19.01.2012

Qarğa, qarğa, Rəqsanədə qoz var!


Sofya Sadıqlı Azərbaycan şor-biznesindən yazdı!

“Bülbül gülüstana gəlsin, gəlməsin?”

Yəqin bu şeiri hamınız oxumusuz:

“Səba, məndən söylə o gülüzarə,
Bülbül gülüstanə gəlsin gəlməsin?
Bu hicran düşkünü, illər xəstəsi
Qapına dərmanə gəlsin, gəlməsin?”
 sm-152
Çox gözəl sorğudur. Amma heyif ki, səbadan-səhər yelindən soruşub şair. Yəni bu qədər də romantik olmaq yaxşı hal deyil.

Məncə bunun yeganə səbəbi şairin romantika əsrində yaşamasıdır. O, şair yaşayardı indi bizim çürüdüyümüz zamanədə, yəni realist əsrdə görərdim güldən, bülbüldən nə bilim, səbadan danışır, yoxsa yox.
İndi konkretlik zamanıdır. Məsələn qız çıxır televizordan deyir ki, yaxşı hind, ərəb rəqsi bacarıram. Guya qız özünə ər axtarır, ərə gedir. Əslində realist tamaşaçı bilir ki, qız özünə ər deyil, sponsor axtarır ki, onun qabağında yaxşıca ərəb, hind rəqsi oynasın, sponsor da ona pul buraxsın. Qız da yaxşıca klip zad çəkdirib bir-iki ildən sonra heç olmasa əməkdar artistdən zaddan olsun. Çətini araya çıxana qədərdir, elə ki pis, ya da yaxşı mənada tanındın (indi heç fərqi yoxdur), vəssallam. Bundan sonra kefin istəyəni edə bilərsən. Məsələn, Rəqsanə kimi ANS-ə çıxıb səsini başına atıb, ürəyin istədiyini eləyə bilərsən və ya avtoşluq edib, sonra da yol polisinin üstünə cumub ağzına gələni deyə bilərsən.
Yeri gəlmişkən, bu günlərdə üzdəniraq saytlar və bambılı qəzetlərin hamısı durmadan “Toy olsun”un üzü nursuz aparıcısı Ulviranın hazırkı ərinin bıçaqlanmasından və şouxanamızın “atanşik” manısı Rəqsanənin 13 yaşlı qızının sosial şəbəkələrdən birində yayılmış şəkillərindən bəhs edir. Guya Ulvira təzəcə evləndiyi meyxançı əri ilə yola getmirmiş sonda “təsadüfən” ərini nəmalum 3-4 nəfər bıçaqlayıb. Bah, indi Şerlok Holmosu hardan tapaq? İşimizə-gücümüzə bax da.
Amma onu da deyim ki, Rəqsanənin qızının şəkilləri o qədər də qeyri-adi deyildi. Buna belə bir ad vermək olar təxminən: Rəqsanəyə baxan yoxdur, qızını yada salır və ya Rəqsanə özünü Aygünə bənzətməyə çalışdığı üçün onun yoluyla gedir. Yəni o, da Aygün kimi qızını reklam etməklə “qarğa, qarğa məndə qoz var” deyir.

Hüseyn Dərya arvadını boşasaydı...

Bütün günü tapmaca, bütün günü vayxana. Bu telekanallarda baxılası heç nə yoxdur. odur ki, mən televizordan istifadə etmirəm. Axır günlər lap şorunu çıxarıblar. Belə ki, şouxanamızın narkobaranı hüsey Dəryanın arvadı da əyninə iki qarış don geyib çıxıb televizora ki bəs məni ərim boşadığı üçün manıslığa başlayıram. Qız həm qısa yubkada oxuyur, həm də ürəyi əsə-əsə ərinin zəngini gözləyir ki, yox e oxuma qayıt gə, səni boşamıram. Dağıln a dünya!
Xülasə, bakılı manıs Zöhrə Abdullayeva da ələyçinin qıl verənliyini edirdi. O, da hər dəqiqə Dəryanı verilişə dəvət edərək, bu ailənin dağılmayacağını deyirdi. Indi dəbdir axı kim ərindən narazıdır qaçıb çıxır televizora. Biri orada ər axtarır, biri ərini hədələyir ki, boşasan manıs olacam, xülasə, dəlixanadır. Elə Hüseyn Dəryanın arvadı da manıs paltarı geyinib efirdən ərini hədələyirdi ki boşasan manıs olacam. Axır ki, bu günlərdə şərəfsiz xəbər saytlarından biri xəbər verib ki, bəs ay millət, gözünüz aydın day, Dərya arvadı ilə ilgilənib ona xəbər göndərib. Dərya deyib ki, ay arvad, qaxıl otur evində, övladını saxla: “Sadəcə, məndən Sonanın necə olduğunu soruşdular, mən də ayrıldığımızı dedim. Boşanmaq üçün birinci mən müraciət etmişəm. Getməyə vaxtım olmadığı üçün Sabunçu rayon məhkəməsinə telefon vasitəsilə müraciət etmişdim. Şou-biznes Sona kimi hiylə bilməyənlərin yeri deyil. Allah ona övlad bəxş edib. Oturub övladını saxlasın. Sona mənim üçün əziz adamdır, övladımın anasıdır, gözəl xanımdır. Ömrümün axırına kimi onun dəyərini verəcəm. Biz rəsmən ayrılmışıq, amma bir-birimizdən xəbərimiz var, övladımı görürəm. Əgər bundan sonra kimsə mənə bu barədə müraciət etsə, sualları cavabsız qalacaq”.

Uraaa, Niquş gəlib!

Gözünüz aydın Azərbaycanın Cenifer Lopezi Bakıya gəlib. Daha doğrusu, Azərbaycanda özünü Cenifer Lopezə oxşadan daha birsi, Nigar Camal Bakıya gəlib. Bilirsiz də qız axı xaricdə yaşayır. O, 13 yanvar tarixində Bakının ən dəbli məkanlarından biri hesab edilən “Buta Palace”da keçiriləcək “İlin Hit Mahnısı-2011” qala-konsertində iştirak etməkdən ötrü London şəhərindən Azərbaycana gəlib. Bu barədə tədbirin layihə rəhbəri və aparıcısı, Sədaqət Rəşidqızı məlumat verib: ““Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Nigar Camal Bakıdadır. Sevimli ulduzun səfəri təşkilatçı olaraq bizim dəvətimizlə baş tutub. Başda Nigarla Eldar olmaqla, Safura Əlizadə də tədbirimizdə çıxış edəcək. Azərbaycan estradasının digər ulduzlarını da unutmamışıq. Bu sırada Natavan Həbibi, Abbas Bağırov, Ramal İsrafilov, Zarina Məmmədova, İlhamə Qasımova, Rəhim Rəhimli və başqalarının adlarını çəkə bilərəm”.
Yəqin ki, xəbərin bu yerində “Qaynana” filmindəki məşhur epizodu xatırladınız: “İndi yığılıb gələcəklər, ulyacaqlar, şıllaq atacaqlar”.

Pişik prodüsersiz qalıb

Estradamızın daha bir manısı Günel Ələkbərovadan xəbər verəcəm. doğrusu deyim ki, Günel hər dəfə görəndə kəndimizdəki yeri ağ, üstündə qara xalları olan inəyimizi xatırlayıram. Əslində inəyin xalları deyil, dodaqları yadıma düşür. Çünki Pişik Günel dodaqlarına gel vurduranda zalımın balasının əli aza gəlməyib, yarım kilo geli zırrayıb ağzına. İndi dodaqları qadın dodağına deyil, inək ağzına bənzəyir. Sözümün canı var e. Qız ha özünə maya qoyursa, ortaya bir şey çıxmır. Yazıq yenə də prodüsersiz qalıb. Bu isə şou-aləmində sponsorsuz qalmaq deməkdir: “Hal-hazırda mənim prodüserim yoxdur və yaxın aylar ərzində düşünmürəm ki, yanıma işçi götürüm”. Daha sonra Pişik Günel deyib ki, birdən işdi şayət kimsə şeytanın ombasının sındırıb ona elçi göndərsə mütləq Primadonna İlhaməyə üz tutmalıdır. Yəni qızın elçi daşının direktoru vəzifəsinə bu dəfə hələlik şouxanamızın primadonnası seçilib. Amma məncə primadonnanın işi o qədər də təhlükəli deyil. Vay Pişik Günelə yengə seçilənin halına. 
Bayaq Rəqsanədən danışırdım axı, yarımçıq qaldı e sözüm. Neynəyim e, həftədə bir dəfə görüşürk, şouxanamızda lap sürüyə bənzəyir, elə bir ucdan ürüyüb artırlar. Xəbər çox, çənə boş, deməyə yer də yox. İndi prodüser dedim yadıma Rəqsanənin Remboya bənzəyən roduseri düşdü. Deməli, Rəqsanənin sabiq prodüseri Təranə onu məhkəməyə verib. Təranəyə manısın yeni rəfiqəsi Lalə də qoşulub. Lalə deyib ki, bunun səbəbi manıs Rəqsanənin onun fotolarını tərbiyəsiz sözlər və telefon nömrəsi ilə birgə internetə yayıb. Adama deyən lazımdır ki, sən Rəqsanə ilə dost olanda bilmirdin ki, başına bunlar gələcək. Əgər sən düz adam idinsə gedib düz adamla da podruqa olardın da. Amma Rəqsanə də Rəqsanədir ha. Rusiyada kartof peraşkisi sata-sata xeyli püxtələşib. Püxtələşib deyəndə ağlınıza əstəğfrullah, sənət zad gəlməsin e. Yəni demək istədim ki, Rəqsanə kartof peraşkisi sata-sata söyüş söymək, şər atmaq, abırsızlıq etmək və baş yolmaq sahəsində xeyli inkişaf edib. Hətta bu inkişafın qarşısında Azərbaycan  boyda dövlətin yol polisləri də aciz qalırlar. Deməli, bütün bu həngamədən sonra Rəqsanə Day.Az saytına xəbər verib ki, ondan şikayətçi olan Laləni ilk dəfə ANS telekanalındakı verilişlərdən birinin efirində olarkən pərdə arxasında görüb: “Bu, artıq gülməlidir. Sabiq prodüserimə keçmiş dostumun indiki sevgilisi də qoşulub. Onun məndən nə istədiyini sonra araşdırmalı olacağam”.

Günay ərə getdi lap zay oldu…

Türkiyədə yaşayan və bir neçə aydan sonra ana olmağa hazırlaşan azərbaycanlı model Günay Musayeva yorğunluğunu musiqi ilə çıxardığını deyib. Tovuzlu model deyir ki, həyat yoldaşı Tolqa Karellə zövqü oxşardır. Onlar eyni musiqini eyni zövqlə dinləyə bilirlər. İndi nolar adam ərə gedəndə, nolar adam hamilə olanda zalımın balası əyninə paltar geyinməklə heç arası yoxdur da. Amma öz aramızdır mən şəkillərə baxdım, gördüm ki, Tolqa da arvadına yaman hirsli-hirsli baxır. Yəqin indi gedib evdə başına b ir qapaz ilişdirib deyəcək ki, az day bəsdir dana, nə qudurmusan, nə soyunub düşmüsən ortalığa? Əlbət mənim də başımda bir papaq var dana. Nə isə gələn həftəyə qədər salamat qalın!
 
Sofya Sadıqlı

Комментариев нет:

Отправить комментарий