31.07.2012

Halal bildiyimiz çox şeylər başımıza bəladır

Könül Səidin "Kola zəhərdir" ( http://www.dayaq.org/index.php?action=static_detail&static_id=60225) yazısına cavab gəldi!


Elvin Baycan

Xətrini istədiyim bir xanım Coca-Cola əleyhinə bir yazı yazmışdı. Oxudum, yazı çox xoşuma gəldi. Bu içkini içməmək barədə, az qalırdı ki, ən yaxın insanlara və dostlara da məsləhət verəm. Çox keçmədi ki, yenə məndə Coca-Colaya qarşı suallar yarandı. 
İlk sual belə oldu. 1990-cı illərdən 2012-ci ilə kimi Fanta-Cola Bakıda at oynadırdı. Birdən kiminsə yadına düşdü ki, Colanın insan həyatına çox ziyanı varmış. Nə oldu, iyirmi ildən sonra adamların yadına düşdü ki, Cola insan həyatına ciddi ziyan vururmuş? Yaxşı, mən də Könül Səid xanımın yazısına dəstək oluram. Ay millət, iyirmi ildən sonra bunu anlamışıq.
Bu yazı ilə Könül xanıma bəzi faktlarla bağlı sual ünvanlamaq istəyirəm. Vətandaşlar da nəyin ciddi ziyan vurduğunu anlayıb, qəti qarar versinlər.

" Damla-damla topladıq"... Soruşmaq ayıb olmasın, hardan damla-damla topladınız? Hansı bağlarınızdan? Bəzi şirə zavodlarının reklamına dəfələrlə rast gəlsək də, bəs niyə damla-damla toplanan meyvələrə və meyvə bağlarına rast gəlmək olmur?  Deməyin,  sahibkarlardan ya da ki, kəndlilərdən alırıq. Maraqlıdır, adı bu təbii şirələri hazırlamaq üçün "poroşokları" hansı ölkədən alırlar? Milli təbii şirələrin  paraşokdan hazırlandığını bildik. Eşitdiyimə görə, 100 qr kimyəvi maddə, təbii şirənin hazırlanması üçün, üç tonluq suyu həm qatılaşdırır, həm rəng verir, həm də dad. İndi gördünüzmü kimyəvi maddə ilə damla-damla toplanan təbii şirə necə olur? Ay millət, aldanmayın bu reklamlardakı səmimiyyətə, hamısı saxtadır.
Könül xanım niyə yazmır ay millət aldanmayın halal kolbasa və sosislərə. Mal və qoyun ətinin kilosu 8-9 manat arası olduğu halda, necə olur 6 manat 50 qəpiyə halal kolbasa və sosis mağazalarda göz çıxarır? Yaxşı, Könül xanım yazmadı, bəs bizlərin şüuru necə oldu? Sizin düşüncənizə nə olub? Buna da savadınız çatmır düşünməyə? Bahali sandığınız yağlı kolbasaların içindəki donuz piyi olduğunu bilirsiniz? Bəs ucuz yağlı bildiyiniz kolbasaların içindəki yağ əvəzinə bizə siridiqları inəyin yelini olduğunu da bilmirsiniz? Baxın, ey bixəbər xalqım, hamısı saxtadır.
Yaxşı Könül xanım niyə yazmadı, rəngli və meyvəli bildiyimiz dondurmalar 100 qr kimyəvi maddə qatmaqla 2800 ədəd dondurmaya həm rəng verir, həm də dad? Deməli, nə qədər ziyan olduğunu anlamalıyiq. Onuda deyim ki əslində 100 qr dondurma bizlərə 65 qr adı ilə satılır.Dondurmada şokolad bildiyimiz yağ və kakaonun olduğunu da bilmirsiniz? Görünür, bu ölkədə sahibkarlar pul qazanmaq üçün nə yolla olursa-olsun, vətandaşları  aldatmağa meylidirlər.
Bəs Könül xanım adı dəyişən dadı dəyişməyən mənasız spirtli içkilərdən niyə yazmır? Yazmaz da... Kim eşitsə ki apteklərdı vaxtı keçmiş yuxu dərmanlarının və pisxoloji sakitlik yaradan həbləri həmin spirtli içkilərı qatıllır heç kim risk etməz yazmağa. Bizlər icazəsiz bir ayaqyolu belə tikə bilmədiyimiz halda, görürsünüzmü nələrin baş verdiyini?
Niyə yazmır Könül xanım, halal bilib yediyimiz toyuqlar qırx gunə boya-başa çatır. Bəs bu toyuğun dərmanlı yeməkləri hardan gəlir -  qonşu Ermənistanla "dost" İrandan. Buna görəmi hər gün yüzlərlə insan müalicə almaq üçün İran klinikalarına müraciət edir. Yediyiniz və halal bildiyiniz toyuqlar da bizim başımıza bəladır.

Комментариев нет:

Отправить комментарий