23.01.2012

Sovetika. Dözülməz həyat


Hər il sentyabrın 1-də hər bir sovet ailəsinin evinə bədbəxlik gəlirdi və deyirdi: “Oxumaq, oxumaq yenə də oxumaq!”

Şəhər sakinlərinin ömrü bu eybəcər binaların kölgəsində keçirdi

Dözülməz məişət şəraiti
Bunlar Sovet qütbçüləri deyil. Bunlar Ulyanovun növbəti ad günü münasibətilə sevinməyə məcbur edilən QulAQ məhbuslarıdır
SSRİ dünyanın ən şox oxuyan ölkəsi idi? Yox bir! Bu gənclər sabaha Brejnevin “Xam torpaq” kitabını əzbərləməsələr İnstitutdan qovulub BAM-a göndəriləcəklər
Erotika, skanvord və şou-bazar qəzetləri yox idi. Odur ki, sovet adamları nəqliyyatda darıxdırıcı və şəkilsiz kitablar oxumağa məcbur idilər
Baxın, odur – yırtıcı Sovet militarizminin sifəti…
Sovet təbliğatının kütbeyinə çevirdiyi 1-ci sinif şagirdləri
İşləməkdən əzilmiş insanlar primitiv texnikanın vasitəsilə yerin altından faydalı qazıntılar çıxarır. Sov.İKP katibləri isə həmin qazıntıları satıb milyonlarla pulu Paris, Nitsa, Dubay, Kurşeveldə xərcləyir.
Bu uşaq Əfqanıstanın gələcək işğalçısı və DTK çuğulu olacaq
Sovet fəhlələri özlərini elə aparırlar ki, guya riyaziyyatı bilirlər. Əslində isə onlar yalnız 3-ə kimi saymağı bacarırdılar.
Sovet gəncliyi yalnız bir şeyi bilməlidir – müharibəyə hazır olmalı! Bunun üçün də onu turist yürüşləri və idmanla yorurdular
Yalançı fəhlələr yalançı planın yalandan vaxtından tez yerinə yetirilməsinə yalandan sevinirlər
SSRİ-də seks yox idi! Bu yalnız “Yenidənqurma” vaxtı məlum oldu
SSRİ-də ipoteka yox idi. Odur ki, insanlar qazmalarda və baraklarda yaşayırdı. Bu binaları isə göz aldatmaq üçün tikirdilər
Uşaqları (!) Əməyə məcbur edirdilər. Onların zirzəmilərdə kley qoxulamaq və nəşə çəkmək hüquqları pozulurdu
SSRİ-nin dağılması gözəl qızı boz həyatdan yaxa qurtarıb fahişə olmaq arzusuna qovuşdura bildi
SOLFRONT

Комментариев нет:

Отправить комментарий