Totalitar Sovet rejimində təkcə böyüklərin yox, uşaqların da hüquqları totalitar və total şəkildə tapdanırdı.Uşaq bağçaları 2 tipə bölünmüşdü: elita (azlıq) üçün keyfiyyətli və adi vətəndaşların (əksəriyyətin) övladları üçün yoxsul və miskin.
Bağçalarda rüşvət baş alıb gedirdi. Müəllimələr valideynlərdən topladığı pulların yarısını müdirəyə, müdirə öz payını götürəndən sonra Təhsil Nazirliyinə, oradan böyük hissəni Respublika rəhbərliyinə verirdi. Sonunda rüşvət Kremlə (əvvəllər Stalinə, sonra Xruşova, Brejnevə…) göndərilirdi. Sonuncular da bunları xaricdəki bank hesablarına qoyur, Dubayda və Londonda mülk alır, kef çəkirdilər.Fotoda : Ac uşaqlar çörək gözləyir.
Uşaqlar Sovet bağçalarında aclıq keçirirdi. Ərzağı çinovniklər öz aralarında bölür, uşaqlar isə yeməyi evdən gətirməyə məcbur olurdu.
Fotoda : Uşaqlar ömürlərində ilk dəfə qəzet görürlər.
Uşaqlara bağçada heç nə öyrətmirdilər – nə saymaq, nə də oxumaq. Onlar kütbeyin və paxıl böyüyürdülər.
Fotoda: Ac uşaqları soyuqda rəqs etməyə məcbur edirdilər.
Sovet dövləti tez-tez bağçaları özəlləşdirməyə çıxarır, tikililəri və həyətləri satır, uşaqları isə çölə tökürdü. FHN bunun üçün binaların yararsız vəziyyətdə olması haqda rəy verir, bağçalaırn qazı və suyu kəsilirdi. Sökülən bağçaların yerində yaşayış binaları, restoranlar, kababxanalar və supermarketlər tikilirdi.
Fotoda: Uşaqlar döyülmək növbəsini gözləyir.
Bu ifrat istisamar bataqlığından xilas yolu yalnız rejimin devrilməsində idi. Yaxşı ki, hakimiyyətə Mixail Segeyeviç Qorbaçov gəldi və ”yenidənqurma”nı başladı. Sonunda bu, bizə bir millət kimi milli bağçalar qurmağa imkan verdi.
Fotoda: Tərbiyəçilər gestapo işçilərinə bənzəyir .
Milli hökümətin israrlı telefon zənglərindən sonra yumşalıb hakimiyyəti qəbul etməyə razı düşən Heydər Əliyevin dönüşü ilə bağça sistemində də köklü dəyişiklər başladı. Həmin uğurlu siyasət bu gün də İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilir.
Bununla da biz totalitar Sovet irsindən qurtulmağa nail ola bildik. 3 dəfə “Ura!”
Комментариев нет:
Отправить комментарий