08.06.2015

İngilislərin bizi çırpması prestij hesab olunur

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -19

Tural Məmmədov: 3 ay əvvəl yeni sement zavodun tikintisində türklər bizim işçilərin 2-3 ay maaşını verməmişdi. Verəndə də hamıdan 100 manat kəsmişdi və demişdi istəməyən... vızqırtsın getsin. Bizimkilər də onu eşşək balası kimi çırpmışdılar. Polis, icra hakimi, hamı orda idi. Təbii, bizimkilər işdən qovuldu, həmin türk isə qovulduqdan bir müddət sonra yenidən işinə qayıtdı.
Əli Naim: Mənim əmim sovet vaxtı iki universitet oxuyub müstəqillik dövründə universitetdə müəllim işlədi, maaş az olduğundan meyvə-tərəvəz alverinə keçdi.
Orxan Həbibli: Bu gün çox təəssüf ki bir çox kürdlər ABŞ və İsrailə xidmət edir. Millətçi kürdlər Türkiyə, İran, İraq, Suriyada fitnə törətməklə məşğuldu. Təsadüfi deyil ki İranda tez-tez terrorist kürdlər edam olunur.
Xəyyam Səfərov: Telekanallar qazan verilişləri ilə kişiləri də evdar qadına döndərib.
Sabir Şindani: Bu gey məsələsi (petuxluq) bizə Rusiyadan gəlmədi, elə ki Türkiyənin qapısı açıldı, birdən-birə bizdə geylər tapıldı...
Qoşqar Əhmədov: Bu 2 milyondan çox gənci Rusiyanın çöllərində pomidor-xiyar satmağa nə vadar edir? Axı ölkəmiz “sürətlə inkişaf edir”axı, milyonlarla iş yeri açılıb?
İmran Məhəmmədov: Azərbaycanda blatnoy oglanların 90 faizi bakılılar və talışlardan çıxıb.
Arzuman Məcidli: Tutuquşu kimi elə hey yapışmısınız “pantürkist” sözündən! Guya bu ölkədə ancaq talışlar sıxışdırılır və türklər kef içində yaşayırlar.
Vəkil R Prisoyu Lənkəran: Yuqoslaviyada İslam dininə etiqad edənlərin kütləvi qırılmasına göz yuman, Suriyada, Əfqanıstanda, İraqda, Livanda, Fələstində qırılan insanları yadına salmayan xaçpərəst Avropa Talışlarla, Ləzgilrin dərdini çəkir...
Devran Abdullah: Edvard Snouden tərəfindən təqdim edilmiş sənədlərdən üzə çıxır ki, təkcə 2011-ci ildə ABŞ xüsusi xidmət orqanları Rusiya, Çin, İran və KXDR-ə qarşı 231 kiber hücum həyata keçiriblər. Amerika hətta virtual məkanda da təcavüzkarlıqla məşğuldurdur.
Farid Lankaran: Kürd - mraz, İzrail - qryaz!
El Hüseynov: Hələ şox adamlarımız ortaya çıxıb kommunist biletini bu gunə kimi saxladığı ilə öyünəcək və bu parlaq günün gələcəyinə- yenə rusların qayıdışına heç vaxt şübhə etmədiyini söyləyəcək.
Elbrus Ərud:  Bu adamlar az qalır desin ki, günəş də öz nurunu Fətullah Güləndən alır. Ay qardaş, təriqətsiz, məzhəbsiz, məzhəkəsiz yaşaya bilmirik? Rəşad Məcid bəs Fətullah Güləni tərifələməyinin adını nə qoyur? Əgər Qulu Məhərrəmli ilə Rəşad Məcid doğrudan da təhsil davası, yaxşı məktəb davası aparırlarsa, o zaman Azərbaycanda ötən il Azad Fikir  Universiteti bağlananda, BDU-nun tələbələri aksiya keçirəndə səslərini niyə çıxartmadılar? Və ya son günlər metro keçidlərindəki köşklərin bağlanmasına, bir müddət əvvəl isə o köşklərdən qəzetlər yığışdırılanda, etirazlarını, heç olmasa bir statuslarını nədən görmədik?
Zahid Mikayılov: Amerika ən şərəfsiz, binamus dövlətdir. Bu ölkə bəşəriyyət üçün sağalmaz virus daşıyıcısıdır. Bu gün bütün dünyada baş verən müharibələrin, terrorların, dövlət çevrilişlərinin dirijoru bu ölkədir. Bəşəriyyət üçün problemlərə çevrilmiş sağalmaz xəstəliklərin demək olar ki hamısı ABŞ laboratoriyalarında hazırlanır. Belə bir ölkənin mövcudluğu bəşəriyyət üçün təhlükə mənbəyidir.
Tofik Səfərzadə: Əgər bir millət utanmadan-qızarmadan Cəlaləddin Rumini (Mövlanə) türk kimi qələmə veribsə, o millətdən nə desəniz gözləmək olar. Türk tarixçisi Murad Bardaqçı son nəticədə sübut etdi ki, Mövlanə miliyyətcə fars olub.
Cəmil Şirvanov: “İndependent” qəzetinin müxbiri Belarus haqqında deyir ki, Belarusun əhalisinin həyat səviyyəsi Avropadakı əhalinin həyat səviyyəsindən üstündür. Amma Altay Göyüşov deyir ki, orta statistik ingilis orta statistik belarusdan varlıdı. Məsəl var ee: “Xorasandan gələn mən, xəbər verən sən?!”. İndi ingilis gədəsinə inanaq, yoxsa Altay müəllimə?
Fatehi Xeybər: Mənə maraqlıdı, bu özünə bozqurd deyib nə bilim pantürkdü nədi, mən bunlardan Azərbaycanın öz şəxsi mənafeyinə yönəlik hər hansı bir addım görmədim. Gördüyüm ancaq İran belə gəldi, bu birisi elə getdi... İran erməniyə salam verir, başlayırlar söyməyə, Türkiyə salam verir, deyirlər əşşi, bir səhvdi də eləyib! Bir sifət olsalar, kişi kimi, vicdanları ilə davransalar dərd yarıdı. Bir də ki, bu pantürkistlər deyəsən Azərbaycanı Türkiyənin ayağının altının xalçası ediblər.
Adil Hüseynoğlu: Bakıda ingilislər mühafizəçini çırpdılar. Ay qardaş, onlar ingilisdiyee! Bunların ağaları. Yenə iranlıdan zaddan olsaydı reaksiya verərdilər. İngilis nə edirsə, o cinayət deyil, əksinə prestij hesab olunur.
Həmid Azəri: Talış türkü təhqir etsə, deməli o da əslən taliş deyil, türk talışı təhqir etsə, deməli o əslən türk deyil. Belələri Azərbaycan adlı anamıza oğul təki gərək deyil.
Heydarov Maxsun: Bütün bu oyunların başında Ərdogan və onun TÜrkiyəsidir. TÜrkiyə Azərbaycanı da yəhudilərə və vahhabilərə satmaqdadır.
Rəşid Əsgərov: Atəşpərəstliyi inkar edən alimlərə üz tutub deyirəm: Ay mənim əzizlərim, axı biz özümüzü nə üçün inkar edirik? Axı biz odlar ölkəsiyik, dövlət rəmzimizi atəşlər bəzəyir.
AnarXist Anar-Xist: Məncə VƏTƏN BORCU şüarı altında əsgər toplamaq kapitalizm stereotipindən başqa bir şey deyil. Vətən mənim oğluma 72 manat uşaq pulu verib 18 il sonra povestka göndərəcəksə, torpağın sotunu 3 min manatdan 30 min manatadək satacaqsa, zənginlərin yediyi VƏTƏN TORPAĞI ilə kasıbların yediyi VƏTƏN TORPAĞI eyni deyilsə, bu işdə prinsipial dəyişikliklər olmalıdır. Kasıbın uşağını küyləyib orduya aparmaq siyasəti çox çəkə bilməz bu sistemdə. Sovet əsgəri arxaya baxanda vətəndə öz payını görürdü və bu səbəbə onun vətənə borcu var idi. Bu günkü əsgər isə arxaya baxanda anasını zənginlərin həyət-bacasını süpürən görür... Vətən hamıya doğma ana olmalıdır, kiminə doğma, kiminə ögey yox!
Qəhrəman Mövlanov: Rusiya ilə münasibəti qorumağın tərəfdarları çox vaxt qınaq obyekti olur. Bəzi vətənşüvənlər deyirlər ki, Rusiya ilə yaxınlaşmaq müstəqilliyə son vermək deməkdir. Hansı müstəqilliyə?! Və həmin vətənşüvənlər “Turan” haqqında xülya qururlar. Məgər Turan nağılı baş tutsa, və biz o imperiyaya daxil olsaq, müstəmləkə altında olmuş olmarıq?
Tofik Səfərzadə: Bəşəriyyəti vahhabi virusundan təmizləmək üçün Səudiyə Krallığını, Qətər və Bəhreyn dövlət xadimlərini nümayişkəranə şəkildə dar ağaclarından asmaq lazımdır ki, o birilərinə də dərs olsun. Əks halda bu mümkin deyil.
Etibar Zeynalov: İran və Rusiya. Elə Türkiyənin özü də bilir ki, bu iki dövlət olmasa ABŞ və İsrail onların kökünü kəsər.
Musarza Kadusi Mirzəyəv: Mənə desələr ki, Stalin sənin atanı öldürüb, mən fikirləşərdim ki, atam na vaxtsa səhv edib. Stalin haqqında nə deyirlərsə qoy desinlər, o Rusiyanı ruslardan çox sevib. Stalin ölkə tarixində tayı-bərabəri olmayan dövlət başçısı, vətənpərər, mərd, qorxmaz, əqidəli, pak peyğəmbərlərə bərabər bir insan olub. Bir fakt. 1941-ci ildə faşistlər Moskvanın 29 kilometrliyində idi, Stalin şəhəri tərk etsəydi, faşistlər tezliklə qələbə çalacaqdı, onda Stalin əleyhdarlarının da kökü kəsilərdi, Rusiya adında da dövlət olmayacaqdı.
Cəmil Həsənli: Gün kimi aydın oldu hündür mərtəbəli binalarda baş verə biləcək belə gözlənilməz hadisələrin qarşısını almağa FHN-nin nə texniki imkanları, nə də peşəkar kadr ptensialı yoxdur. Yanğınsöndürən helikopterlərin yaxın məsafədən hədəfə deyil, kənar yerlərə su çiləməsi sadəcə olaraq heyrətamizdir. Axı digər hava nəqliyatlarından fərqli olaraq helikopter havada dayanıb bilavasitə hədəfə də su çiləyə bilərdi. Nəticədə açıq-aydın oldu ki, son illərdə tikinti sektorunda rüşvətin mükəmməl şəbəkəsini yaratmış FHN əslində bir bina çərçivəsində yaranmış lokal ekstremal şəraitə hazır deyil.
Məmməd Süleymanov: Liberalizm nə vaxt kütləvi ideologiya olub ki? Onun silahı maliyyə, təbliğat texnologiyaları və apatiyasını qoruyub saxlayan əksəriyyətin bir gün kütlə fenomenini gerçəkləşdirəcəyinə ümiddir.
Elçin Bayramlı: 4-cü dərəcəyə düşmüşük. Bir vaxtlar birinci dərəcəli ölkənin vətəndaşıydıq.
Elnur Salahov: Bu gün ağlı başında olan hər kəs bilir ki, İŞİD Türkiyədə yaradılıb, ilkin təlim mərkəzi də Tokatdadı. Sadəcə bəzilərinin qanına işləyib, yaltaqlıq edirlər, gözləri doymur, indi də başlayıblar Ərdoğana yaltaqlıq etməyə. Vallah, belə şeyləri görəndə bunlarla eyni millətdən olduğumçün xəcalət çəkirəm. 
Əfqan Əhmədov: Sovet hökuməti qurulmamışdan öncə Bakıda 1919-cu ildə ingilislər fahişəliyi leqalaşdırdılar, bir anlıq təsəvvur et 100 il bundan öncə Bakıda fahişəlik leqallaşır, nə bizim müqəvva Rəsulzadə hökuməti, nə də ki məktəbə gedən qızları küçənin ortasında öldürən din xadimləri səslərini çıxarmadılar. Rəsulzadənin dövründə orduda xidmət etmək istəməyən bizim babalar cəmisi 20 il sonra sevə-sevə za Stalinu deyib özlərini tankların altına atırdılar. Təəssüf ki, SSRİ dağıldı, indi yenə kapitalizmdir, sərvətimizi inglislər talayır, yerdə qalanı isə indiki rejim yeyir, yarım milyon qiz-gəlinlərimiz isə Dubaya, Turkiyəyə, Pakistana üz tuturlar. Eyni xalq iki fərqli sistemdə. İnandırım sizi, təzədən sosializm bərpa olunsun, hər şey yoluna düşəcək.
Elşən Cəfərov: İnciməyin, dostlar, haqq söz həmişə acı olar. Kimin xoşuna gəlsə də, gəlməsə də deyəcəyəm. Rusiya bütün tv-lərində vətənpərvərlik ruhunda tərbiyəvi verilişlər verir. Bu verilişlərdən sonra ali hərbi məktəblərə ərizə verənlərin sayı dəfələrlə artır. Bizim tv-lər isə bu yezidi hakimiyyətin göstərişi ilə ancaq Aygün, Röya, İlhamə, Məleykə, Faiq və s. hamısının adlarını çəkmirəm, bu məxluqların və yemək mətbəxlərin verilişləri, sonra isə öz klinikalarının reklam verilişləri gedir. Vallah cavanlarımızı qınamıram, hansı tv-yə baxırsansa, bu murdar məxluqların həyatı reklam edilir. Baxıb görürlər ki, Rəqiş artıq neçənci dəfədir atasız bic doğur və düşünürlər ki, elə belə yaxşıdır. Baxıb görürlər ki, bunlar narkotik ilə tutulur, düşünürlər dеməli bu yaxşıdır. Bu rusların hərbi-vətənpərvərlik tərbiyəsi, bu da bizim hakimiyyətin tərbiyəsi. Onlarda Ryazan hərbi desant ali məktəbinə qızlardan ibarət hər il bir qrup birinci kursa qəbul olunur. Bu qızların paraşütdən tullanmağı, hərbi maşınları idarə etmələri və əlbəyaxa döyüşləri tez-tez tv-də göztərilir. Bu verilişlərdən sonra yenə deyirəm, hərbi məktəblərə verilən ərizələrin sayı dəfələrlə artır. Bizdəki şou verilişlərdən sonra tv-də keçirilən müğənni müsabiqələrinin qabağında minlərlə cavanların növbəyə durduğunu görürsən. Sonra da deyirsiz müharibə yolu ilə Qarabağı azad edəcəyik. Qorxuram müharibə yolu ilə, bu vətənpərvərlik ruhu ilə bütün Azərbaycanı uduzub, Böyük Kürdüstan dövlətinin tərkibinə rəsmi təhvil verəsiniz. Rusların hərbidə indiki vətənpərvərlik tərbiyəsi sövet dönəmindən qalmadır. Yeltsinin dövründə ordu demək olar ki məhv edilmişdi. İndi isə ordunu təzədən bərpa edirlər.

Комментариев нет:

Отправить комментарий