18.01.2012

“Yüzdə bir saniyə”


Qısametrajlı film kriteriyalarına görə ən görkəmli və məşhurlardan biri – 2007-ci ildə Manhettendə keçirilmiş “Qısametrajlı Filmlər Festivalı”nın qalibi. Cəmi 5 dəqiqə, lakin emosiyalar, hisslər və fikirlər bir çox iki saatlıq filmlərdə gördüyümüzdən daha artıqdır.
Bu film haqqında bir çox internet səhifələrdə müxtəlif rəylər oxudum. Bəziləri düşünürlər ki, buradakı fotoqraf qadın demokratik “mundarların” diqqətini Serbiyaya çəkmək məqsədi ilə, seyircilərin diqqətində qazanmaq məqsədi ilə onları manipulasiya edir. Bu cür filmləri çəkməyin “aşağı” bir hərətək olduğunu qeyd edirlər.

Bəziləri isə, əksinə, filmin çox yaxşı alındığını deyirlər. Dərindən yanaşdıqda, fotooperator olan bu qızın sırf öz işini gördüyünü, ortaya çıxacaq yekun nəticənin hər şeydən üstün tutduğunu və hətta balaca qızın həyatından da üstün tutduğunu qeyd edirlər. Və həmin anda heç onun ağlından belə keçmirdi ki, qız öldürülə bilər. O, yalnız çəkilişin hansı yolla və necə edərək daha əla keyfiyyətdə alınması haqqında düşünürdü. Və o, bunu etdi. Eyforiyada idi, başqa cür desək affekt vəziyyətində, yalnız fotoaparatın düyməsindən asılı halda idi…
Şəxsən, mənim düşüncəmə görə isə, professional fotoqraf hər zaman öz işi ilə seçiləndir və mənə görə fotoqraf dediyin şəxs heç də qlyamur işıqlar altında görüntülər edən biri deyil, mənə görə fotoqraf dediyin kəs hadisə yerində vəziyyətə uyğun olaraq davranan, çəkdiyi bir fotonun hadislərin, hətta tarixin gedişatını dəyişdirə biləcək biridir.
Onu da qeyd etmək istərdim ki, bu gün Azərbaycanda da gənc fotoqrafların sayı gündən-günə çoxalmaqdadır. Bir tərəfdən bunu müsbət hal saymaq olar, hər halda, gənclərin mənasız məşğuliyyətlərə yönəlməsindənsə, bu cür sənətlə məşöul olmaları daha məqbuldur. Lakin, bir tərəfdən də bir-iki (əsasən qız, gül-çiçək, quş-muş) foto görüntüyə alaraq, özünə facebook-da səhifə açıb, gic-gic müsabiqələr keçirdərək səhifəsini reklam edənlər də böyük əksəriyyət təşkil edir. Fotoaparatın ucuna qoşduqları yarım metrlik qurğularla əllərində tutduqları fotoaparatı balaca uşağa da versən, əla nəticələr əldə edər.
Sonda isə, bu gün facebook-da Ramil Qafarovun bir müraciətini burada qeyd etmək istərdim. Lap yerində səslənmiş bir fikirdir, məncə: “Əlinə fotoaparat götürüb fotoqraflığa iddia edənlərdən bir xahişim olacaq. İnsanların fotosunu çəkib üstündə öz adınızı etiket kimi yapışdırmayın. Fotonuz ictimai diqqət cəlb edibsə, bunda sizin adınız yox, fotosu çəkilən şəxsin nüfuzu rol oynayıb”.
Yuxarıda adını çəkdiyim filmi Siz də izləyin, rəyləriniz mənə çox maraqlıdır. Nəzərə alsaq ki, rus dilini anlayanlar daha çoxdur, bu səbəbdən də dublyaj olunmuş versiyasını yerləşdirirəm.

Комментариев нет:

Отправить комментарий