25.07.2012

Cəmiyyətdə sosial bərabərsizliyin acı fəsadları

 Günel Eyvazlı


Xoşlamırıq bir para nadanları,
 Şiveyi nisvani müsəlmanları,
 Neyləyirik Fatma, Tükəzbanları?
 Annaları, Sonyaları yanlarıq
 Ay bərəkallah, nə gözəl canlarıq! 
                                                       (M.Ə.Sabir)


Sabir babamız bu sətirləri yazanda böyük ürək ağrısı keçirmişdi zamanında. Bəli, o dövrün intellektli, dünya görmüş  gəncləri öz millətinin qızını deyil, damarında yabancı qanı axan qızları özlərinə övrət etməkdən heç çəkinməmişlər. Qınayırıq. İndi gəlin birgə nəzər salaq vəziyyətə. Gərək əsl həqiqət haradadır.

Bir vətəndaş olaraq, yad ölkənin nümayəndələrinin sıralarımıza daxil olmasının mən də əleyhinəyəm. Bu düzgün deyil. Qanı erməni, rus olan körpələr, oğullar sabah hansı torpağın hüdudlarını qoruyacağı sual altındadır. Doğrusu qonşumuz Nora xalanın, sonradan ismi dəyişdirilmiş Nuridə xalanın oğlu əsgər gedəndə çox əsəb keçirmişdim. Düşünürdüm, dayıları erməni olan bu gənc, səngərdə özünü necə aparacaq? Atəş aç dedikdə əlindəki avtomatı azəri balalarının üstünə tuşlamayacaqmı?
O, əsgərlikdən geri qayıdanadək bu suallarla baş-başa qaldım.
Nəisə, keçək mətləbə.
Baxın indi vəziyyət necədir. Ölkəmizin ziyalı, istedadlı qızları əcnəbilərə getməyi daha üstün sayır. Niyə ?
Maraqlı sualdır. Az qala Azərbaycanın yazılmamış aksiomasına çevrilən, qaynana, baldız münasibətləri, yersiz söz-söhbətlər, qohumların ailənin məişətinə yersiz ayaqaçması, kişilərin həyat yoldaşlarını dörd divara məhkum etməsi, inkişafına maneçilik, fövqəlada bir hala çevrilmişdi.
Bu səsbəbdən ağlı başında olan, yüksək təhsilli qızlarımız intellekt cəhətdən eyni olan əcnəbi vətəndaşlarla ailə həyatı qurmağı daha üstün bilirlər. Yəni ailə daxilində ən əsas ünsir dünya görüşünün eyni olmasıdır. Əgər ər evdə elmdən, arvad zəmidən danışsa və ya əksinə , bu ailənin parçalanmasına səbəb olacaq. Bəli, bəzən neqativ hallar da müşahidə edilir. Yəni, hər xarıcı vətəndaşa ərə gedən qızın əli bala batmır.
İndi görün cəmiyyətimizin ali savadlı oğlanları nə edir. Mənim müşahidələrim bunu deməyə əsas verir ki, oğlanlar, qat-qat özlərindən yaşca kiçik olan qızlarla evlənir. Və ya savadlı qız alsa da onu evinin məişət tələbatları üçün yararlı hesab edərək, cəmiyyətə adaptasiya olunmasının qarşısını kəsir.
Nədənsə qorxur?
Günlərin bir günü isə ətrafında olan açıq fikirli bir qıza aşiq olur və bununla da ailə faciəsi, boşanma baş verir.
Qız alan ailənin nümayəndələri dəyirmi masa ətrafinda birgə oturaraq ailə məşvərəti qururlar. Bu məşvərətdə oğlanın fikri əsas deyil. Çünki qız almaq sadəcə retual xarakteri daşıyır. Müəyyən yaş dövründə oğlanın boynuna yüklənmiş bir məsuliyyətdir və ya məsuliyyətsizlik. Bəziləri ailəni niyə qurduqlarını sona qədər anlamırlar.
Sonra evin ağsaqqal və ağ birçəyi qərar qəbul edir. Bu  qərarda bütün meyarları nəzərə alınır, savad, yaraşıq, aldığı qızın ailəsinin statusu və.s. Amma, bütün bunlar yalnız qohumlara nümayiş elətdirmək üçün reklam xarakteri daşıyır. Sonra, ailə məngənəsində sıxılan qız azdlıq arzusu ilə ya üsyan edir, ya da sıxılmaqda davam edir.
Bizim cəmiyyətdə xaos hökm sürür. Yəni hal-hazırda qızlarımız, savad və koryera qurmaq baxımından daha irəlidədirlər. Bayaq sadaladığım xırda məsələlər onlarda ikrah hissi yaradır. Və belə xanımlar bizim oğlanlar üçün əlçatmaz bir zirvəyə çevrilirlər. Onların ipə-sapa yatmayacağını, anasının nazıyla oynayacağını düşünən Azəri bəyi belə qızla ailə qurmaqdansa , 9, 11-ci sinifi yenicə bitirmiş bir yeniyetmə ilə ailə qurmağı daha üstün bilir.
Bu səbəbdən qızlarımız yad ölkənin vətəndaşlarının övrətinə çevrilirlər.
Hələ uzun-uzadı danışsam Gender məsələsinin də ölkəmizdə başqa məcraya axdığını müşahidə edərik.
Gender - qadın və kişinin cəmiyyətdəki sosial rolunu və vəziyyətini təyin edən sosial model kimi cəmiyyət tərəfindən təşkil edilir. Gender sistemi cinslərindən asılı olmayaraq, insanlara ünvanlandırılan asimmetrik mədəni qiymətləri və gözləmələri əks etdirir.
Amma, Azərbaycan və dünyanın bir sıra ölkələrində, gender ifadəsi sırf qadın hüququqları kimi anlaşılır. Yazıq qadına dırnaqarası hüquq verərək kişilərin işi-gücü dədə-baba qaydasında yığılır yazıq qadının zərif çiyinlərinin üzərinə. Kişilər üçün iş məhdud, qadınlar üçün kifayət qədərdir. Bütün bu amillər sosial bərabərsizlik yaradır. Və beləliklə hər şeylə təchiz olunmş qız sosial, para baxımından özündən aşağı olan oğlanla deyil, cibləri para ilə zəngin olan əcnəbi ilə ailə qurur.
Əlbəttə, bu da bir dünya siyasətidir. Bunun arxasında da xüsusi sosial planlar var.
Fikirlərimi bir neçə aspektdən sizə başa salmağa çalışdım. Sabir babamın dövründə bu sosial status kişilərin əlində idi. Qadın məktəbləri az idi. Hər kişi öz qızını oxutdurmurdu. İntellekt sahibi olan oğlanlarımız xalça toxuyan, yun didən, məişət üçün yaralı olan Tükəzbanlarımızı bəyənmirdi. Məhz bu səbəbdən Sonyalar nənələrimizin gəlini olurdu.
İndi isə vəziyyət tərsinədir.
Bütün dediklərim mənim subyektiv fikrimdir. Bəlkə bəziləriniz mənimlə razılaşmazsınız. Məndə  feminist idealogiyası yoxdur. Mənim üçün kişi, qadın ayrı-seçkiliyi yoxdur. Amma, cəmiyyətin bu halına baxanda mən də ürək ağrısı keçirirəm.
Bütün bu halların baş verməməsi üçün təfəkkürümüzdə müasirlik aparmalıyıq. Yəni müasir gənclik avropaya məxsus geyimi əyinlərinə yaraşdırdığı kimi, müasir düşüncəyə də malik olmağı bacarmalıdır. Köhnə əsrin bir yığın çiy idealogiyasını kafasından atmalıdır. Sözün yaxşı mənasında.
Arvad döymək, onu iş-güc sahibi olmağa qoymamaq, söz demək hüququndan məhrum etmək kimi fikirləri başında gəzdirənlər nə zamansa yaratdığı müqəvvadan bezəcək. Amma, həyat yoldaşının inkişafını təmin edən ər öz ailəsində normal mühit formalaşdıracaq. Belə ailələrdə böyüyən uşaqlar cəmiyyətə daha yararlı olacaq. Hüquqları  tapdalanmış ailələrdə böyüyən uşaqlar həmişə natamamlıq sindromu ilə üz-üzə qalacaqlar. Seçim sizindir. Gəlin hamını günahlandırmayaq. Tərbiyəyə özümüzdən başlayaq. Mən də, sən də. Dəyişək.
Sözün yaxşı mənasında dəyişin və inkişaf edin.

Комментариев нет:

Отправить комментарий