31.07.2012

Zərdüştlük abidəsi tapıldı

Cəlilabad rayonunda arxeologiya tarixində ik sayıla biləcək atəşpərəstliklə bağlı yeni maddi-mədəniyyət nümunələri aşkar edilib. Belə ki, bu maddi-mədəniyyət nümunələri rayonun Seyidbazar kəndində Qaraağaclı bulaq adlanan təpədə tapılıb.
publika.az-ın verdiyi xəbərə görə, təqribən 20 kv. metrlik ərazini əhatə edən yerdə beş sənduqə tipli qəbir aşkar edilib. Qəbur sənduqələr saxsı materialdandır. Sənduqələrin üzərində insanların astroloji inamını əks etdirən – günəş, ulduz təsvirləri əks edilib.
Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Abuzər Ələkbərovun bildirdiyinə görə tapıntılar erkən orta əsrlər dövrünə- III-V əsrlərə aiddir. “Saxsı qəbirlərin üstündə atəşpərəstlik inanclarının əlamətləri müşahidə olunur. Qəbirlərdə meyitlərin yandırılaraq basdırılması bunu deməyə əsas verir.”
Tapıntılarla bağlı yaxın günlərdə Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyasının ərazidə tədqiqat işlərinə başlayacağı gözlənilir.

Комментариев нет:

Отправить комментарий