21.01.2012

"Qara sarmaşığ"ın təqdimatı oldu


Azərbaycan Yazıçılar İttifaqının “Natəvan” klubunda Nurəddin Ədiloğlunun müharibədə itkin düşən əsgərlərimizə həsr etdiyi “Qara sarmaşıq” romanının təqdimat mərasimi olub..
Tanınmış şair Ağacəfər Həsənlinin giriş sözündən sonra, filologiya elmləri doktoru Vaqif Yusifli, yazıçı-publisistlər Qorxmaz Abdulla və Məryəm Şahverdiyeva, publisistlər Zakir Abbas və Reyhan Mirzəzadə, yazıçı-dramaturq, filologiya elmləri doktoru, professor Aqşin Babayev, yazıçılar Abbas Qaraoğlu və Səxavət Talıblı, şairlər Nurəddin Mirzəxanlı, Qələndər Xaçınçaylı və Balayar Sadıq, “Susmuş vicdan” teleserialının rejissoru və baş rolun ifaçısı Elçın Cahangirli, “Ulduz” yurnalının baş redaktoru, tanınmış yazıçı Elçin Hüseynbəyli, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadə, “Qobustan” jurnalının əməkdaşı, yazıçı-publisist Aləmzar Sadıqızı, oxucu Pövşən Məmmədöv və başqaları təqdimat mərasimində çıxış edib yazıçıya yeni yaradıcılıq uğurları arzuladılar.
Qeyd edək ki, Nurəddin Ədiloğlu Azərbaycanın əməkdar artisti mərhum Əli Salahlı haqqında “Sonuncu monoloq” kitabının da müəllifidir. Öz ənənəsinə sadiq qalan müəllif yeni pomanında 90-cı illərin əvvəllərində cərəyan edən hadisələrə işıq salmağa çalışıb.

Комментариев нет:

Отправить комментарий