19.01.2012

Rənglilər May-Qay nümayişi haqqında düşüncələr...


Aydın Xan Əbilov

Rənglilər May-QAY paradlarına hazırlaşır, cənnətə ki, bunun sizə nə dəxli ay namuslu-qeyrətli-ismətli-mentalitetli-"nəbilimnəli" xalqım?!

Bu günlərdə Virtual Sufi Feysbuk adlı qəsrindən ayrılıb bir yas mərasiminə getməklə ruhunu yenə qalmaqala saldı...

Molla qalıb bir tərəfdə, yas sahibi o biri tərəfdə, məclis öz axarında, Yasin unudulub, yaşından-başından çəkinməyərək ziyarətçilərin böyük əksəriyyəti Bakıda qalmaqallı Gay-parad, ya da millicə ifadə etsək, cinsi azlıqların ictimai-mədəni nümayişindən danışırdı...

Eləcə də bütün qəzetlərda, TV kanallarda, radioda, universitetlərdə, məktəbdə, çayxana-restoranda, İnternet və sosial şəbəkələrdə, dükanda, bazarda, işdə, evdə, hətta sseriallararası reklam zamanı ailədə bir saylı müzakirə predmeti: Bakının mavi mayı idi...

Sanki bu xalqın bütün problemləri, o cümlədən Qarabağ məsələsi həll olunub, sosial problemlər aradanqaldırılıb, müəllimi 2-3 min manat məvacib alır, məmur özbaşnalığı aradan qalxıb, rüşvət yox olub, bütün ölkədə kommunizmdir, bircə xalqımız hammılıqla rəngli sunami təhlükəsini gözləyir...

Qəribədir ki, ölkəmizin gizli və açıq gecə rəngli zəhmətkeşləri, media və şouda olan cinsi liberallar susub qalıb bir qırağda, ayıblarına qısınıblar, qalan özlərini cinsi normallar (onlara da bu ifadə nə qədər şamil etmək olar, deyə bilmərəm, ən azı bu qədər mavi ordunun qarşısında necə tab gətiriblər indiyə qədər və ya bu qəribə cinsi istəkli insanları uola verənlər məgər sinələrində qeyrət dolu ürək gəzdirən erkəklərimiz, bir az da indilərdə lap çox baş qaldıran dişilərimiz deyilmi?) sayanlar düşüblər ortaya ki, bəs biz də varıq, rədd olsun GAYlar (bu günlərdə rüşvət üstə yaxalanan qailərlə səhv saymayın ha? Və hələ bilmək olmaz ki, bunlardan hansi "peşə" sahibi daha pisdir?)!

Adamdan soruşarlar, balam, əgər Viqara-soğan, nə bilim ekstaz-sarımsaq çeynəməmisənsə, için niyə göynəyir? Niyə onları reklam və PR edirsiz?

Bu yerdə Virtual Sufi artıq dözmür: "Yaxşı, sabahları SPİD - AİDİS" xəstələri nümayiş keçirsələr, eyniylə beləcə etiraz edəcəksiz onlara?"

İnsanların başqa haqları kimi intim hüquqlarına da heç kimin, o cümlədən dövlətin və hansısa qurumun müdaxiləsi yol verilməzdir. O sıradan heç kimin tumanına burun soxmaq olmaz.
Sivil dünya artıq bu problemi müzakirəyə belə çıxarmır: ən azı ona görə ki, dünyanın tanınmış elm, sənət, mədəniyyət, tarixi və siyasi tanınmışların əksər hissəsi bu və digər dərəcədə rəngli taleyə malik olublar.

Elə qay (mavi) - gay sözünün özü də vaxtlə Roma imperiyasına hökmranlıq etmiş, rəngli həyat tərzi ilə vətəndaşların hiddətinə səbəb olmuş Gay Sezardan qaynaqlanır... Bəli o Gay ki, əksəriyyətimiz onun məşhur sualını işlədirik - sevgili dostu parlamentdə ona qəsd edənlərə dəstək verib arxadan kürəyinə xəncər saplayanda çığırmışdı: "Səndəmi, Brut?!"

İskəndər, Sokrat, Lut nəsli, Napoleon, Hitler, ... tarix minlərlə, bəlkə də milyonlarla belə rəngli dahilər tanıyır (düzdür bizim millətin "Ayıbdır!" tabusuna görə bunları bizimkilər bilmirlər) ki, əgər vaxtilə onların intim tələbatını normal qarşılasaydı, sonralar KÜTləyə qan uddurmazdılar...

Cağdaş ədəbiyyat, incəsənət - balet, kino, teatr, musiqi, reklam, rəssamlıq, sənəti TV və art-sənayedə çalışanların əksər hissəsi, dəb, kosmetika, klip, İT və internet (kim deyər, Feysbuk peyğəmbəri Mark niyə evlənməyib indiyəcən?) kimi istiqamətlərdəki rəngli ictimaiyyətin bəşəriyyətə - mədəniyyət, düşüncə, ədəbiyyat, elm, fəlsəfə, demokratiya, sivilizasiya tarixinə verdiyi xeyirdən hamı ellikcə yararlanır, amma onların intim həyatına, fəlsəfəsinə təcavüz etməkdə, ya da özünü elə göstərməkdən çəkinmirlər...

Nəsə, bizim sivilləşməyimiz qaldı qiyamətə: hər bir sosial-ictimai fərdi - mədəni insanı olduğu kimi qəbul etmək, tolerantcasına dəyərləndirmək vacibdir...

P.S. Nədənsə bütün dünyada, o cümlədən bizdəki şou-biznesdəki əxlaqsızlığı, az qala fahişəlik səviyyəsinə enən açıq-saçıqlığa göz yuman KÜTləmiz üçün 2012-ci ildə 3 mövzu var: MAY-QAY parad, Dünyanın onu və "Bakı-2012" Avropa musiqi yarışması, qalan məsələlər sırada onuncudu...

Nə təhsil problemi, nə korrupsiya, nə bərbad səhiyyə sistemi, nə intellektsizlik, nə Qarabağ...

P.P.S. İndən deyirəm, liberal düşüncəli insanam, mövzu və predmetimə tolerantlıq göstərməyən kəndoşları o dəqiqə blokda cənnətləyəcəyəm... Gəlin sağlam polemika aparaq...

Комментариев нет:

Отправить комментарий