13.01.2012

Dar ağacı


Əlişir Əhəd
"Müstəqil Media İnstitutu" İctimai Birliyinin sədri

(ixtisarla)

2012-ci ilin ilk günlərində qonşumuz İranda iki cavanın edam olunmasının səs-sədası və fotoları başqa dövlətlərdə yayıldığı kimi, bizə də gəlib çatdı.
Sosial şəbəkələrdə onların asılma səhnələrini əks etdirən fotolar yayımlanaraq, müzakirə predmetinə çevirildi. Bu müzakirələrdə həmin gəncləri yazıq simasında təqdim edərək, İran dövlətinə lənətlər də oxundu. Ancaq kimsə onların hansı səbəbdən edam olunması ilə nə maraqlandı, nə də buna cəhd etdi. 
Hələ 2005-ci ildə İranda edam olunan Hatəmi adlı şəxs və ondan başqa daha 15 nəfərin asılma səbəblərini araşdırarkən məlum oldu ki, edam olunan Hatəmi 42 yaşınadək 23 cinayət törətmiş və cəzadan yayınmaq üçün gizlənibmiş. Onun cinayət əməlləri sırasında isə qız zorlamaqdan tutmuş, narkotik ticarətinə qədər çeşidli işlər var idi.

Bəri başdan deyim ki, heç vaxt bu cür cinayətlər törətmiş şəxslərin cəzalarının təkcə həbslə yekunlaşmasının tərəfdarı olmamışam. Düşüncəmə görə, bəzi cinayətlər törətmiş şəxsləri nəinki həbs etmək, hətta yer üzündən silmək gərəkdir.
Məsələn, bu yaxınlarda Xaçmazda «ata» özünün iki qızını zorlamağa cəhd etmişdi. Adam utanmaz-utanmaz efirdə deyirdi ki, hamısı içkinin təsirindən olub. Sizcə, bu adamın həbsi nəyisə dəyişəcəkmi? Yəqin, bu sözlərimdən sonra bəzi insan haqlarının müdafiə edənlər dillənəcəklər ki, bu insanlığa sığmayan hərəkətdir. Sual olunur ki, bəs, öz qızını zorlayan və ya zorlamaq istəyən bir «ata»nın cəzası hansı ölçülərə sığır?
Qayıdım, İrandakı Hatəmi məsələsinə. Ona görə ki, iranlı Hatəmiylə birlikdə edam olunan daha 15 nəfərin günahı da onunkundan az deyildi. Yəni, onların asılması üçün kifayət qədər səbəblər vardı. Eyni zamanda, adamlar öz talelərini özləri seçmişdilər.
İndi isə keçim mətləbə. Belə bir kəlamı var: “Bir milləti məhv etmək istətyirsənsə, öncə onun təhsilini məhv et”. Azərbaycanda təhsilin hansı vəziyyətdə olduğunu deməyə lüzum yoxdur. Çünki kor da bilir balıq şordur. Azərbaycanın baş müəllimi olan Misir Mərdanov da bu millətin təhsilini məhv etmək üçün məşhur dahinin dediyi funksiyanı uğurla həyata keçirir. Misir müəllim, təhsili elə bir hala salıb ki, onu nə canlı, nə ölü, nə də ölü canlı hesab etmək mümkün deyil. İllərdir, mütəxəssislər də yığılıb, bu ortada qalmış «məxluqa» ad qoya bilmirlər. Sadəcə, bilinən odur ki, hal-hazırda təhsilimiz «Misir» günündədir.
“Hörmətli” Misir və misirkimilər! Anlayın ki, törətdiyiniz bu və bundan da betər əməllərə görə sizlərə həbsxana həyatı düşmür. Sizlərin günahı yuxarıda qeyd etdiyim “Xaçmazlı ata” nın, İranlı Hatəmilərin günahından dəfələrlə artıqdır. Törətdiyiniz bu cinayət əməlinə görə kimsədən sağ ol almağınız mümkündür. Ancaq bu əməlinizə görə millət qarşısında cavab verməyiniz isə mümkünsüzdür. Bu gün övladlarını kor etdiyiniz doğma rayonunuzda sizə ancaq daş-qalaq yaraşır. 

Комментариев нет:

Отправить комментарий