28.07.2012

Xaçmazda şüşə qablardan ev tikilib



Xaçmaz rayonunun Nabran kəndində  şüşə qablardan ev  tikilib. Kənd sakini Baləhməd Xanbabayev evi 3 il müddətində inşa edib .  
Şüşə qablardan tikilən ev təkcə fərqlilik baxımdan əhəmiyyətli deyil. Bu üsulla tikilən divarlar “Termus effekti” verir. Yəni şüşə qabların içində boşluq olduğundan, ev yayda sərin, qışda isti olur. Tikintisi başa çatsa da bəzi tamamlama işləri yekunlaşmayıb. Bununla belə şüşə evdə yaşamaq istəyənlərdən sifarişlər gəlib. Artıq evdə tursitlər yaşayır.

Binanın yalnız künclərində daşdan istifadə olunub. Ev sahibinin sözünə görə buna səbəb  istədiyi materialı əldə edə bilməməsidir. Yoxsa evin hər yerini şüşədən tikmək istəyib. Baləhməd Xanbabayev deyir ki, şüşədən ev tikmək öz ideyasıdır. O, əvvəlcə eyni materialdan hamam , sonra yardımçı tikili, sonda isə ev tikmək qərarına gəlib.
Baləhməd Xanbabayev evi təkbaşına tikib. Özünə köməkçi götürməməsinin səbəbi isə bu işin səbr tələb etməsidir. Evin tikintisində yalnız rəngli şüşə qablardan istifadə olunub. Usta, bəyaz şüşələrdən istifadə olunmamasının səbəbini onların gözəl görüntü yaratmaması ilə əlaqələndirir.
Baləhməd dayı deyir ki, gözlərim şüşə qab axtarmağa vərdiş olub. İndi də harada içki içən görsəm gözləyirəm ki, içib qurtarsın, şüşəni götürüm. Onun sözlərinə görə bu işi davam etdirmək istəyir. Kömək olunarsa daha möhtəşəm binaların inşasını planlaşdırır. Növbəti ideya evin dam hissəsinin də şüşə qablardan hazırlamaqdır. 

Комментариев нет:

Отправить комментарий