan işsizlik və şəxsi kapitalın bunun öhdəsindən gələ bilməməsi bütün dünyada bütün siniflərdən və partiyalardan olan insanları Sovet İttifaqının tərəqqisini artan maraqla izləməyə sövq edir.
Bu o anda baş verir ki, onun diskreditasiyası üzrə kor-koranə və ağılsız kampaniyanın intensivləşdirilməsi seçilib. Britaniya mətbuatının daha şüursuz elementləri tərəfindən yaradılmış ümumi məlumatların əksinə olaraq heç bir yalan həddən artıq fantastik, heç bir iftira bayağı deyil, heç bir müdaxilə absurd deyil.  Manifest dəlisi Fransa prezidentinə sui–qəsd edib (Pol Dumer 1932-ci ildə Birinci Dünya müharibəsi iştirakçı ölkələri yazıçılarının kitab sərgisi zamanı öldürülmüşdür, qətl siyasi motivlər əsasında baş vermişdi). O, yəqin ki, bolşevikdir.  Leytenant Lindberqin övladı qaçırılıb və öldürülüb; bəzi qəzetlərimiz valideynlərin kədərini ələ salmaqdan və eyni zamanda bihudə ağlamaqdan çəkinmirlər.  Müəyyən olunub ki, ruslar bütün həyatları boyu Beş illik Plan (“Beşilliklər”, 1-ci 5 – illik plan 1928–1932-ci illərdə) altında işləməlidirlər və dərhal britaniyalı hersoginya bolşevik köləliyi əleyhinə etiraza rəhbərlik edir.

Rus işçilərinin şəraitini köləlik və aclıq, Beş İllik Planı iflas, yeni müəssisələri bankrot və kommunist rejimi isə kökündən laxlayan rejim kimi göstərmək cəhdlərinin yaranması xüsusilə təhqiredici və gülüncdür. Bu cür qızışdırıcı məsuliyyətsizlik  gülünc qarşılansa da, biz unutmamalıyıq ki, bunun əleyhinə sübut gətirə biləcək qədər siyasi cəhətdən kifayət qədər məlumatlandırılmayan insanlar var və diplomatlarımız arasında konservatorlar var ki, mətbuat vasitəsilə ictimai fikir zəruri panika səviyyəsinə gətirilərsə, istənilən yerdə və istənilən halda əksinqilabi müharibəni başlatmağı arzulayırlar. Britaniya Hökumətinin SSRİ ilə ticarət razılaşmasını ləğv etməsi və İctimai Palatada provokativ sual və cavablar vəziyyətin ciddiliyini vurğulayır.
SSRİ-yə bu yaxınlarda səfər edənlər aşağıda imzaları olan bizlərik.  Bizlərdən bəziləri onun mədəni ərazilərinin böyük hissəsinə səyahət edib.  Biz qeyd etməkdən məmnunuq ki, bizim ölkələrdə qaçılmaz kimi qəbul edilən və “xəbər kimi heç bir dəyəri”nin olmadığı əsasıyla mətbuat tərəfindən etinasızlıq göstərilən belə bir iqtisadi köləliyin, məhrumiyyətin, işsizliyin, yaxşılaşmaya ümidsizlik və sinik əlacsızlığın heç yerdə şahidi olmadıq.  Hər yerdə ümidli və coşqun, özünə hörmət hissi ilə,  tiranlıq və əvvəlki rəhbərlərinin səriştəsizliyinin dəhşətli mirasının və ana təbiətin imkan verdiyi qədər azad olan işçi sinfini, inkişaf edən ictimai işlər, artan tibbi xidmət, genişlənən təhsil, qadının iqtisadi azadlığı və uşaqlarının təhlükəsizlik nailiyyətlərini gördük.  Hansıki bu cür sənaye və rəhbərliyin bərqərar olmasını da nəzərdə tutan bu tip sosial eksperimentin ilk  təcrübəsində çətinlik və səhvlərin olması qaçılmazdır. Və bizi əhəmiyyətli dərəcədə zənginləşdirə bilər, o şərtlə ki, bizim institutlarımız  bu nümunəyə əməl edərək işçilərimizin hansısa təşəbbüsünü dəstəkləyəcək.
Müasir yalan kampaniyasının ziddiyyət olmadan irəliləməsinə icazə verilsə və ölkəmizlə SSRİ arasındakı münasibətlərə ziyan vurulsa, biz bunu böyük fəlakət kimi qəbul edərik.  Beləliklə, biz bütün xoşməramlı kişi və qadınları vəziyyətlə bağlı real faktlar barədə məlumatlanmaq imkanlarını qiymətləndirməyə və böyük Rusiya Respublikası işçiləri ilə həmrəy şəkildə sülh, ticarət və sıx dostluq tələb edən hərəkatları dəstəkləməyə  çağırırıq.

Hörmətlə, Bernard Şou (və əlavə 20 nəfər)       2 mart, 1933-cü il, Ormond Yard, London
 SOLFRONT
Tərcümə: Ləman Orucova  

Комментариев нет:

Отправить комментарий