19.01.2012

Müəllimlər, həkimlər və uşaqlar: Onlar xaricdə nə qədər alırlar?

Türkmənistanda büdcə təşkilatlarında çalışanların orta aylıq əmək haqqı 180-200 dollardır, ancaq bu pula 1128 kq çörək, yaxud 65 kq ət, 270 kq qənd, 49 kq yağ almaq olar. Onu da xatırlatmaq lazımdır ki, bu ölkənin əhalisi istifadə etdiyi təbii qaz, elektrik enerjisi, suya görə pul ödəmir.

Büdcəsi Azərbaycanın hərbi büdcəsindən kiçik olan Ermənistanda isə həkimlər minimum 390 dollar alır. Bu ölkədə yaşayış minimumu isə 140 dollardır.

Uşaq pulu məsələsi həmişə insanların maraq dairəsində olub. Sovet dövründə bu pul hər uşağa görə 12 manat olanda da, müstəqillik dövründə indiki pulla 90 qəpik olanda da hamı həmin pulu səbirsizlklə gözləyirdi. İndi yeni doğulan uşağa birdəfəlik 75 manat verilir. Eyni zamanda işləyən ana analıq məzuniyyəti dövründə hər ay üçün 20 manat müavinət alır.


Əgər ana uşağı 1 yaş yarıma çatanadək evdə oturarsa, eyni müavinət, 3 yaşadək isə 15 manat ödənilir. İşləməyən analar isə bundan da məhrumdur. Digərləri isə ehtiyaca görə ünvanlı yardım ala, ya almaya.
Bəs xarici ölkələrdə ailələr nə qədər uşaq pulu alır. Jurnalist Fizzə xanım bu mövzuda maraqlı araşdırma aparıb. Həmin araşdırmalardan bəzi məqamları diqqətinizə çatdırırıq.
PwdByEddie Rusiyada bir uşaq üçün müavinət 400 dollardan artıqdır. Hər bir uşaq 18 yaşına qədər bu pulu ala bilir. Ailədə uşaqların sayı artdıqca bu pulun da həcmi artır.
Ukraynada ailədəki birinci uşağa görə 1800, ikinci uşağa görə 3570, üçüncü və ondan sonrakı uşaqlara görə isə 7140 dollar müavinət nəzərdə tutulub. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 714 dollar məbləğində müavinət ödəyir.
Belarusda hər doğulan uçağa görə 690 dollar, ikincisinə 950 dollar birdəfəlik müavinət ödənilir. Uşaq 3 yaşına çatana qədər hər ay 75 və 45 faiz əlavə ilə minimum yaşayış həddi həcmində, təxminən 310 və 270 dollar müavinət verilir. Bu ölkədə hətta övladlığa götürülən uşağa görə də dövlət müavinət nəzərdə tutub.
(Yeri gəlmişkən xatırladaq ki, bizdən simvolik faizlə 300 milyon dollar kredit alan Belorusda minimum yaşayış həddi 574 min 790 belorus rubludur. Bu pula Belorusda bizdəkindən bir neçə dəfə artıq ərzaq almaq mümkündür.
)
Qazaxıstanda 1-ci, 2-ci və 3-cü uşağa görə 300 dollar, 4-cü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir.
Ermənistanda müavinət 135 dollardır.
Bu ölkədə əgər 1-ci və 2-ci uşaq üçün 135 dollar müavinət verilirsə, 3-cü uşağın doğulması ilə məbləğ 1200 dollara çatır. 18 yaşına çatana qədər hər bir uşaq dövlətdən ayda 95 dollar alır.
Latviyada hər doğulan uşağa görə ailəyə 560 avro müavinət verilir.
Avstriyada 1-ci uşağa 10 yaşına qədər ailə 130 avro, 19 yaşına qədər 153 avro, 2-ci uşağa görə müvafiq olaran 144 və 165 avro müavinət alır. Uşaq ali məktəbə qəbul olunduğu halda, müavinət 27 yaşa qədər ödənir.
Fransada, hətta uşaq dünyaya gəlməmiş anası ona görə müavinət alır. Belə ki, 1-ci hamiləliyin 5-ci ayından uşağın 3 aylığına qədər 109 avro, 2-ci uşağı gözləyən anaya isə 130 avro müavinət verilir. Əgər ailədə 3-cü uşağın doğulması gözlənilirsə, onda hamiləliyin dördüncü ayından uşağın 3 yaşına qədər ailə dövlətdən 975 avro pul alır. Bundan əlavə, hər bir uşaq 18 yaşına qədər dövlətdən müavinət alır. İki uşaq üçün bu, 680 avro, üç uşaq üçün 1550, dörd uşaq üçün 2420, beş uşaq üçün 3300 avro təşkil edir. Əgər uşaqların sayı altıdan çoxdursa, onların hər birinə görə 870 avro ödənilir. 10 yaşdan 15 yaşa qədər olan uşaqların hər biri üçün əlavə 192 avro, 15 yaşdan yuxarı uşaqlar üçün isə əlavə 339 avro pul ödənir.
ABŞ-da hər uşağa görə aylıq müavinət təxminən 680 dollardır. Hər ştatda bu göstərici bir qədər fərqli ola bilər.
Böyük Britaniyada isə uşağa görə müavinət 500 funt sterlinqdən artıqdır.
İsrail dövləti isə 1-ci uşağa görə 325 dollar, əkizlərə görə 1600 dollar birdəfəlik müavinət ödəyir. Əgər uşaqlar üçəm olsa, bu məbləğ 2500 dollara qədər artır. Hər uşağa görə isə ayda 180 dollar müavinət verilir. Boşanmış ailələrdə bu göstərici 725 dollar təşkil edir.
Polşada uşağın 18 yaşına qədər dövlət ailəyə 125 dollar pul verir.
İsveçrədə isə bu göstərici 345 dollar təşkil edir. Avstraliyada isə hər bir uşaq 18 yaşına qədər dövlətdən 540 dollar pul alır.
Tunisdə 400 dollardan aşağı müavinət yoxdur.
Liviyada isə hər doğulan uşağa görə dövlət 7000 dollar pul ödəyir.
Birləşmiş Ərəb Əmirliyi isə bu göstəriciyə görə dünyada hamıdan öndədir. Bu ölkədə 20 min dollardan aşağı müavinət yoxdur.

Xaricdə həkimlər nə qədər əmək haqqı alır?



Jurnalistin sonrakı araşdırmasında məlum olur ki, ABŞ-da ən az əmək haqqı alan həkimin maaşı 14,5 min dollar təşkil edir. İsveçrədə bu göstərici 7,8 min avro, Böyük Britaniyada 7 min avrodur. Onu da qeyd edək ki, Britaniyada sahə həkimlərinin aldığı əmək haqqı baş nazirin maaşından çoxdur. İsraildə səhiyyə işçiləri 7,5 min dollar, Niderlandda 6,3 min, Fransada 6 min avro, Sinqapurda isə 6 min dollar, Almaniyada 5,5 min avro, Yaponiya və Tayvanda 5,4 min dollar, İtaliyada 5,2 min avro, İspaniyada 5 min, Danimarkada 4,6 min avro, Finlandiya və Portuqaliyada 2,5 min avro, Küveytdə 2,4 min dollar, Estoniyada 2,1 min, Çexiyada 1,6 min, Polşada 1,5 min, Latviyada 1,1 min, Litvada 900, Rumıniyada 650 avro, Çində 350 dollar alır.
Rusiyada həkimlərin orta aylıq əmək haqqı 800 dollardır. Belarusda tibb işçilərinin minimum əmək haqqı 340 dollardır. Qazaxıstanda bu göstərici 300-800 dollar arası, Ukrayna və Gürcüstanda isə 300 dollardır. Türkmənistanda büdcə təşkilatlarında çalışanların orta aylıq əmək haqqı 180-200 dollardır. Ancaq bu pula 1128 kq çörək, yaxud 65 kq ət, 270 kq qənd, 49 kq yağ almaq olar. Onu da xatırlatmaq lazımdır ki, bu ölkənin əhalisi istifadə etdiyi təbii qaz, elektrik enerjisi, suya görə pul ödəmir. Digər kommunal xərclər isə simvolikdir. Büdcəsi Azərbaycanın hərbi büdcəsindən kiçik olan Ermənistanda isə həkimlər minimum 390 dollar alır. Bu ölkədə yaşayış minimumu isə 140 dollardır.
Liviyada həkimlərin maaşı orta hesabla 3 min dollardır. Tunisdə isə dövlət tibb müəssisələrində çalışan həkimlər 1200 dollar, özəl xəstəxanalarda isə 4 mindən 10 min dollara qədər maaş alır. Yəmən həkimlərinin əmək haqqı 1500-3000 dollardır. Tibb bacılarının maaşı isə 350-400 dollar arasındadır. Qiymətlər isə xeyli aşağıdır. Məsələn, bu ölkədə bir aylıq ərzaq normasına cəmi 85 dollar lazımdır. Birləşmiş Ərəb Əmirliklərində isə müəllimlər orta hesabla 4400 dollar əmək haqqı alır. Ölkədə qiymətlərin çox ucuz olmasını nəzərə alanda, bu məbləğ kifayət qədər yüksəkdir. Dünyanın ən kasıb ölkələrindən biri sayılan Anqolada da həkimlər Azərbaycan həkimlərindən yüksək əmək haqqı alır. Səhiyyədə çalışanların maaşı 500-2500 dollar arasındadır.
Türkiyədə isə həkimlər 900 dollardan 2500 dollara qədər əmək haqqı alır. Bəzi əyalətlərdə isə, məsələn, Şərqi Anadoluda bu məbləğ 10 min dollara çatır.
Bəs müəllimlər?

Müəllimlərin də vəziyyətini digər ölkələrlə müqayisə edəndə, ortaya oxşar mənzərə çıxır. Rusiyada orta məktəb müəllimlərinin minimum əmək haqqı 600-1000 dollar, Belarusda 370 dollar, Gürcüstanda 400-600 dollar, Ermənistanda 300-450 dollar, Qazaxıstanda 440 dollar, Özbəkistanda isə hətta 4 min dollardır.
ABŞ-da müəllimin orta illik əmək haqqı 40-45 min dollar arasındadır. Bəzi ştatlarda isə bu göstərici 60 min dollara çatır. Avropa müəllimləri isə ayda minimum 1500-3800 avro əmək haqqı alır. Məsələn, Lüksemburqda müəllim 7 min, İsveçrədə 5 min, Almaniyada 5 min, Niderlandda 4400, İrlandiyada 4300, Şotlandiyada 3800, Cənubi Koreyada 4300, Yaponiyada 4000, Avstraliyada 3700, İspaniyada 3700, Danimarkada 3600, İngiltərədə 3600, Belçikada 3500, Finlandiyada 3300, Avstriyada 3200, Yeni Zenlandiyada 3100, Norveçdə 3 min, Portuqaliyada 2800, İtaliyada 2800, Fransada 2700, Sloveniyada 2500, Yunanıstanda 2500, İslandiyada 2300, Çexiyada 1800, İsraildə 1700, Polşada 1300, Macarıstanda 1300, Estoniyada 1000 dollar, Səudiyyə Ərəbistanında 800-1000, Tunisdə isə 500 dollar əmək haqqı alır.

Kasıb

Комментариев нет:

Отправить комментарий