19.01.2012

Günel Xəzəl: “Çiyələk çəməni” (şeir)

Ağlayan qadın yox, çiyələk kolu qoyar
təkəbbürlü qocanın dizini yerə.
İki qardaşı fərqli yaradır ki, Allah,
“din cəfəngiyyatdır”- desin biri, keşiş olmağı arzu etsin o biri…
hansını seçsin cahil qızcığaz, birinin ayaqları gözəldir o birinin gələcəyi?!
Sevənləri ayrı salar körpə həsrəti
ərlə arvadı birləşdirər qarşılıqlı nifrətləri…
Eşitmək agirdir bunu?!
Deməyim bəlkə?!
Laylay oxusa da qarğalar
qorxma,
həkimlərin də vicdanı var…
Əqrəbsiz saatların kölgəsində
vahiməli mənzərədi yarı açıq tabutlar .
Cəzanin -
soyuq, ölü təklik olduğu aləmdə
qurtuluş -
çayın o tayından baxan
mehriban atayla analar…


Berqmanın eyni adlı filminə həsr edilir

Комментариев нет:

Отправить комментарий