Yaddan çıxarmaq lazım
deyil ki, güneydən Azərbaycan
şeirinin İmperatoru Şəhriyar çıxmışdır!
Səlim Babullaoğlu,
Rasim Qaraca, Cavidan, Pərviz Yusif, Kənan Hacı, Aslan Quliyev, Aliq Nağıoğlu,
Natiq Rəsulzadə kimi yazarlar həm də çağdaş ədəbiyyatımızın klassikləri
statusundadırlar
Düşünürəm ki Anar
kalibrdə yazıçılarımızın o cür ucuzçuluğa ehtiyacı yoxdur
Bizim sistem gənc nəslin
gücləndirilməsinə və inkişaf etdirilməsinə hesablanmışdır
Roberto Denironun
qomik olduğunu bilsəm, çox kədərlənərdim
-Azərbaycanda Güney ədəbiyyatının
təbliği nə dərəcədə gərəklidir?
-Hökmən gərəkdir, əgər
biz oranı öz vətənimiz hesab ediriksə, bu bizim mədəni substansiyamızın əsas
komponenti olmalıdır. Yaddan çıxarmaq lazım deyil ki, güneydən Azərbaycan şeirinin İmperatoru Şəhriyar çıxmışdır! “Dədə
Qorqud”dan sonra yaranmış ikinci möhtəşəm əsər Şəhriyarın “Heydərbabaya
salam”poemasıdır.
Bugünkü mədəni-siyasi həyatımızda özünəməxsus yeri olan Mir Cəlal
Paşayev də Cənubi Azərbaycandan çıxmışdır. Yeri gəlmişkən, 37-ci ildə AYB-də üzə
durmayan, donosbazlıq etməyən, siyasi oyunbazlıqlara qarışmayan bircə Mir Cəlal
Paşayev idi, sakitcə otağında oturub öz işindən başqa kənar işlərə qarışmırdı.
Bilmirəm, siz Cənubi Azərbaycandan bura gələnləri necə tanıyırsınız, amma o üzdə
yazıb-yaradanların çoxu dərin intellektə malik insanlardır. Bir neçə xarici dil
bilirlər, qədim hind fəlsəfəsindən tutmuş müsair Qərb kulturoloji cərəyanlarına
kimi hamısına bələddirlər. Çünki ordakı təhsil sistemi bizdəkindən qat-qat
güclüdür. Sadəcə milli dil olmadığından burda dərc olunan mətnləri bərbaddır.
Bu da tədricən düzələcək. Əgər onların bizdən öyrənəcəkləri təkcə orfoqrafiya
qaydalarıdırsa, bizim onlardan öyrənəcəyimiz çox şeylər var.
-Siz hazırkı təbliğatdan
razısızmı və daha hansı güneyli yazarların burda, quzeyli yazarın isə Güneydə təbliğ
olunmasını istərdiniz?
-Cənab Məsiağa Məhəmmədi
Cənub ədəbiyyatının burda tanınması üçün hələ Sovet vaxtından böyük işlər
görüb. Təəssüf ki o da öz saytına kod qoyub, ordakı materialları götürüb
paylaşmaq mümkün deyil. Bu müsahibə vasitəsilə də ona bir daha müraciət edirəm
ki o kodu açsın, biz də həmin dəyərli materialları götürə bilək. Lazımdır ki, dövlət səviyyəsində güneyli şairlərin kitabları
burda, bizimkilər də orda buraxılsın. Mən bir “Azərbaycan şeir antologiyası”
hazırlamışam, cənublu-şimallı bütün dəyərli şairlərimiz orada əks olunub, çox istərdim ki bu toplu nəşr olunsun.
Güneydə Fərzad Leysi, Nigar Xiyavi, Məlihə Əzizpur, Duman Ərdəm, Kiyan Xiyav, Səkinə
Pur Həsən, Rəsul Yunan, Ramin Cahangirzadə kimi istedadlı yazarlarımız var. Ərdəbildə
böyük bir şeir məktəbi formalaşıb, onların özünəməxsus yazı ənənələri var. Bu
tayda da o tayın hökmən tanımalı olduğu layiqli yazarlarımız vardır. Səlim
Babullaoğlu, Rasim Qaraca, Cavidan, Pərviz Yusif, Kənan Hacı, Aslan Quliyev, Aliq
Nağıoğlu, Natiq Rəsulzadə kimi dünya kalibrindən aşağı olmayan yazıçılarımızın
Güneydə tanınmaması günahdır. Sadaladığım müəllifləri oxumadan “çağdaş Azərbaycan
ədəbiyyatından xəbərdaram” demək kökündən yanlış olardı. Mənim “avanqard” təyinilə
nişan verdiyim quzeyli-güneyli bu imzalar həm də çağdaş ədəbiyyatımızın klassikləri
statusundadırlar. Biz güneylilərlə mədəni müstəvidə birləşib öz estetik
zövqümüzü formalaşdırmalıyıq. Millətin öldürülmüş ruhunu estetik baxımdan
canlandırmaq lazımdır.
-İndi ədəbiyyatda bir sıra qrup(laşma)lar var və bu qrupların üzvləri
də yazılarında öz tərəfdarlarının yeni çıxan yazılarını, kitablarını "bəy
tərifi"nə tutur... Bunun adı ədəbi tənqid
olsa da, amma içi sadəcə tərifdən ibarətdir. Sanki tənqidin adı var, amma özü
yox təsəvvürü yaranır. Sizin buna münasibətinizi öyrənmək istərdim. Bu nə dərəcədə
doğrudur və əslində ədəbi tənqid necə olmalıdır?
-Sovetlərsonrası dönəmdə
bizdə, həm tənqid, həm də ədəbiyyat nəzəriyyəsi umumiyyətlə sıfırlanıb, tənqid
artıq elə absurd həddə enib ki, özünün tam ziddi, əksi olan tərifə çevrilib. Tənqid
ölüb! Dəhşətli bir vəziyyət yaranıb: bir-birinə bəy tərifi yağdırırlar və bunun
adını qoyurlar “ədəbi tənqid”. Bu yaxınlarda AYB-də vacib post tutan
xanımlardan biri Anar müəllimə çox ucuz bir mədhiyyə yazıb saytlardan birində
yerləşdirimişdi. O tamadaçılığı oxuyub o qədər əsəbləşdim ki! Biz Anarı da
tanıyırıq, səni də! Düşünürəm ki Anar kalibrdə yazıçılarımızın o cür ucuzçuluğa
ehtiyacı yoxdur. Gənc nəsildən də heç olmasa utanmırlar e! Ədəbiyyata yeni qədəm
basanlar bizlərə baxıb nə götürəcəklər? Yaltaqlıqmı? Başa düşdüm ki, hələ bu aş
çox baş aparacaq. Bu tamadaçılıq mənə o qədər təsir etdi, hətta saytımızda “Ədəbi
tənqid” bölməsinin adını dəyişib “Litparad” qoymaq qərarına gəldim.
-Ədəbiyyatda olan
intriqaları rəqabət hesab etmək olarmı?
-Nə rəqabət? Rəqabət
olar müsabiqədə. Ya da normal cəmiyyətdə yuxarıdakı Dəmir Əl ədalətli qiymət
verir zəhmətə, onda ortada normal rəqabət olur. Bizim ədəbiyyatı 70-ci illərdən
üzü bəri klanbazlıq, yerlipərəstlik, qaragüruhçuluq başına götürüb, ona görə də
intriqalar həmişə olub. 60-cı illərdə Azərbaycan ədəbiyyatını bir qrup savadsız
zümrə əlinə keçirib, öz reqress dünyagörüşlərini diqtə ediblər- indiki zəlil vəziyyətə
düşməyimizin səbəblərindən biri də budur. Bəzi kol-kos dalında gizlənən
katalizatorlar da var ki, aləmi qarışdırırlar, sonra kənarda durub seyr edirlər.
Bunlar hamısı gerizəkalılıqdan irəli gəlir. İndi feysbukda dəb düşüb, birinin səndən
xoşu gəlmirsə, sözü üzə deməyə cəsarəti çatmır, amma arayıb-axtarıb ötənlərdən
sənin bir “oşibkalı” cümləni, ifadələrini tapır, paylaşır feysbukda. Məqsəd də
budur ki altından kimsə sənə tənqid yazsın, söyüşmə başlasın, bu da heç nə
olmayıbmış kimi kənardan durub baxsın. Aləm qarışsın, amma elə təəssürat
yaransın bu paylaşan yoldaş “zdes ne priçom”dur. Bəzi kişi yazarlarımız qadına
belə yaraşmayan hərəkətlər edirlər, sonra gedib əsərlərində oxucuya həyatda necə
yaşamaqdan moral oxuyurlar.
-Bir müddət sizin
yazarlar üçün hazırladığınız İdman təlimi sistemi feysbukda dolaşdı...
-Mən bu təlim hərəkətlərini
müxtəlif kitablardan- yoqadan tutmuş cüdoya kimi,
ingilis boksundan tutmuş Sovet fizkulturasına kimi müxtəlif sistemlərindən
yığdım, sadələşdirilmiş bir otaq idmanı yaratdım. Bu təlim otaq şəraitinə
alışmış müasir yazarlarımız üçün nəzərdə tutulub. Ən ağır, məsələn qantellərlə
və stullarla, o cümlədən tərlədən jim hərəkətləri çıxarılıb, ən sadələri
saxlanılıb, odur ki ürəyi zəif olanlar belə bu hərəkətləri çətinlik çəkmədən edə
bilərlər. Özünüzdən asılıdır, istəsəniz hər hərəkətdən 100 dəfə edin və ya
vaxtınız azdırsa, 5-6 dəfə, əsas odur ki edin- bu hərəkətlər sizin keyləşmiş bədən
hüceyrələrinizi açacaq, qan dövranınızı yaxşılaşdıracaq, ağrıları götürəcək,
bir sıra fəsadlardan, xəstəliklərdən qoruyacaqdır. Xüsusən soyuq qış aylarında
səhər-səhər 20 dəqiqə bu hərəkətləri etmək bədəni bütün günü eyni normal
temperaturda saxlayacaqdır. Uzun illər həmin hərəkətləri ardıcıl etmək bədəndə
xəstəliklərə qarşı güclü immun sisteminin formalaşmasına kömək edəcəkdir.
İnanın, mən bu təlimi onlarla kitablardan yığmışam, heç sayını da dəqiq bilmirəm,
professional idmançı olmasam da, uzun illər bu sahə ilə maraqlanmışam. Nəticədə müasir insan üçün- ofis adamı üçün yetkin,
asan, əlverişli bir idman hərəkətləri cədvəli yaratmışam. Maraqlananlar
dayaq.org saytının axtarış yerində “Yazarlar üçün İbrahim Seldən idman təlimi”
yazıb tapa bilərlər (http://www.dayaq.org/index.php?action=static_detail&static_id=60173). Bu cədvəli
ksereokopiya edib çoxlu dostlara paylamışam. Razılıb ediblər, bəzilərinin
onurğa, sümük ağrılarını götürüb, bəzilərinin şəkərini nizamlayıb. Saatlarla
internetin qabağında oturmaq bizim yazarlarda cinsi və digər duğyuların
qayçılanmasına səbəb olur. İdman və bədən tərbiyəsinin polad kimi sərtləşdirdiyi
gənc evdən bayıra çıxmayan, daimi fikri qidalarla həddən artıq yüklənən gəncə
nisbətən cinsi ehtirasları daha çox hiss edir. Bu halda ağla uyğun gələn təhsil
forması bu reallığa
əsaslanmalıdır. Sağlam bir gəncin qadından
gözləyəcəyi xoşhallıq müvazinəti zəif olan bir gəncin qadından gözləyəcəyindən
başqa olacaq. Bizim sistem gəncin sərbəst vaxtlarında bədənini və orqanizmini
faydalı bir şəkildə gücləndirmə və inkişaf etdirməsinə hesablanmışdır. Həmişə sağlam və enerjili düşüncə gücü ancaq sağlam
və güclü bir orqanizmdə var olar. Bəzən dahilərin zəif xarakterli olmaları bu
qaydanı pozmaz. Onların vəziyyətləri istisnadır.
-Cinsi azlıqlara
münasibətiniz necədir?
-Homoseksualistlər həlim,
mülayim, sakit görünmək istəyirlər. Ancaq bu yanlış örtükdür. Homoseksualistlər
fəal surətlə cəmiyyətin digər üzvlərini də yoluxdururlar. Xüsusən də uşaqları hədəf
götürüblər. Onlar bunu “nəsillərarası seks” adlandırırlar: “uşaqların özlərinə
partnyor seçmək hüquqları var” -bu kimi gəlişigözəl sözlərlə öz çirkin niyyətlərini
pərdələyirlər. Ona görə də elə fikirləşməyin ki, pozğunlar təcrid olunmuş həyat
yaşayırlar. Yox, onlar öz dünyagörüşlərini cəmiyyətə qəbul etdirməyə
çalışırlar. Beləliklə, homoseksualizm şəxsi xəstəlikdən daha çox cəmiyyətin xəstəliyidir.
Bu təhlükəli, ziyanlı mutasiyadır, eyni zamanda ətrafdakılara sürətlə yoluxa
bilir. Ona görə də bir nəticəyə gəlmək olar: əgər biz yüz faiz mənən sağlam
olmaq istəyiriksə, onda bizim cəmiyyət mənən xəstə olanlardan yüz faiz xilas
olmalıdır.
-Avropanın inkişaf etmiş ölkələrinin bəzisində cinsi azlıqların nigahına icazə verilir. Nə vaxtsa Azərbaycanda da cinsi azlıqların nikaha girməsinə icazə veriləcəyinə inanırsınızmı və belə olarsa, reaksiyanız necə olar?
-Mən çox böyük təəssüf
hissi ilə qeyd edirəm ki, bu pozğunlar artıq cəmiyyətin kumirinə çevrilməkdədirlər.
2006-cı ildə Elton Con öz “sevgilisi” ilə evləndi. Onu birinci təbrik edənlər
arasında Böyük Britaniyanın hökumət başçısı Bler də olmuşdur. E.Con və başqa
bir kişi rəsmi nigah qeydiyyatından sonra adamları qarşısına çıxdılar. Kütlə
onları alqışlarla qarşıladı. Həm də qarşılayanlar E.Con kimi deyildilər. Sanki
normal adamlar dayanıblar, ailələri və uşaqları ilə dayanıb Conu alqışlayırlar.
Uşaqlar bayraq yelləyirdilər. Bir sözlə, SSRİ-də kosmonavtların qarşılanması mənzərəsi
yada düşür. Bütün bunlara baxdıqca adamda elə təsəvvür yaranır ki, bu dəlixanadan
olan reportajdır və ya bütün bunlar yuxudur. Ancaq bu yuxu deyil, bu
reallıqdır. E.Conun Bakıda T.Bəhramov adına respublika stadionunda təşkil
olunan konsertində kifayət qədər çox adam, o cümlədən yüksək vəzifəli şəxslər də
iştirak edirdilər. Təəssüf...
-Sevdiyiniz kino və ya idman ulduzunun cinsi azlıqlara mənsub olduğunu biləndə onlara münasibətiniz dəyişmir ki? Nə vaxtsa belə bir hal olubmu həyatınızda?
-Sevdiyim kino
ulduzlarından biri Roberto Denirodur. Heç istəməzdim ki, nə vaxtsa onun qomik
olduğu üzə çıxa. Yəqin ki depressiyaya düşərdim. İkinci sevdiyim
ulduz isə Kventin Tarantinodur. Onu isə o qədər çox sevirəm ki, cinsi azlıq
olduğunu da bilsəm, yenə münasibətim dəyişməyəcək.))
Arzu Abdulla
Комментариев нет:
Отправить комментарий