Ölkədə fəaliyyət göstərən bəzi bank və bank təşkilatları fırıldaqçılıqla məşğul olur. Bu barədə mətbuatda kifayət qədər məlumatlar dərc edilib. Amma, nədənsə həmin qurumlar müəyyən şəxslərin himayələri altında bu çirkin əməllərini davam etdirir, vətəndaşların sosial narazılığına məhəl qoymur. Bu cür təşkilatlar vətəndaşları aldadaraq onlara kreditlər versə də, sonradan həmin pulları sələm kimi almağa cəhd edir. Əhalinin maarifsizliyindən istifadə edən həmin qurumlar savadsız və ehtiyac içində olan ailələrə divan tutur.
Gunxeber.com-a müraciət edən Cəlilabad rayon Qarazəncir kənd sakini Marifə Həsənova da bu cür özbaşınalıqla qarşılaşdığını iddia edir. Bildirir ki, oğlu Şahin Həsənov “KredAqro” qeyri-bank kredit təşkilatının Cəlilabad filialından kredit götürüb. Həmin puldan bankın işçisi olan Əfqan İsgəndərov 200 manat rüşvət alıb və əlavə olaraq bank hüquqşünası üçün də 100 manat ayırıb. Şahin pulu qəssablıq fəaliyyəti üçün götürüb ki, alverini artırıb bankın kreditini qaytarsın. Lakin, kənd ərazisində əhalinin əksəriyyəti qəssabdan nisyə ət aldığından o bu krediti vaxtında ödəyə bilməyib və çətinliklə qarşılaşıb: “Kəsilən danaların pulu nisyə getdi, çünki əhalidə nağd pul yoxdur. Pula zamin durmuş bacım oğlu Xankişiyev Raqib Hacıəli oğlu hal-hazırda heç bir işlə məşğul olmur və kirayələrdə yaşayır. Məhkəmə isə onu sıxma-boğmaya salır”. Qadının dediyinə görə, oğlu banka götürdüyü pula görə 13 ay dalbadal hər ay 220 manat ödəsə də, qalan 5 ayı verməyə imkanı çatmayıb: “ Ailəmizin maddi vəziyyəti getdikcə ağırlaşdı, pulun yerdə qalan 5 ayını ödəməyə gücü çatmadı. Mən əsəbdən xəstələndim, zob xəstəliyinə tutuldum, uzun müddət müalicə olundum. Oğlum məcburiyyət qarşısında qalıb Rusiyaya işləməyə, bir tikə çörək qazanmağa getdi. O Rusiya Federasiyasında işləyə-işləyə arada banka olan sələm borcumuzu ödəmək üçün pullar göndərirdi. Respublikanın dövlət və hüquq-mühafizə orqanlarına uzun müddətdir ki məktublar yazıb köməklik istəyirik”.
KredAqronun “sayğac əməliyyatı” və ya vətəndaş aldadılaraq necə soyulur
Şikayətçi bildirir ki, müraciətlərdən sonra bank əməkdaşı Əfqan İsgəndərov borcalanı arxayın edib ki, qalan məbləğ hissə-hissə ödənilsə onlardan əlavə faiz tutulmayacaq. Amma sonradan məlum olub ki, Əfqan İsgəndərov qadının şikayətləri dayandırması üçün belə bir yalan vəd verib: “Oğlum artıq iki dəfə 220 manat məbləğində pul göndərib ki banka olan 1000 manata yaxın borcumuzdan çıxsınlar. 440 manata yaxın pul ödəmişik, lakin indi məlum olub ki, borcumuz azalmaq əvəzinə daha da artıb. Çünki KredAqro sələmçi təşkilatı maddi vəziyyətimizi bilə-bilə bizə “şotçik” (sayğac) qoşub. Əgər belə idisə Əfqan İsgəndərov bizi niyə aldadırdı ki, sayğac qoşulmayacaq? Məgər o real vəziyyəti bizə deyə bilməzdimi? Məgər bank onu əhalini aldatmaq üçün müvəkkil edibmi? Oğlum hazırda borcun-xərcin içindədir, kredit pulunu ödəmək iqtidarında deyil. KredAqro bütün Azərbaycanı çapıb talayır, amma bir nəfərə bir manatı keçmir. Hansı ki həmin min manat götürdüyümüz pulun faizidir, əsas mayasını ödəmişik”.
3 min manatı vətəndaşdan 2 qat alan kredit təşkilatı
Qadının dediyinə görə, Şahin Həsənov “KredAqro”nun Cəlilabad filialından 3 min manat götürüb. Həmin təşkilat bizə krediti çox yüksək faizlə- 36 faizlə verib: “Dünyanın hansı ölkəsində bu cür yüksək faizlər var? Bu böyük bir plandır, sələm genosidi əsrlərlə davam edir. İmkansız ailələr bu pulu götürüb süni surətdə yaradılmış saysız-hesabsız qayğılarının həllinə yönəldirlər. Bununla da müvəkkil banklardan borclu olurlar. Bir il müddətində o krediti qaytarmaq üçün nələrə düçar olmurlar? Nəinki mal-qara alıb artıra bilmirlər, üstəlik öz təsərrüfatlarında olanları da satıb pulu və faizləri zorla bağlayırlar. Vətəndaşları infarkt həddinə çatdıran bu kreditlərdən necə yararlanmaq olar? Respublika ziyalılarının əksər hissəsini məhkəmələrə çəkiblər, məhkəmələr onlara qarşı sərt qərarlar qəbul edib. Cəlilabad müəllimlərinin 70 faizinin işi məhkəmədir və büdcədən maaş alanların 90 faizi 2-3 banka sələm ödəyir. Bu gün banklardan pul götürən həmin şəxslərə məhkəmə dələduz, quldur adı verir. Amma əsl cinayətkarlar məhz həmin bankirlərin özləridir. Bu təşkilatlar əhaliyə pul paylayırlar, evindən qiymətli əşyalarını satdırıb, əmlakını ələ keçirirlər. Elman Rüstəmova deyin ki, onun bizi cənginə keçirdiyi KredAqronun kreditləri 50 faizə gəlib çıxır! Belə soyğunçuluq olarmı?”
Cəlilabad məhkəməsi fırıldaqçı bankı müdafiə edir
Qadının dediyinə görə, “KredAqro” təşkilatı hətta məhkəmələri də ələ alır. Qurum sələmçi təşkilatı Şahin Həsənovu da məhkəməyə verib. Məhkəmə qurumun iddiasını təmin edərək Şahin Həsənovun onlara 1181 manat pul ödəməsi barədə qərar çıxarıb: “Cəlilabad rayon məhkəməsinin bu əmrinə etiraz edirəm. Əksinə, “KredAqro” qeyri-bank təşkilatı bizi taladığı üçün, Əfqan İsgəndərov kimi işçilərinə qeyri-leqal talançılıq üçün şərait yaratdığına görə mənəvi kompensasiya ödəməlidir. Əfqan İsgəndərova cinayət işi açılmalıdır. Mən bu ədalətsiz əmrə qəti etirazımı bildirərək onun ləğv olunmasını, “KredAqro” sələmçi təşkilatının bizim ailəni rahat buraxmasını və bizə haqsız yerə yazılmış borcun götürülməsini tələb edirəm. Mən artıq neçənci dəfədir ki, məktub yazıram və hər dəfə KredAqro” təşkilatı bizi daha da çox sıxma-boğmaya salır. Bildirirəm ki, məktubum nəzərə alınmasa daha qeyri-adekvat addımlara əl atacağam”.
pia.az

Комментариев нет:
Отправить комментарий