Cavanşir Yusifli Nizaməddin Şəmsizadə haqda
Desək ki, bu gün filoloji fikirdə hər şey qaydasındadır, inkişaf var, filologiya elmimiz durmadan irəliləyir, yəqin ki, dünyanın bir nömrəli yalançısı olmarıq. Yəni, burada tərəzinin gözləri anidən boşalıb da dolur, yalanla doğru hardasa bir-birinin ayağını bastalayır. Nə isə, bu giley-güzarı bir tərəfə buraxıb, keçək əsas məsələyə.
Bizdə filoloji fikirdə orta statistik ağırlıq yenə də o tərəzi məsələsində olduğu kimi, cahilliklə dahiliyin tən ortasındadır. Götürək elə “Ədəbiyyat nəzəriyyəsi” dərsliklərini.
İndiki romanlar qədər olmasa da, hər halda iki-üç ildə bir işıq üzü görən nəzəriyyə dərslikləri sayəsində indi universitet tələbələri, dürlü-dürlü filoloqlarımız və ümumən ədəbiyyat həvəskarları təkcə Mikayıl Rəfilinin və digər müəlliflərin dərslikləri ilə kifayətlənmirlər. Orta məktəbdə oxuyarkən professor Mikayıl Rəfilinin kitabını oxumuşdum və “ədəbiyyat nəzəriyyəsi” fənninin (elminin-!) nə qədər ağır bir mövzu olduğunu anlamışdım. Amma tələbə olarkən digər nəzəriyyə kitabları ilə tanış olanda gördüm ki, burda bir elə çətinlik-filan yox imiş. Sonra bu kitabların sayı çoxaldı və sanki bir nağılın motivlərini azacıq dəyişdirib başqa bir nağıl düzəldirlər. Və beləcə, bu elmin nə dərəcədə qeyri-ciddi sahə olmağı qənaətinə gəlməkdəydim ki, ustadım Qorxmaz Quliyevlə rastlaşdım. Mən bu böyük ədəbiyyatçıdan Bartın, Derridanın, Başlyar, Qasset və digər nəhəng filoloqların adlarını eşitdim. Başım bir də onda ayıldı ki, gördüm bu filoloqların xeyli əsərini ana dilimizə çevirmişəm.
Bizdə “düşvarı asan eləməyin” çox tanış və ənənəvi yolu var. Sualı həmişə birtərəfli veririk: dünya bizi niyə tanımır? Bəs biz niyə dünyanı tanımırıq, bu sualı heç zaman vermirik. Çox yaxşı ki, dünya ədəbiyyatının mətnləri aramsız olaraq dilimizə çevrilir. Çevirmələr nə qədər keyfiyyətsiz, nə qədər zövqsüz olsa da, hər halda proses gedir. Bu gün etiraf etməliyik ki, Markesdən tutmuş ta kimlərə qədər dünya nəsrinin yaradıcıları bizim dildə çəliklə gəzirlər, bunların hamısını bir yerə yığsan, onlardan hər birinə “veteran” vəsiqəsi verilə bilər. Kiminin qolu, kiminin qılçası qırılıb, kiminin də başı kəsilib, yaxud qulağının bir tayı yoxdur.
Qayıdaq nəzəriyyə söhbətinə. Yaxınlarda bu kitablardan biri ilə tanış oldum. Müəllif: Nizaməddin Şəmsizadə. Kitabın adı: Ədəbiyyat nəzəriyyəsi. İl – 2012. Olay – dəhşət.
Dərhal sitat verirəm: “... beləliklə, Allah əmanəti olan insan ruhunun SÖZ-də cisim və can bulmasına ədəbiyyat deyilir” (adı çəkilən kitab, səhifə 8). Əvvəlcə gözlərimə inanmadım, bir də oxudum, bunun qarabasma olmadığını görüb pərt oldum. Bir də cəhd etdim, 8-ci səhifədə qara və yağlı şriftlə verilən, altı cızılan cümləni əlimlə tutub qapadım, sonra maraq güc gəldi, düşündüm ki, əlimi qaldırsam o mənhus cümləni orda görməyəcəyəm. Ancaq gördüm. Və məni ağlamaq tutdu. Bu təqribən ona oxşayır ki, deyəsən: Füzulinin dahiliyi onun Füzuliliyindədir, yaxud Füzuli olmasaydı füzulişünaslıq elmi də olmazdı. Yaxud: füzuliləşə-füzuliləşə hegelləşirik, hegelləşə-hegelləşə füzuliləşirik.
Yalançı pafosun ritmi və intonasiyası tanışdan tanışdır: getdim gördüm bir dərədə iki kar, kor...
Əziz oxucu, mən bu sitatın yer aldığı kitab haqqında ciddi tonda yazmağa inan ki, çox cəhd etdim, ancaq nə yazdımsa alınmadı, gördüm həmin tərif gülə-gülə məni barmağına dolayır.
Get dolanginən xamisən hənuz
Hələ bilmirsən sən vəzni əruz...
Burda iki nöqtə birləşir, indi Azərbaycan filologiya elmində əruz və qafiyə haqqında nə və necə yazılırsa, haqqında bəhs etdiyimiz kitabda da eyni rüsvayçı tonla rastlaşırıq.
Kitabın başqa bir yerində, konkret olaraq 203-cü səhifədə oxuyuruq: “roman ədəbi-bədii janrların ən möhtəşəmi, ədəbiyyatın qocalıq şəklidir.” Sarsıdıcı zərbədir, deyilmi? Mən sənətimlə bağlı olaraq institut illərindən üzü bu yana nə qədər nəzəriyyə kitabı oxumuşam, özü də ən müxtəlif dillərdə. Hətta müəlliflərin obrazlı dillə danışdıqlarının da şahidi olmuşam. Məsələn fransız filologiyasının dili akademik deyil, əksinə obrazlarla zəngin bir dildir. Ancaq burda diqqət mətnin obraz və epitetlərlə süsləndirilməsinə yox, mənanın verilməsinə yönəlir. Bizim nəzəriyyəçi alim, professor N.Şəmsizadə daha sonra eyni mətləblə bağlı yazır: “...o (yəni, roman – C.Y.), xalq həyatının bədii təcəssümüdür. Əgər xalq romanda özünü görmürsə, deməli yazıçı mənasız təsvirlərlə məşğul olub. Hətta ən maraqlı əhvalatların dal-dala düzümü roman deyil”. Fikir təqribən aydın olsa da, basmaqəlibdir, kəskin şəkildə yox, yumşaq desək, mənasızdır. Niyə? Sovet elmindən qalma yalançı pafosdan qurtulmayıb, onunla canbir qəlbdədir. Mən roman haqqında yazılanları səbirlə axıra kimi oxudum, fikirləşdim ki, bəlkə müəllif hissə qapılıb və növbəti səhifələrdə özünü ələ alıb çox tutarlı mülahizələr irəli sürə bilər. Mən nə qədər çalışsam da “ədəbiyyatın qocalıq şəkli” ifadəsini anlaya bilmədim. Demək bu, sadəcə bir epitet imiş. Bu tipli epitetlər Nizaməddinin kitabına necə gəldi səpələnib. Anladım ki, bunun əsərin təsir gücünü artırmaq, onu oxutdurmaq və nəhayətdə maraqlı etmək (... söhbətə duz qatmaq) məqsədi ilə qəti əlaqəsi yoxmuş, - çünki əvvəla bu bir bədii mətn nümunəsi deyil ki, onu yeri gəldi-gəlmədi məcazlarla süsləndirəsən. Epitetlərin sırasının sıxlaşması nə acı ki, müəllifin mövzunu, tədqiqatın predmetini anlamamasından irəli gəlir.
Düşünürəm ki, bu cümləni roman janrı haqqında yazılarını bütün dünyanın mütaliə etdiyi Baxtin oxusaydı, yəqin ya dəli olardı, ya da canını tapşırardı. Elə yuxarıda verilən sitatda nəzəri düşüncə yükünün nə qədər olması aydın görünür. “Əgər xalq romanda özünü görmürsə....”. Xalq romanda, ümumən bədii mətndə özünü niyə görməlidir, bu necə düşünmək, fikir irəli sürmək üsuludur. Roman nəyə görə bir tikili, bina, qüllə (Eyfel qülləsi) ilə deyil, məhz güzgü ilə qiyas edilir. Sonra oxuyuruq: “...hətta ən maraqlı əhvalatların dal-dala düzümü belə roman deyil...” Adam çaşıb qalır, belə də cümlə olarmı? Fikrimizcə bu, cümlə qura bilməmək, dili duymamaq mərəzi ilə yox, fikrin, ideyanın olmaması ilə əlaqəlidir. Yeri gəlmişkən bu cəhət nəzəri başlıq altında qələmə alınan əksər əsərlərə aiddir. Bir də görürsən müəllif, məsələn qoşma, gəraylı, yaxud sadəcə qafiyədən bəhs edir. Bu şəxs adı çəkilən nəsnələrin mahiyyəti haqqında heç nə demir, bütün gücünü səfərbərliyə alıb qafiyələndirmə prinsipi, rəvi, nə bilim daha hansı qəribə və şeirə birbaşa dəxli olmayan mətləblərdən bəhs edirlər. Bu münəqqidlər ədəbiyyatın əlifbasında ilişdiklərinə görə hər yerdə harmoniya (özü də düzxətli) axtarırlar. Onlar üçün qafiyə prinsipinin pozulması şairin inkarına bərabərdir. Halbuki bədii mətndə harmoniyadan, üst-üstə düşmə hadisəsindən qəti söhbət gedə bilməz və bu, ən azı cahilliyin göstəricisidir.
Yuxarıdakı sitata qayıdaq. Ay qardaş, ən maraqlı əhvalatların dal-dala düzümü heç bədii mətn deyil, o ki qaldı roman ola. Bu məntiqlə insan necə ürək eləyib nəzəriyyə dərsliyi yazır. Yazıq deyilmi tələbələr, say-seçmə filoloqlar? Sonra: “romanda əhvalat, təsvir və təfərrüat yox, həyatı, cəmiyyəti, tarixi dəyirman kimi üyüdən təhkiyə əsasdır”. Təhkiyədən bəhs edən poetika sahəsi – narratologiya çox ciddi məsələlərlə məşğul olur və burda “... tarixi dəyirman kimi üyüdən” anlayışı yoxdur, hər halda bu, ədəbiyyat nəzəriyyəsi elmi üçün ən azı qeyri-ciddi sayılır.
Eləmədim tənbəllik, Jerar Janetin “Fiqurlar” adlı 600 səhifəlik əsərini vərəqlədim, bu ümidlə ki, bəlkə axtardığım ifadəni orda tapa biləm, ümidim suya düşdü. Sonra: “...ədəbiyyatın (xüsusi ilə romanın) bədii gücü onun ehtiva etdiyi həqiqətin miqdarı (-?) və miqyası ilə ölçülür”. Bəyəm hekayənin, novellanın, povestin gücü başqa bir şeylə ölçülür? Göründüyü kimi, burda “bədii həqiqət” anlamından bəhs edilməliykən müəllif pafosa yenilmiş və onu “gerçəklik” sözü ilə qarışıq salmışdır. Sonra: “... bədii həqiqət həyat həqiqətinə yaxınlaşdıqca, həyatın özü qədər gözəl və kamil olur.” Niyə, qardaş? Bəlkə bir az dayanıb, düşünəsən, özünə əks sual verəsən. Axı hər bir gözəl, mükəmməl bədii mətni adi gözlə belə nəzərdən keçirdikdə burda gözə dəyən yaxınlaşma yox məhz “uzaqlaşma” olur. Adətən, bədii həqiqəti bilməyən, tanımayan alimlər həyat həqiqətinin yaxasından yapışıb əl çəkmirlər. Sonra romanın tarixindən faktlar. Azərbaycan romanı haqqında mülahizələr ortaya gəlir. Ən əsas şey isə unudulur: roman nədir, onun janrmüəyyənləşdirici xüsusiyyəti hansıdır, təhkiyə, süjet və fabula, sonra, kompozisiya nədir? Bütün bu anlayışların yalnız adları çəkilir, özləri isə qapı arxasında saxlanılır. Yəni, bu şəkildə ədəbiyyat nəzəriyyəsi dərsliyini hər kəs yaza bilər, necə ki, onların ona qədər nümunəsi mövcuddur. Professorun “ədəbiyyat nəzəriyyəsi” kitabını oxuyan hər bir kəs bu kitabın müxtəlif tədqiqatlardan çıxarışlar olduğunu anlayar. Bu kitabı müəllifin tənqid elədiyi nəzəriyyə dərslikləri ilə deyil, R.Əliyevin dərsliyi ilə müqayisə etsək, ikincinin müəyyən konsepsiya əsasında yazıldığını etiraf etmiş olarıq. Bu kitabda yol verilən səhvlər belə həmin konsepsiya daxilində ya mexaniki yanlışlıqdan, ya da müəllifin müəyyən mətləbləri dəqiq bilməməsindən qaynaqlanır. R.Əliyevin dərsliyində yuxarıda vurğulanan heç bir məqsədli çıxarışa rast gəlməzsən.
Müəllif tədqiqat boyu kiminsə qarasınca düşüb onun dərsliyini tənqid də etmir, sadəcə irəli sürdüyü konsepsiyanı anlaqlı və ardıcıl şəkildə şərh etməyə çalışır. Professorun kitabının giriş hissəsində iddia edildiyi kimi, bu tədqiqat “şərq-qərb dəyərləri” əsasında yazılan dərslik yox, bəzi müəlliflərin araşdırmalarının icmalını verməklə və daha çox bu sahədə təsadüfi müəlliflərinin sintezindən ibarətdir (həm də Belinskidən bol-bol sitatlar verməklə). Ancaq necə deyərlər kitab həcmcə böyük olduğu üçün tikiş yeri görünür. Bəzi məqamlarda müəllif heç bir arqumentə əsaslanmadan istədiyi fikri irəli sürməkdən belə çəkinmir. Məsələn, “XXI əsrin ilk onilliyinin sonunda ilk miniatür Azərbaycan romanı – P.Qəlbinurun “Qara su” əsəri meydana gəldi”. Düşünürəm ki, bu yanlış fikrin daha heç bir şərhə ehtiyacı yoxdur. Bu yanlışlıqda professor heç də tək deyildir. Bizim bəzi əruz və qafiyəşünaslarımız Xəlil-ibn-Əhməddən necə yapışıblarsa, adı çəkilən məsələlər haqqında heç Xəlilin ağlına gəlməyən fikirləri səsləndirməkdən də çəkinmirlər. Tədqiqatçılardan biri çox böyük cürətlə yazırdı ki, Xəlilin ən böyük kəşfi onun səsi səslə ölçməyi idi. Mən belə şeyləri çox gördüyüm üçün bir elə narahat olmuram, hər halda ilk çaşqınlığın təsiri keçib, yoxsa buna ciddi yanaşarsan, nitqin tutula bilər.
Bu mənada ən maraqlı hissə “modernizm və postmodernizmdir”. Oxuyuruq: “fransız dilində “ən yeni” mənasını verən modernizm Birinci Cahan savaşı öncəsi (və sonra) yaranmış qeyri-realist cərəyandır. Onu realizmlə müqayisə etmək həm dünyəvi (-?)” və rus, həm də bəzim ədəbi-nəzəri fikrin qüsurudur....” Beləcə bəhsi axıra qədər oxuyuruq, məlum olur ki, post-modernizm də “moderndən sonrakı” deməkmiş, ancaq bu anlayışların, daha doğrusu hadisələrin mahiyyəti haqqında nəzəri səviyyədə heç bir fikir söylənilmir.
Mən bu yazıda müəllifin kitabından digər sitatlar da vermiş, onların nəinki qeyri-nəzəri, hər şeydən qabaq qeyri-elmi olduqlarını qabartmaq istəmişdim. Xüsusi ilə özünün orijinal konsepsiyası saydığı “gülüş mədəniyyəti” bölməsində xeyli basmaqəlib “ideyalar” mövcuddur. Bu bəhsdə də müəllif vurğunu nədənsə ümumi təyinlərin üzərinə salır, məsələn, bu tipli: Azərbaycan gülüş mədəniyyəti bir mənəvi-əxlaqi sərvətlər sərgisidir. Sonra: “… gülüş insanın içindən güllə tüfəngin lüləsindən keçən kimi keçib gəlir, hədəfə dəyir.” Və sonra nədənsə belə bir nəticəyə gəlir: “gülüş toxumsuz birən ətirli çiçəyə bənzəyir”. Bəhsin əvvəlində bağ-bostandan danışan müəllif (sitat: Yer kürəsində mövcud olan on bir iqlimdən doqquzu bu xalqa (Azərbaycan xalqına-C.Y.) nəfəs verib, onun suyunu, çörəyini, bağını, bostanını dada gətirib, çoxcəhətli xarakterini formalaşdırıb” (səhifə 306). Tədqiqat elə bu tonla davam edir, gülüşə beləcə sıradan və eyni boylu təriflər yağdırılır, araşdırıcı sanki gülüşü qabağına qoyub ona tərif deyir. Bir məqamda belə deyir, ancaq hiss edilir ki, buna özü də inanmır: insan ilk dəfə özü-özünə gülüb. Belə olduğu üçündür ki, absurd bir nəticəyə gəlir: ilk gülüş idrakın ilk pilləsidir. Bölməni səbirsizliklə oxuyuruq, didaktika baş alıb gedir. Ümumi tərif seli bitib-tükənmək bilmir. Sonra milli araşdırma tarixinə ekskurs edir və deyir: təəssüf ki, cüzi istisnalar olmaqla Azərbaycan gülüş mədəniyyəti tədqiq edilməyib (bax: Şəmsizadə N. Hıçqıran gülüşlər, B., 2002, Kazımoğlu M. Gülüşün arxaik kökləri, B., 2009). Nizaməddin müəllim, əgər siz bu yazdıqlarınıza tədqiqat deyirsinizsə, bəs onda tədqiqat nədir? Bəlkə siz bu cümlələrinizi nəzərdə tutursunuz: “Sabir millətə güləndə, milləti özü-özünə güldürəndə millətin dərdi onu içəridən parçalayırdı”. Ancaq düşünürəm ki, kitab haqqında təsəvvür yaradılması üçün bura qədər gətirdiyimiz sitatlar da kifayətdir.
Təəssüf ki, ədəbiyyatşünaslıq və filologiya sahəsində çox şeyi həvəs həll eləyir, qoy bu bəhsi yazım, desinlər nə böyük sənətkardır. Və hər şey birdən-birə əks effekt verir. Allah daha pisindən saxlasın!
kulis.az

Комментариев нет:
Отправить комментарий