Osmanlılar müsəlman olan hər kəsə muhtedi (hidayətə çatan) dediyi halda, bir qrupdan bu ad əsirgənilmiş; bunlar avdəti (dönmə) deyə xatırlanmışdır. Dönmələr sayca az olmaqları ilə yanaşı mövqe etibarilə Osmanlı dövlətinin ictimai-siyasi həyatında çox mühüm bir yer tutmuş, uzun illər iqtidarı əllərində tutmağa müvəffəq olmuşdular.
Osmanlı höküməti yəhudiləri bir millət olaraq tanıyırdı. Xeylisi 1492-ci ildə İspan zülmündən qaçan yəhudilər idi. Ladino deyilən İbrani və ispan dillərinin qarışığı olan bir dildə danışırlar. Selanik, İzmir və İstanbul yəhudilərin ən çox yaşadıqları şəhərlər idi.
1648-ci ildə İzmirdə yaşayan Sabetay Sevi adında bir xaxam, məsihliyini iddia etdi. Hərçənd ki, yəhudilər qiyamətə qədər məsih gözləmirdilər. Yəhudi inanclarına görə, axirətdə bir məsih gələcək və o, zamanın hökmdarını taxtdan endirib Yəhudiləri Qüdsə yığaraq “Tanrının Krallığı”nı quracaq. Ancaq Sabetay Seviyə inanan az oldu. Sevi müxtəlif şəhərləri gəzdi. Nəhayət qiyamətin başlanğıcı saydığı 1666-cı ildə məsihliyini hər kəsə elan etdi. Yəhudi dualarında dəyişikliklər etdi. İbadətlərdə padşahın adını qaldırıb öz adını qoydu.
Bəziləri onun yəhudilərin gözlənilən xilaskarı, kralı olduğuna inanmağa başladı. Dünyanı 38 krallığa ayırıb hər birinə sadiq adamlarını təyin etdi. İstanbuldakı xaxambaşı Sevini hökumətə şikayət etdi. Bu şikayətdən sonra Sevi Çanaqqalaya sürgün olundu. Fəaliyyətlərinə yenə də davam etdiyini gördükdən sonra Ədirnədə padşah Sultan IV Mehmedin hüzuruna çıxarıldı.
Öldürüləcəyindən qorxaraq yalandan İslam dinini qəbul edərək, adını dəyişdirib Məmməd qoydu. Orda olan şeyxülislam Vani Məmməd Əfəndi: “Adım kimi əminim ki, bu adam müsəlman olmadı. Amma nə çarə dinimiz görünüşə etibar edər”,- deyərək özünü saxlaya bilmədi.
Ancaq Sevi fəaliyyətindən geri dönmədi. Sabetayistlik deyilən təriqətin 18 prinsipini nəşr etdi: “Allah birdir. Sabetay Sevi məsihdir. Yalan yerə and içilməyəcək. Allahın və məsihin adı xatırlandığında hörmət ediləcək. Məsihin sirrini anlamaq üçün yığıncaqlar ediləcək. Adam öldürülməyəcək. Zina edilməyəcək. Yəhudi təqviminin IX ayı Kislevin 16-cı günü bayram ediləcək. Yalana şahidlik edilməyəcək. Bir-birlərinə mürüvvət və mərhəmətli davranılacaq. Hər gün gizlicə mezamir oxunacaq. Müsəlmanların adətlərinə və zahirən ibadətlərinə uyğun gələcəyik. Oruc tutulacaq. Qurban kəsiləcək. Müsəlmanlarla evlənilməyəcək. Müsəlman bayramlarına hörmət göstəriləcək…” Tərəfdarlarıyla gizlicə ayin edərkən tutulan Sevi, Sədrəzəm Fazıl Əhməd Paşa tərəfindən sorğulanıb adamlarıyla birlikdə Albaniyaya sürgün edildi. 1675-ci ildə elə orada da öldü. Məsələ sürgünlə həll edildiyi üçün hökümət ölüm hökmü çıxarmağı lüzum bilməmişdir.
Sabetayistlər özlərini ma’aminim (möminlər), haberim (ortaqlar), ba’ale milhamah (mücahidlər) kimi adlandırırlar. Tövratın qərbi təfsirini edib, yəhudilikdəki bir çox əmr və qadağanı fərqli şərh edərək, İslam dünyasındakı sələfilərə bənzər bir yol tutmuşlar. Sevinin Zohar (İşıq) adlı Tövrat şərhini oxuyarlar. Sevinin ölümündən yüz il sonra üç qrupa ayrıldılar. Yaqub Qeridonu sonrakı məsih sayan Yaqubular, Osman Baruhya Rusonun Sabetay Sevinin ruhunu daşıdığına inanan Qaraqaşlar və Sevi ənənəsini davam etdirən Qapanilər. Bunlar bir-birilərindən aralı yaşayırlar. Bir-birlərindən və xaricilərdən qız almırlar. Qəbiristanlıqları belə ayrıdır. Üsküdar Bülbülderesi və Karacaahmed (8. ada) Qaraqaş və Qapançıların; Feriköy isə Yaqubularındır. İttihadçıların maliyyə naziri olub respublika dövründə asılan məşhur Cavid Bəy Qaraqaşların rəisi idi.
Yəhudi camaatının da azğın qəbul edib kənarlaşdırdığı Sabetayistlər, uzun illər müsəlman görünüb öz evlərində inanc və ibadətlərini yaşadılar. /rehimxoyski.wordpress.com/

Комментариев нет:
Отправить комментарий