28.07.2012

Dəyərli ziyalılarımız: Əhmədov Bağış Sabir oğlu

19 sentyabr 1972-ci ildə Azərbaycan Respublikasının Cəlilabad rayonunun Andreyevka (indiki Qarazəncir) kəndində anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) bitirmişdir. 1994-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun əyani aspirantı olmuş, 2000-ci ildə namizədlik disertasiysını müdafiə etmişdir. 2000-ci ildən iqtisad elmləri namizədidir.1998-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Sənayenini iqtisadiyyatı” kafedrasının (indiki “Müəssisənin iqtisadiyyatı” kafedrasının) baş lobarantı vəzifəsində işləmiş, 2002-ci ildən baş müəllimi vəzifəsində çalışır və 15-dən artıq elmi-metodiki əsərin müəllifidir. 2004-2009-cu illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir. 2010-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetininin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda çalışır.
2004-2010-cu illərdə Azərbaycanın sosial-inkişaf problemlərinə dair layihələrdə, o cümlədən beynəlxalq təşkilatların maliyyələşdirdiyi və beynəlxalq ekspertlərin iştirak etdiyi layihələrdə kordinator, qrup rəhbəri, ekspert kimi iştirak etmişdir..

Комментариев нет:

Отправить комментарий