Ağlama, ağıllan bir az,
ağlıma alacam səni.
Sonu xoşluğla qurtaran,
nağlıma alacam səni.
Boz dumana bürünərəm...
Mən yanında görünərəm...
Gülmə, fikrimdən dönərəm,-
ağlama, alacam səni.
Bir divara səbrini cız...
Gözlə döyülər qapınız...
Böyümə ha!,- sevdiyim qız,
oğluma alacam səni...
Комментариев нет:
Отправить комментарий