18.01.2012

Hasta Siempre Comandante…


Ernesto Çe Qevara: 14 iyun 1928 - 9 oktyabr 1967

İxtisası həkim olmasına baxmayaraq, dərin savada malik Ernesto bu ədalətsizliklərə fikir verməyərək öz işində davam edə bilərdi, lakin öz xəyallarının zamanındakı mövcud rejimdə reallaşmayacağını gördü və mübarizə üçün partizan həyatına yönəldi. Son nəfəsinə kimi insanların hüquqları üçün mübarizəni qarşısına məqsəd qoyan Böyük Çenin bu gün də idealları bütün dünyaya tanışdır və onu nəsildən nəsilə ötürən insanlar var. O, sadəcə, qəhrəman partizan deyildi, o, içində insan sevgisi ilə alışıb-yanan biri idi. Bu cür insanlara böyük ehtiyac var, yoxsa insanlıq vəhşi kapitalın əlində tamamilə məhvə doğru gedəcək… Bəs daha bir Çe dünyaya gələcəkmi?!

Комментариев нет:

Отправить комментарий