13.01.2012

Çingiz Abdullayevin “Tver bulvarı” romanı ilk dəfə Azərbaycan dilində


“Qanun” nəşriyyatı Azərbaycanın dünyaca məşhur detektiv yazarı Çingiz Abdullayevin rus dilində yazılmış populyar romanlarını doğma dilimizdə dərcini davam etdirir.

Kultaz.com
-un verdiyi xəbərə görə, bu seriyadan dərc olunan növbəti roman “Tver bulvarı” adlanır.
Xalq yazıçısının ətən gün dərc olunan “Abırlı adam” romanı kimi bu kitabın da tərcüməsi Mahir N.Qarayevə məxsusdur.
264 səhifədən ibarət romanı oxucular Bakının kitab mağazalarından 3,9 manata əldə edə bilərlər.
“Tver bulvarı” romanının baş qəhrəmanı Kseniya Morjikova oxucuya müəllifin «İngilis bulvarı» romanından tanışdır. O, Moskvada, nüfuzlu vəkil kontorunda çalışan hüquqşünas qadındır, eyni zamanda bütün tanışları onu həvəskar detektiv kimi tanıyırlar.

Bir dəfə əmisi qızı ona zəng vurub, yaxın rəfiqəsinin fəlakətlə üzləşməsi, yeniyetmə oğlunun xəbərsiz-ətərsiz yoxa çıxması barədə xəbər verir və Kseniyadan onlara kömək göstərməsini xahiş edir.
Nə baş verib? Yoxa çıxmış yeniyetmənin valideynləri tanınmış sənətşünaslardır və bu, ilk baxışda adam oğurluğuna bənzəyir. Lakin nədənsə oğrular yeniyetmənin valideynlərinə zəng vurub, heç nə tələb etmirlər.
Ortaya müxtəlif suallar çıxır: bəlkə bu, manyak qatilin törətdiyi qətldir? Lakin meyit aşkar edilməyib. Bəlkə bu, macəra eşqində olan bir yeniyetmənin evdən qaçışıdır? Amma ağıllı, istedadlı oğlan indiyədək heç vaxt bu cür sərbəst hərəkətlərə yol verməyib.
Bəs nə baş verib?
Suallar getdikcə çoxalır, konkret cavab isə yoxdur. Və belə görünür ki, həqiqəti üzə çıxarmaq heç də asan olmayacaq!
Amma Kseniya Morjikova həqiqəti üzə çıxara bilir.
Qeyd edək ki, Çingiz Abdullayevin bütün əsərlərinin Azərbaycan dilinə tərcüməsi və Azərbaycanda yayım haqları “Qanun”la “Əli və Nino” nəşriyyatlarına məxsusdur.

Комментариев нет:

Отправить комментарий