31.07.2012

ABŞ PREZİDENTLƏRİNİN İSRAİL YARIŞI

Mayis Güləliyev: "ABŞ və İsrail Əlaqələr Komitəsi yaranandan sonra isə ABŞ-ın xarici və daxili siyasəti sionistlər tərəfindən idarə edilməyə başlandı"


Məlum olduğu bu il ABŞ-da növbəti dəfə prezident seçkiləri keçiriləcək. Namizədlər artıq təbliğat təşviqat kampaniyasına başlayıblar. Lakin maraqlı olan budur ki, namizədlərin əsas rəqabəti ən çox İsrailin razılığını qazanmaq və ona daha çox xidməti sübut etməkdən ibarətdir. Bir neçə müddət bundan öncə də Barak Obama işğalçı İsraili rejimin prezidenti Şimon Perezi, ABŞ-a dəvət edərək ona şöhrət ordeni mükafatını vermişdi. FaktXeber.com-un “daima ABŞ-dakı namizədlərin və prezidentlərin İsraillə bağlı belə bir mövqe nümayiş etdirməsinin səbəbi nədir”, - sualını cavablandıran Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyev, bunun səbəbinin kifayət qədər aydın olduğunu bildirdi.
Ekspert qeyd etdi ki, ABŞ yaranan gündən etibarən ölkənin həm daxili, həm də ki, xarici siyasətində sionist lobbisi çox böyük rol oynayıb: “Əlbəttə ki, ABŞ təzə yarananda sionizm ideyası bir ideologiya kimi tam formalaşmamışdı. Bu ideya XIX əsrin sonundan etibarən formalaşmağa başlayıb. XIX əsrdən başlayaraq qrup şəkilində olan ideya təmsilçiləri ABŞ iqtisadiyyatının, siyasətinin və konstitusiyasının formalaşmasında yaxından iştirak edərək böyük rol oynayıblar. Sionizm formalaşandan sonra ABŞ bu ideyanın təmsilçilərini özündə birləşdirərək inkişaf etdirib.”
Sionizm ideologiyasının Böyük Britaniyada yarandığını qeyd edən ekspert, ”buna baxmayaraq sionizm ABŞ-da inkişaf edərək möhkəmlənib. ”, - deyə bildirdi: “Həmin dövrlərdə ABŞ-da olan bəzi qüvvələr var idi ki, sonradan yaranacaq İsrailin xəritəsinin çəkməklə məşğul idilər. ABŞ və İsrail Əlaqələr Komitəsi yaranandan sonra isə ABŞ-ın xarici və daxili siyasəti sionistlər tərəfindən idarə edilməyə başlandı. Bu komitə yalnız İsrail lobbisi adı altında fəaliyyət göstərib. Eyni halda ABŞ-ın daxili və xarici siyasətinin İsrail lobbisi tərəfindən idarə edilməsi ilə bağlı bu günə qədər yüzlərlə kitab və məqalələr yazılıb.”
Ekspert onu da qeyd etdi ki, hazırda ABŞ-da ən nüfuzlu partiyaları hesab edilən Demokratlar və Respublikaçıların adlarının fərqli olmasına baxmayaraq, adı çəkilən qurumlar mahiyyətcə eyni məqsəd və hədəf uğrunda çalışırlar: “İlk baxışdan keçirilən seçkilərin demokratik olmasına baxmayaraq, namizədlər arasında həyata keçirilən mübarizə formal xarakter daşıyır. ABŞ-da olan hər iki partiya mahiyyətcə ABŞ-İsrail əlaqələr komitəsindən, yəni İsrail lobbisi tərəfindən tam şəkildə idarə edilir. Ona görə də ABŞ-da hansı prezidentin seçilməsindən asılı olmayaraq, onların həyata keçirdiyi siyasi fəaliyyət birbaşa İsrail lobbisinin və bu lobbinin təsiri altında olan institutların təsiri altında formalaşır. Ağ ev isə beyin mərkəzlərinin təqdim etdiyi siyasi xəttə uyğun fəaliyyətə göstərir.”
Sonda politoloq bildirdi ki, ABŞ-da kimin prezident seçilməsindən asılı olmayaraq dövlətin xarici siyasətində heç bir dəyişiklik baş verməyəcək: “Çünki həmin prezidentlər İsrail lobbisi tərəfindən hazırlanan siyasətin nəticələrə uyğun olaraq fəaliyyət göstərirlər.”


http://faktxeber.com/

Комментариев нет:

Отправить комментарий