17.01.2012

İran ABŞ-la məzələndi!


İran yerə endirdiyi ABŞ-a məxsus pilotsuz təyyarənin əvəzində Vaşinqtona 4 dollarlıq oyuncaq göndərəcək.
ann.az-ın “CNN”-ə istinadən verdiyi xəbərə görə, bir müddət əvvəl İran kəşfiyyatı tərəfindən yerə endirilən pilotsuz təyyarəni rəsmi Vaşinqton geriyə qaytarılmasını tələb etmişdi. İranın dövlət radiosu bildirib ki, ABŞ-ın tələb etdiyi təyyarə Vaşinqtona qaytarılacaq, amma bu təyyarənin oyuncaq variantı olacaq.
Radio oyuncağın ölçülərinin həqiqi təyyarədən 80 dəfə balaca olacağını, bundan əlavə, oyuncağın 4 dollara İran bazarlarında satışa çıxarılacağını bildirib.
Xatırladaq ki, Obama Administrasiyası keçən ay İranın şərqində, Əfqanıstan sərhəddinə yaxın ərazidə yerə endirilən ABŞ-a məxsus “RQ-170″ markalı kəşfiyyat təyyarəsinin ABŞ-a qaytarılmasını İrandan rəsmən tələb etmişdi.

Комментариев нет:

Отправить комментарий