Etimad Başkeçid
YOL
- Sən getdikcə uzanan yolda,
nə gördün?
- Üfüqlər genişləndikcə dünya daralır…
- Mən isə bir yedim, beş də götürdüm.
- Halal xoşun olsun.
- Yaxşı, nə öyrəndin, nə bildin?
- Bu gözü tutursan, o biri gözə xeyri dəyməz.
- Bunu mən sənsiz də bilirdim.
Məhəbbət varmı bu dünyada,
sən bilərsən.
- Hər halda olmamış olmaz.
- Day belə olmaz dostum, billah olmaz,
ama hünərdən gəlmiş kimi görünürsən,
- Əğstəfürullah.
- Yəni tarixə də qazanmadın adını?
- Yox.
- Vardığın mənaya ulaşdınmı barı?
- Yox. Hər dəfə
sal divar kimi
bir sonsuzluq çıxdı önümə.
- Oralar buralardan nəylə seçilir?
heç olmasa bunu de.
- Nə deyim?
Orayla bura tam tarazıdı.
Çünki, canım-qardaşım, hər şey
bu fanidə bir-birinin məcazıdır.
- Bəs onda nəymiş bu yol dediyin?
- Yol bilirsənmi nədir, dostum.
- Nə?
- Hamının sürü-sürü daşlandığı
və bir gün geriyə dönmək üçün
uğraşdığı nəsnə…
XATİRİMDƏKİLƏR
hafizəm o qədər azalıb, o qədər pozulub ki,
Başkeçidi çox zor xatırlayıram doğrusu-
Xram çayı uzun bir titr kimi
gəlib keçir gözlərim önündən
gözümü axıdıb aparır axar su.
öz kölgəsinə çəkilir Əyriqar, Şamdüyə,
qoyun sürüsünə dalıb yox olur yağmurlar,
nənəm bir çimdik duz atır yağış suyuna
canavar qoyunları aparmasın deyə.
xatırla!
xatırlamağa çalışıram, qaşlarım
çatılır, alnım düyülür, düyümlənir,
bu yalançı güzgü güzgümü, yoxsa
Başkeçidin xatirimdə olmayan yerləri?
hafizəm o qədər azalıb,
o qədər pozulub ki,
Başkeçidi çox zor xatırlayıram doğrusu.
Xram çayı uzun bir titr kimi
gəlib keçir gözlərim önündən,
əksimi götürüb aparır axar su.
QƏFLƏ - QATIRINA HAY VURULDUMU…
qəflə-qatırına hay vuruldumu,
nə davran, nə dalan, nə cinas eylə,
bir şəhər verilsin sultan könlünə,
endir Allahından iltimas eylə.
bu Haqqın divanı, bu da tufanı,
hul gedir ğələnlər dəli-tərsinə,
yalvarıb Allahdan aldığım canı,
verdim bu çöllüyün haramisinə,
ağlaya-ağlaya öldü Tamaşa,
oxşadım, kiritdim ,olmadı, lələ,
Gözəğörünməzin özündən haşa
hansı ğül açdı da solmadı, lələ.
YOL
- Sən getdikcə uzanan yolda,
nə gördün?
- Üfüqlər genişləndikcə dünya daralır…
- Mən isə bir yedim, beş də götürdüm.
- Halal xoşun olsun.
- Yaxşı, nə öyrəndin, nə bildin?
- Bu gözü tutursan, o biri gözə xeyri dəyməz.
- Bunu mən sənsiz də bilirdim.
Məhəbbət varmı bu dünyada,
sən bilərsən.
- Hər halda olmamış olmaz.
- Day belə olmaz dostum, billah olmaz,
ama hünərdən gəlmiş kimi görünürsən,
- Əğstəfürullah.
- Yəni tarixə də qazanmadın adını?
- Yox.
- Vardığın mənaya ulaşdınmı barı?
- Yox. Hər dəfə
sal divar kimi
bir sonsuzluq çıxdı önümə.
- Oralar buralardan nəylə seçilir?
heç olmasa bunu de.
- Nə deyim?
Orayla bura tam tarazıdı.
Çünki, canım-qardaşım, hər şey
bu fanidə bir-birinin məcazıdır.
- Bəs onda nəymiş bu yol dediyin?
- Yol bilirsənmi nədir, dostum.
- Nə?
- Hamının sürü-sürü daşlandığı
və bir gün geriyə dönmək üçün
uğraşdığı nəsnə…
XATİRİMDƏKİLƏR
hafizəm o qədər azalıb, o qədər pozulub ki,
Başkeçidi çox zor xatırlayıram doğrusu-
Xram çayı uzun bir titr kimi
gəlib keçir gözlərim önündən
gözümü axıdıb aparır axar su.
öz kölgəsinə çəkilir Əyriqar, Şamdüyə,
qoyun sürüsünə dalıb yox olur yağmurlar,
nənəm bir çimdik duz atır yağış suyuna
canavar qoyunları aparmasın deyə.
xatırla!
xatırlamağa çalışıram, qaşlarım
çatılır, alnım düyülür, düyümlənir,
bu yalançı güzgü güzgümü, yoxsa
Başkeçidin xatirimdə olmayan yerləri?
hafizəm o qədər azalıb,
o qədər pozulub ki,
Başkeçidi çox zor xatırlayıram doğrusu.
Xram çayı uzun bir titr kimi
gəlib keçir gözlərim önündən,
əksimi götürüb aparır axar su.
QƏFLƏ - QATIRINA HAY VURULDUMU…
qəflə-qatırına hay vuruldumu,
nə davran, nə dalan, nə cinas eylə,
bir şəhər verilsin sultan könlünə,
endir Allahından iltimas eylə.
bu Haqqın divanı, bu da tufanı,
hul gedir ğələnlər dəli-tərsinə,
yalvarıb Allahdan aldığım canı,
verdim bu çöllüyün haramisinə,
ağlaya-ağlaya öldü Tamaşa,
oxşadım, kiritdim ,olmadı, lələ,
Gözəğörünməzin özündən haşa
hansı ğül açdı da solmadı, lələ.
Комментариев нет:
Отправить комментарий