17.01.2012

Əhəd Əhmədli

Vicdan məhbuslarını tanıyaq və tanıtdıraq. 

ƏHƏD MƏMMƏDLİ - 1982-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin geologiya fakültəsini bitirib. 2002-ci ildən Müsavat Partiyasının sıralarına daxil olub və aktiv siyasi fəaliyyətə başlayıb. 2003-2004-cü illərdə hərbi xidmətdə olub. Ə.Məmmədli həm də “Futbol+” qəzetinin köşə yazarı, həmçinin Müsavat Partiyasının Məclis üzvüdür.Ə.Məmmədli İctimai Palatanın (İP) Fəvvarələr meydanında keçirdiyi 2 aprel mitinqinə görə saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 233 (ictimai qaydanı pozan hərəkətləri təşkil etmə və bu kimi işlərdə fəal iştirak), 315.1-ci (polisə müqavimət) maddələri ilə cinayət işi açılıb. O, eyni əmələ görə iki dəfə məhkum edilən yeganə vicdan məhbusudur.

Vəkili Yalçın İmanov hesab edir ki, Mülki-Prosessual Məcəlləyə görə, bu da ciddi qanun pozuntusudur: “Bir şəxs eyni əmələ görə iki dəfə məhkum edilə bilməz. Bu barədə qərar verən hakimlər məsuliyyətdən boyun qaçıra bilməyəcəklər”.
Hakim saxlanılanlar arasında ən ağır cəzanı Ə.Məmmədliyə verdi. O, 3 il müddətinə azadlıqdan məhrum edildi. Hazırda 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Qeyd edək ki, “Amnesty İnternational” təşkilatı Ə.Məmmədlini vicdan məhbusu elan edib. Beynəlxalq təşkilat gənc məhbusun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir.


Комментариев нет:

Отправить комментарий