Tarixi mənbələr göstərir ki, vəhhabilik ingilislərin yardımı və himayəsilə güclənmişdir
Vəhhabilik tarixi zorakılıq və çoxlu ifratçılıqla dolu bir tabloya oxşayır
Vəhhabiliyin təməlini İbni Teymiyyə qoyduğuna görə onun İslam dininə baxışına nəzər salmağı zərurət sayırıq. İbni Teymiyyə ləqəbi ilə məşhur olan Təqi Əl Din Əhməd Bin Əbdülhəlim 611-ci hicri qəməri tarixində Hənbəli məzhəbinin təlim mərkəzi olan Hərran şəhərində anadan olmuşdur. Hazırda xarabalığa çevrilmiş və Türkiyənin cənubunda yerləşən bu şəhər keçmişdə geniş mədəniyyətə malik olmuşdur.
İbni Teymiyyə bir əsrdən çox Hənbəli məzhəbinin bayraqdarı olan bir ailədə böyümüşdür. Onun atası Şeyx Bələd ləqəbi ilə tanınan Hərranın məşhur fəqihlərindən olub; Hərran əhalisi onu xitabətçi və dini elmlərin müəllimi kimi tanımışlar. Digər tərəfdən İbni Teymiyyə monqol-tatarların İslam ölkələrinə vəhşicəsinə hücumu dövründə yaşayıb. Bu dövrdə bir çox müsəlman alimlərin dəyərli əsərləri məhv edilmişdir.
Məşhur ərəb tarixçisi İbni Kəsir yazır: “1269-cu miladi ili, yaxud İbni Teymiyyənin 6 yaşı olanda monqolların Hərran şəhərinə təzyiqləri artdı və bu şəhər əhalisi qorxudan Hərrandan qaçdılar. İbni Teymiyyə də ailəsi ilə Dəməşqə getdi. İbni Teymiyyənin atası Dəməşq Darül Hədiseynin müəllimi kimi dərs verməyə başladı.
İbni Teymiyyə yeniyetməlik həyatını Dəməşqdə olarkən Hənbəli üləmalarından fiqh, hədis, üsul, kəlam və təfsir dərslərini alıb Hənbəli məzhəbində ictihad dərəcəsinə çatdı və atasının yanında Quranı təfsir edib dərs verməyə başladı.
İbni Teymiyyə həmçinin digər dinlər və məzhəblər barəsində mütaliəyə başlayıb bəzi fitvalar çıxardı ki digər sünni və şiə məzhəblərinin fitvaları ilə ziddiyyət daşıyırdı. O, müsəlmanlar arasında yayılmış olan bəzi ənənə və əqidələri tənqid edir, onları küfr adlandırırdı. Əslində İbni Teymiyyənin enişli-yoxuşlu həyatı müsəlmanların bəzi əsas inamlarını şübhələndirməklə başladı.
1698-ci hicri qəməri ilinə kimi İbni Teymiyyənin fikirləri yayılmamışdı, həmin ildən sonra yayılmağa başladı. Misal üçün, bu ildə əşəri məzhəbinə qarşı bir kitab yazıb Dəməşqdə qalmaqal yaratdı.
İbni Teymiyyə özünün sələfi olduğunu deyir. Sələfilik keçmişdəkilərdən şərtsiz təqlid etmək deməkdir. Amma sələfiyyə İslam peyğəmbəri və onun səhabələrinə tabe olmaq iddiasında olan bir firqədir. Tabein yaxud tabelər bir və ya neçə səhabə ilə görüşənlər olublar. Sələfilərin qənaətincə bütün İslam əqidələri səhabələr və tabelər zamanı kimi icra edilməlidir, İslam əqidələri təkcə kitab və sünnətdən alınmalı, üləmalar Qurandan savayı heç bir dəlil gətirə bilməzlər.
Sələfilərin baxışında ağıl və məntiqə əsaslanan təhlil yolverilməzdir, dəlil gətirmək üçün Quranın yazısı və hədislər kifayət edir. Onlar öz təfəkkürlərində yuxarı dərəcədə darlıq və təəssübkeşliyə düşüb müxalifləri ilə kobud qarşılaşmışlar.
İbni Teymiyyə keçmişdəki İslama qayıtmaq bəhanəsi ilə İslam sahəsində müxtəlif nəzərlər irəli sürdü ki onlara əsasən bir çox müsəlmanlar İslam cərgəsindən çıxarıldı. İbni Teymiyyənin əqidələri çoxlu etirazlarla üzləşdi, xüsusilə də Allahın xüsusiyyətlərini şərh etməklə. Onun qənaətincə Allah cismə malik olaraq göylərdə əyləşmişdir. O Allahın cismi olduğunu iddia edən ilk müsəlmandır və bu barədə çox yazılar yazmışdır. O həmçinin peyğəmbərin ziyarəti və ona ehtiramı haram və küfr işə bərabər saymışdır. Həmçinin övliya və salehlərə söykənməyi də haram bilir və onu allahdan başqasına söykənmək kimi qiymətləndirir. Peyğəmbər və saleh şəxslərin məzarını bərpa edilməsi və müqəddəs məqbərələrin kənarında məscidin tikilməsi ilə müxalif idi və onları küfr bilirdi.
İslamın müxtəlif məzhəb üləmaları kəskin şəkildə onunla müxalifətə başladılar.
Onlar Allahın cismə malik olması və digər insanlar kimi vəsf edilməsini iddia edən bir şəxsin sözlərinə tab gətirə bilmədilər. Müsəlman üləmalar Qurana istinadən Allahın cism və bəşər düşüncəsindən üstün olduğunu nəzərə alıb İbni Teymiyyənin düşüncəsinin əleyhinə kitablar yazdılar. Onlar həmçinin İbni Teymiyyənin mühakiməsini tələb etdilər. İbni Teymiyyə geniş etirazlara rəğmən öz əqidələrinə israr edir, müxaliflərini kafir adlandıraraq onlara qarşı kobud sözlərlə danışmışdır .
Tarixə əsasən, 703-cü hicri qəməri ilində İbni Teymiyyə arif müsəlman Ərəb Mühi Əddin Ərəbinin yazdığı Füsus əl Hikəm kitabını öz əqidələrinə zidd görüb Əlnosus Ələlfüsus kitabını onun tənqidi üçün yazıb tərəfdarlarını lənət etdi. Beləliklə də ixtilaflar dalğası ucaldı və 705-ci il Şamda keçirilən bir mühakimədən sonra İbni Teymiyyə Misirə sürgün edildi. 707-ci ildə həbsdən çıxıb neçə ildən sonra Şama qayıtdı və öz nəzərlərini yaymağa başladı. O 721-ci ildə bir daha həbs edildi və 828-ci il Dəməşqin Qala zindanında dünyasını dəyişdi.
İbni Teymiyyənin İslam barəsində düşüncəsi müsəlmanlar arasında təfriqə yaradıb bir çox İslamı əqidələrin rədd edilməsi ilə nəticələndi. Amma müsəlman alimlərin məntiqə əsaslanmış cavabları onun qaldırdığı hərəkəti dayandırdı.
Vəhhabilik firqəsinin banisi Məhəmməd İbni Əbdülvəhab 1115-ci hicri qəməri ili Hicaz və ya indiki Ərəbistanda anadan oldu. O yeniyetməlik zamanı İbni Təymimənin düşüncəsinin təsiri altına düşdü və İslamın öyüdləri ilə fərqli əqidələri ortaya qoydu.
O əqidələrini yaymaq üçün Nəcd məntəqəsinin hakimi Məhəmməd İbni Səudun güc tətbiqindən istifadə etdi.
Məhəmməd İbni Əbdülvəhab əqidələrini İslam dünyasının ən müqəddəs məkanları, yəni Məkkə və Mədinədə yaydı. O viranedici müharibələr törədib öz əqidələrini qəbul etdirmək istədi.
Atası elə onun uşaqlıq dövründən gələcəyi barəsində nigaran idi . Çünki oğlunun rəftar və danışığında yayınma hallarını müşahidə edirdi. Əbdülvəhab müsəlmanların bir çox inamlarını tənqid edib lağa qoyurdu. O Mədinədə xalqın İslam peyğəmbərinin məzarını ziyarət etmək metodlarını tənqid edirdi. Deyilənlərə görə o gənclik zamanı yalançı peyğəmbərlik iddiasında olanların həyat tərzinə vurulmuşdu. Hər halda o İbni Teymiyyə və şagirdlərinin təsiri altına düşmüşüdü.
Xalqın onun əqidələri ilə müxalif olduğuna görə Əbdülvəhab Mədinə şəhərini tərk edib Nəcdə qayıtdı. Sonra Bəsrə şəhərinə getdi və israr etdiyi əqidələrinin şəhər əhalisinin əqidələri ilə ziddiyyət daşıdığına görə bu şəhərdən də qovuldu.
Dini ekspertlərin qənaətincə Məhəmməd İbni Əbdülvəhabın bəzi əqidələrini İbni Teymiyyənin əqidələrini də ötüb keçmişdi. Onun yayınma dərəcəsi o həddə çatmışdır ki, müsəlmanların çoxunu kafir bilib onların qətlini vacib sayırdı. O dəlicəsinə inamları ilə Məkkə və Mədinəni darülküfr və darülhərb adlandırıb, bu müqəddəs məkanların tərəfdarları tərəfindən işğal edilməsini vacib sayırdı. Zorakılıq və kobudluq Əbdülvəhabın tərəfdarlarının xüsusiyyətlərindən idi. Atasından əlavə, Əbdlüvəhabın qardaşı Şeyx Süleyman da onun fikirlərini rədd etdi. Deyilənlərə görə atası həyatını dəyişməyincə Əbdülvəhabın əqidələrinin yayılmasının qarşısını alırdı. Amma 1153-cü hicri qəməri ilində öləndən sonra oğlu aşkarcasına məlumatsız şəxsləri öz əqidələrinə dəvət etdi.
Əbdülvəhabın əqidələri üzə çıxmaqla bir çox islam üləmaları onunla müxalifət etməyə başladılar.
Hənbəli üləmalarından olan Əbdülvəhabın qardaşı şeyx Süleyman qardaşının əqidələrini rədd edərək "əl-Səvaiq əl-İlahiyyə fi rədde əla əl-Vəhabiyyə" kitabını yazdı. O qardaşına çoxlu məktublar göndərərək dində bidət qoymaqdan onu çəkindirmək istədi. Bu məktubların birində yazılmışdır: Elm sahiblərindən öyrəndiyimi sənə yazıram. Qəbul edib etməsən də, vəzifəmi yerinə yetirib Allaha şükür edəcəyəm. Bil ki Allah tala Həzrət Məhəmməd (s), Quran və haqq dinlə dünyaya göndərdiyi digər dinlərə qalib gəlsin, ona Quranı nazil etdi ki, hər şeyinə həqiqəti aşkara çıxsın. Allah tala vədini yerinə yetirdi və dinini digər dinlərə qalib etdi.
Şeyx Süleyman sözlərinin davamında ayələr və rəvayətlərə istinad edərək sübut edir ki peyğəmbər ümməti ən yaxşı ümmətdir və bu ayinə tabe olmaq hamıya vacibdir. O məktubunun ardında Nisa surəsinin 115-ci ayəsinə işarə edibdir. "Haqqın aşkara çıxmasından sonra peyğəmbərlə ziddiyyət edib möminlərin yolundan çıxan şəxs getdiyi batil yola istiqamətlənərək, cəhənnəmə daxil olub orada əbədi yaşayacaq".
Amma Əbdülvəhab öz ideyalarına israr edir və əqidələrinə zidd olan hər nəyi küfr sayır. Süleyman başqa bir yerdə Əbdülvəhabın cahilliyinə işarə edib ona xitabən deyir: Peyğəmbər bizə deyib ki, cahil insan dikbaş olmamalıdır. Əskinə, bilmədiyini biləndən soruşmalıdır. Beləliklə şeyx Süleyman onun nadan oğlunu xatırladır.
Məhəmməd İbni Əbdülvəhabın əqidələrinə qarşı bütün müxalifətlərə rəğmən o Nəcd məntəqəsində öz əqidələrini yaya bildi. Sosioloqların qənaətincə bu məntəqə əhalisinin Əbdülvəhabın əqidələrinin təsiri altına düşməsi onların mədəni və sosial yoxsulluğu ilə əlaqələnir. Çünki onlar səhrada sakin idi, mədəniyyət və məlumat baxımından çox zəif idilər. Onları sadəcə aldatmaq olurdu. Nüfuzlu şəxsləri və adi camaatı, təsiri altına alan çıxışlara malik olan Əbdülvəhab bu məntəqə əhalisini özünə tərəf çəkə bildi. Əlbəttə, o əqidələrini rəvac verməkdə Məhəmməd İbni Səud və ingiltərəli kimi müstəmləkəçilərin himayəsini qazanmışdır.
Məhəmməd-İbn-Əbdül-Vəhhab vəhhabiliyin bünövrəsini qoyaraq müsəlmanları küfrdə inttihamlandırıb onlara qarşı müharibə elan etdi. Onun təhriki ilə Nəcdin səhra sakinləri İbn Səuda yardım göstərib ordu təşkil etdilər və sonra müsəlman sakinli şəhərlərə hücum edib qətliamlar törədərək müsəlmanların əmlakını qənimət adı ilə mənimsədilər.
Məhəmməd-İbn-Əbdül-Vəhhab nəinki şiə müsəlmanları, həm də bəzi sünni alimlərini kafir adlandırdı. Misal üçün, özünü Hənbəli məzhəbinin tərəfdarı saydığı halda bu firqənin banisi Əhməd-İbn-Hənbəlini kafir adlandırdı. Əhməd-İbn-Hənbəl İmam Hüseynin ziyarəti barəsində kitabında yazmışdı, halbuki Əbdül-Vəhhabın nəzərində mütəbər məkanlar və məsumların ziyarətinə getmək küfr sayılır və zəvvarları qətliam edib mallarını qarət etmək caizdir. Məhəmməd-İbn-Əbdül-Vəhab kor təəssübkeşliyə malik olan bir firqəni Məhəmməd-İbn-Səudun əməkdaşlığı ilə təşkil etdi. Hədə-qorxu və qətliam yolları ilə vəhhabilik əqidələrini rəvac verməyə cəhd göstərdi.
Əlbəttə onun əqidəsi elə əvvəldən İslam üləması üçün qəbul olunası deyil idi. Hicazın məşhur alimlərindən Seyid Əhməd-İbn-Zeyni Dəhlan, Xilasətül-Kəlam kitabında yazır: 1165-ci hicri qəməri ili Məhəmməd-İbn-Əbdül-Vəhhabin dövründə bəzi vəhhabi alimləri Nəcddən Məkkəyə gedib Məkkə alimləri ilə mübahisə etdilər. Vəhhabi alimlərinin əqidələri heç bir vəchlə Məkkə üləması tərəfindən qəbul olunası deyil idi, çünki Peyğəmbərin sözləri və Quran ayələri ilə ziddiyyət daşıyırdı. Məkkə alimləri vəhhabilərin əqidələrini əsassız saydılar və Məkkə hökmdarları vəhhabi üləmanın həbs edilməsinə əmr verdi.
Bu hadisə 1195 hicri qəməri ili, yəni 1781 milad ilində başqa cür baş verdi. Ali-Səud və vəhhabilik firqəsinin bazası olan Deriyə şəhərinin vəhhabi alimləri Məkkəyə gedib yeni tövhidləri barəsində danışdılar: Nəhayət, Məkkə alimləri vəhhabi alimlərin kafir və dinsizliyinə qərar çıxarıb onların Allah evini ziyarət etmələrinə qadağa qoydular.
Amma nə üçün vəhhabilər əqidələrini ortaya qoymaq üçün Məkkəyə gedirdilər? Məkkə şəhəri ən əhəmiyyətli müqəddəs islami məkandır. Vəhhabilər də bunu düşünüb Məkkəni işğal edərək əqidələrini təbliğ etmək istəyirdilər.
Bu arada Məhəmməd-İbn-Səud Məhəmməd İbn Əbdül-Vəhhabla tanış olmazdan qabaq kiçik Onəyzə qəbiləsinin şeyx idi. O Əbdül-Vəhhaba qoşulandan sonra get-gedə gücləndi və Nəcd məntəqəsinin şəhərlərinə hücum edib qarətə başladı. Məhəmməd-İbn-Səud 30 il Nəcdə hakimiyyət etdikdən sonra öldü və onun oğlu Əbdüləziz yerini tutdu. Əbdüləziz vaxtı ilə atası ilə birgə Məhəmməd İbn Əbdüll-Vəhhabla əhd-peyman bağlamışdı. O Məhəmməd-İbn-Əbdül-Vəhhabin himayəsi ilə Ərəbistan ərazisinin böyük bir hissəsini nəzarətinə aldı. Məhəmməd-İbn-Əbdül-Vəhhab 1793-cü milad ilində 96 yaşında öldü və ondan sonra oğlanları, nəvələri vəhhabilik əqidəsinə rəvac verdilər.
Vəhhabilik əqidələrini qeydə alan Əbdül-lətif onun övladlarındandır. Əbdül-Vəhhabın övladları öz yazılarında onun azğın və pozğun əqidələrini nəşr etdilər.
Vəhhabilərin törətdikləri ən ağır faciələrdən biri 1801-ci milad ilində baş verib. Bu zaman Məhəmməd İbn Səud vəhhabinin övladlarından olan Səud-İbn Əbdüləziz Nəcd əhalisindən 20 min döyüşçünü səfərbər edib Kərbəlaya hücum etdi. Kərbəla şəhəri o vaxtlar çox məşhur möhtəşəm şəhər idi və iranlı, türk və ərəb zəvvarlar İmam Hüseyn ziyarəti üçün bu müqəddəs şəhərə səfər edirdilər. Səud Kərbəla sakinləri, müdafiəçiləri və zəvvarlarını kafir adlandırıb faciəvi şəkildə onları qətliam etdi. Çox az sayda insan faciədən canını qurtara bildi. Tarixi mənbələr göstərir ki, vəhhabilər ən azı 5 min nəfəri ağır vəziyyətlə qətlə yetirmişlər. Səudun yayınmış və kobud hərbçiləri hətta İmam Hüseyn məzarını da dağıtdılar, zərihi qoparıb bütün qızıl və gümüşləri qarət etdilər. Kərbəla faciəsi islam dünyasında geniş əks-səda doğurdu və vəhhabilərə qarşı çoxlu etirazlar olub şairlər bu barədə şeirlər dedilər.
Vəhhabilər 12 il müddətində vaxtaşırı Kərbəla və Nəcəf şəhərlərinə hücum edib onları qarət edirdilər.
İraq sakini məşhur dini alimlərdən olan Əllamə Seyid Cavad Amoli o zaman yaşıyırmış. O vəhhabilərin Kərbəlaya hücumu barəsində yazır: Səud 1216-cı hicri qəməri (1801 milad ili) il Hüseyn(ə)-ın hərəminə hücum etdi. O bir çox kişi və uşağı öldürdü, mallarını qarət etdi, hərəmdə bacardığı qədər fəsad və vandallıq törətdi.
Vəhhabilərin Kərbəla cinayəti nifrət dalğalarını ucaltdı belə ki, bir nəfər şiə 1218 hicri qəməri ilində Səudun 83 yaşlı atasını öldürdü. Səud döyüşçüləri 1805-ci milad ilində müqəddəs Nəcəf şəhərinə hücum etdilər, amma İmam Əlinin məzarını özündə yerləşdirən bu şəhər əhalisinin misilsiz müdafiəsi nəticəsində geri çəkilmək məcburiyyətində qaldılar. Yazılanlara görə əhali və dini elmlər tələbələri, habelə Əllamə Kaşif -ül-Ğəta gecə-gündüz şəhəri müdafiə etdilər. Bu mücahid aləmin evi silah anbarına çevrildi. Səud qüvvələrinin bu hücumda sayı 15 min nəfər idi.
Nəcdli tarixçi İbn Boşr yazıb: 1220-ci hicri qəməri ilində Səud güclü bir qoşunla müqəddəs Nəcəf şəhərinə tərəf yollandı. Qoşun Nəcəf şəhərinə çatanda dərin bir xəndəklə üzləşdilər. Onlar bu xəndəkdən keçə bilmədilər. Vəhhabilərin bəzisi də atılan oxlara tuş gəlib öldülər və qalanları geri çəkilib ətrafdakı kəndləri qarət etdilər.
Vəhhabi firqəsinin rəhbərləri və müridləri zahirdə əsil islama qayıdış şüarını səsləndirərək bir çox günahsız müsəlmanı qətliam etdilər.
Vəhhabilik tarixi zorakılıq və çoxlu ifratçılıqla dolu bir tabloya oxşayır. Elə əvvəldən Məhəmməd İbni Əbd-ül-Vəhhab, Məhəmməd İbni Səudla vəhhabiliyi yaymaq üçün əhd-peyman bağlayıb ətraf məntəqələrə hücum edərək müsəlmanları qırğın etməyə başladılar. Onlardan sonra oğlanları bu yolu davam etdirdilər .
Məhəmməd İbni Əbd-ül-Vəhabın uşaqları vəhhabiliyi təbliğ edib, Məhəmməd İbni Səudun uşaqları vəhhabi alimlərinin fitvalarına əsasən insanları qırğın, əraziləri işğal edərək vəhhabiliyi geniş şəkildə yaydılar. Bu istiqamətdə Məhəmməd İbni Səudun oğlu Əbdüləzizin gözə çarpacaq rolu olmuşdur. O geniş və kütləvi qırğınlar, qorxu atmosferi yaradaraq vəhhabiliyə çoxlu xidmətlər etmişdir. Əbdüləziz oğlu Səudla bərabər müqəddəs şəhərlərdə qətliam törədib məzhəbi simvolları olan müqəddəs abidələri yerlə yeksan etdilər. Onlar müqəddəs Kərbəla şəhərini viran edib İmam Hüseynin məzarına hücum etməkdən sonra İslamın ən əhəmiyyətli bazası olan Məkkə şəhərini işğal etməyə çalışdılar.
Müsəlman mütəfəkkirlərin çoxu bu qənaətdədirlər ki, Əbdüləziz və oğlu Səudun sərt zorakılıqları olmasa idi, nəinki Ali Səudun hakimiyyəti davam etməzdi, həm də vəhhabiliyə rəvac verilməzdi. Onların sərəncamı ilə şiə və ya sünni olduğundan asılı olmayaraq, hər bir qeyri-vəhhabi müsəlmanın qanının tökülməsi, malı və namusu vəhhabilərə halal sayılır.
Neftin kəşf edilməsi zamanına qədər Ali Səudun ordu xərcləri büdcəsi müsəlmanları qarət etməklə təmin olunurdu. Ərəbistanda Əbdüləziz və oğlu Səuda şöhrət qazandıran hadisə onların Məkkə, Mədinə və Taifi işğal etmələri olmuşdur. Onlar bu şəhərlərə hücum edərək Əhli-Beytin məzarlarını dağıdıb vəhhabiliyin dar-düşüncəli qanunlarını icra etdilər.
Vəhhabilər müqəddəs Kərbəla şəhərlərinə hücumdan sonra 1802-ci milad ili Hicazın Taif şəhərinə hücum etdilər. Əbd-ül-Əzizin hakimiyyəti vaxtı oğlu Səudun başçılığı ilə həyata keçirilən bu hücum vəhhabilərin ən kobud və zorakı hücumlarından sayılır .
Məşhur İraqlı şair və mütəfəkkir Cəmil Sedqi Zəhavi bu hadisə barəsində yazıb: Vəhhabilərin ən çirkin işlərindən biri taif əhalisini qətliam etmələridir. Onlar hətta anasının qucağında olan südəmər uşağın başını kəsdilər. Onlar Quran Kərim və sünnilərin Səhih Boxari kimi dəyərli kitablarını ayaq altında tapdaladılar. .
Vəhhabilər Taif əhalisini qətliam edəndən sonra Məkkə üləmalarına məktub göndərib onları vəhhabiliyə dəvət etdilər. Şah Fəzl Rəsul Qadiri Seyf-ül-Cəbbar kitabında yazıb: Məkkə üləması toplaşıb bu məktubu cavablandırmaq istədi. Bu halda Taifin məzlum əhalisindən bir neçəsi Məscid əl-Hərama daxil olub başlarına gələn hadisədən danışdılar. Məkkə əhalisi arasında söz düşdü ki, vəhhabilər yaxın gələcəkdə Məkkəyə hücum edəcəklər. Bu da əhalini qorxuya saldı. Digər tərəfdən həcc üçü Məkkəyə gələn sünnilərin hər 4 firqəsindən olan üləmalar vəhhabiləri kafir tanıyıb və onlarla cihad etməyə fitva verdilər. Onlar Məkkə hakimiyyətindən istədilər ki, vəhhabilərə qarşı mübarizə aparsın. Bununla belə Məkkə əhalisi vəhhabilərlə döyüşə hazır olmadılar, digər tərəfdən vəhhabilər ordusunun başçısı Əbdül-Əzizin oğlu Səud Məkkəyə məktub göndərib zəvvarların 3 gün müddətində bu şəhəri tərk etmələrini tələb etdi. Məkkə hökmdarı və şəhərin bir neçə alim və tanınmış şəxsiyyətləri Səudun yanına gedib Məkkə əhalisinə aman verməsini istədilər. Səud da bunu qəbul etdi. Səud 1803-cü ildə döyüşmədən Məkkəyə daxil oldu. O Kəbəni ziyarət edəndən sonra əhalini vəhhabiliyə dəvət edib. Əhdi-Peyman almaq üçün bir yerə topladı. O Allah, Peyğəmbər və İslam barəsində öz düşüncəsini açıqladı və əhalidən istədi ki, onun döyüşçülərilə bərabər şəhərin bütün dəyərli məzhəbi, tarixi əsərləri və abidələrini məhv etsinlər. Vəhhabilər Peyğəmbərin anadan olan məkanın günbəzi, Əlinin, Xədicə və Əbubəkrin anadan olan məkanın günbəzini dağıtdılar. Kəbə həndəvəri və Zəmzəm quyusunun üstündəki abidələri viran etdilər. Onlar müqəddəs məkanları məhv etdikləri zaman təbil çalıb, mahnı oxuyub və rəqs edirdilər.
Küveytin məşhur sünni şəxsiyyətlərdənolan doktor Refai vəhhabi alimlərinə xitabən yazıb: Siz Peyğəmbərin ilk həyat yoldaşı Üm-ül-Möminin Xədicey-i Kübranın evinin dağılmasına izn verdiz. Hal bu ki, onda vəhyin nazil olan məkanı idi. Nə üçün Allahdan qorxmayıb Peyğəmbərdən utanırsız? Peyğəmbərin anadan olduğu məkanı dağıdıb heyvanların alış-veriş mərkəzinə çevirdilər. Və yanlız sonralar salih şəxslərin təşəbbüsü ilə bu məkan vəhhabilərin əlindən çıxarılıb kitabxanaya çevrildi.
Vəhhabilərin ən ziyanlı işlərindən biri Məkkənin əl-Məktəb əl-Ərəbiyyə adlı möhtəşəm kitabxanasını odlamaları olmuşdur. Bu kitabxanada 60 min kitab, o cümlədən 40 min əlyazma saxlanılırdı. Bu kitablar arasında cahillik dövrünə aid yəhudi və Qüreyş kafirlərinin əlyazmaları habelə Əli, Əbubəkr, Ömər, Xalid İbni Vəlid, Tariq İbni Ziyad kimilərin əlyazmalarına işarə etmək olar. Bu kitabxanada həmçinin Peyğəmbərin silahları və cəhalət dövrünün Lat, Ozzi, Mənat və Həbəl bütləri saxlanılırdı. Bəzi tarixçilər bildiriblər ki, vəhhabilər bu kitabxananı küframiz əsərlər saxladığı bəhanəsilə yandırmışlar. Əslaf tarixini və mədəniyyətini qorumaq hansısa cəmiyyətin sivilizasiyasının nişanəsi hesab olunur. Çünki bu əsərlərdən çoxlu ibrət dərsi almaq olar. Buna görə də hökumətlər onları qorumaq üçün idarələr təşkil edib tədbirlər görürlər, məharətli ekspertlər tərbiyə edib kiçik bir saxsı qabın məhv olmasının belə qarşısını alırlar. Əsərlərin məhv edilməsi cahillik və dar-düşüncəli olmadan savayı heç nəyi təmsil etmir. Tarixi kitablar və səfərnamələr İslam ölkələri və ruhi yolunda bir çox möhtəşəm məzarlıqların mövcud olduğunu göstərir ki, vəhhabilər küfr kimi əsassız bəhanələrlə onları tam şəkildə məhv etmişlər.
Zorakılıq və rəhmsizlikdə məşhur olan Səud İbn Əbd-ül-Əziz Məkkəni işğal edən vaxt bir çox sünni alimlərini səbəbsiz öldürüb Məkkənin bir çox varlılarını asdı. Məzhəbi etiqadlarına israr edən müsəlmanlar işgəncəyə məruz qoyuldu və şəhərdə səsləndirildi: Ey camaat! Səudun dininə daxil olun ona sığının!
Osmanlılar hökuməti ordusunun komandanlarından olan general Əyyub Səburi yazır: Əbd-ül-əziz İbni Səud vəhhabi qəbilə başçılarına ilk çıxışında söylədi: Biz bütün şəhərlər və kəndləri nəzarətə keçirməliyik. Əqidələrimizi onlara öyrətməliyik. Biz bu istiqamətdə Peyğəmbər sünnəsinə tabe olmaq iddiasında olan sünni alimlərini yer üzündən məhv etməliyik. Xüsusi ilə məşhur alimləri, çünki bunlar yaşadıqca, bizim dindarlar xoş gün görməyəcəklər. Bu üzdən alim kimi çıxış edənlərin nəslini kəsməliyik.
Səud İbn Əbd-ül-Əziz Məkkəni işğal edəndən sonra, Ərəbistan yarımadasının digər əhəmiyyətli şəhərlərini işğal etmək istədi. O növbəti olaraq Cəddə Limanına hücum etdi. Özü vəhhabi olan, İbn Boşr "Nəcdi Tarixində" yazıb: Səud, 20 gün Məkkədə qalandan sonra Ciddəni mühasirə etdi, amma Ciddənin hökmranı topla atəş açaraq bir çox vəhhabini öldürüb didərgin saldı. Vəhhabi qüvvələri bu məğlubiyyətdən sonra öz yurdlarına, yəni Nəcdə getdilər, çünki deyilənlərə görə İrandan bir ləşkər Nəcdə hücum etmişdi. Beləliklə də Məkkəni vəhhabilərdən geri almağa münasib şərait yarandı. Məkkənin vəhhabilər hücumundan sonra Ciddəyə qaçmış hökmdarı, Ciddə hökmdarının yardımı ilə Məkkəyə güclü bir ordu göndərdi. Onlar vertolyotla təchiz olaraq vəhhabiləri məğlub edib Məkkəni fəth etdilər. Bununla belə vəhhabilər yenə də əhəmiyyətli Məkkə şəhərini ələ keçirmək istəyirdilər.
1804 də Səudun əmrilə bir daha Məkkə mühasirə olundu. O qədər Məkkə əhalisi ilə sərt davrandı ki, bir çoxları aclıqdan həlak oldu. Məkkənin bütün giriş və çıxış yolları bağlanıb və Məkkədən qaçanı tutub öldürürdülər. Tarixdə deyilir ki, Məkkədə ölən bir çox uşağın cənazəsi küçələrdə yerdə qalmışdır.
Məkkə hökmdarı Şərif Qalib vəhhabilərlə razılaşma məcburiyyətində qalır və 1805-də onlara təslim olur. Tarixçilər bu barədə yazırlar: Məkkə hökmdarı qorxudan vəhhabilərin əmrini yerinə yetirdi və onların Məkkəni işğal etdiyi vaxt çox yumşaq davranıb vəhhabi üləmasına zəngin hədiyyələr verməklə Məkkə əhalisini qorudu. Vəhhabilər Məkkəni bir daha işğal etməklə qərar çıxardılar ki, İraqlı zəvvarlar 4, Şam əhalisi 3 və misirlilər 2 il müddətində Həcc mərasiminə gedə bilməzlər.
Səud Məkkəni işğal edəndən sonra Mədinət-ül-Nəbiyə göz tikdi və bu şəhəri mühasirəyə aldı. Amma Mədinə əhalisi onların zorakı və dar düşüncəli olduqlarını nəzərə alaraq müqavimət göstərdi. Sonda il yarım mühasirədən sonra Səud 1806-da bu şəhəri də işğal etdi. Vəhhabilər Peyğəmbərin ziyarətgahında olan bütün qiymətli əşyaları qarət etdilər, amma müsəlmanların qəzəbindən qorxaraq Peyğəmbərin müqəddəs məzarını dağıtmadılar. Almaz və digər cəvahirlərlə dolu 4 sandıq , bahalı şamdanlar və qızıl və almazla zinətləndirmiş 100 qılınc qarət edilən əşyalardan olmuşdur.
Səud İbn Əbd-ül-Əziz Mədinəni işğal edəndən sonra bu şəhər əhalisini Məscid-ül-Nəbiyə toplayıb, belə danışdı : Ey Mədinə əhalisi ! Əl-Yum Əkməltə Ləkom Dinekom (Bu gün dininizi kamilləşdirdim) ayəsinə istinadən bu gün dininiz kamilləşdi və islamı tanıya bildiniz. Allah da sizdən razı oldu. Ata-babalarınızın batil dinlərini buraxın. Onlara salam və rəhmət göndərməkdən çəkinin, çünki onların hamısı kafir olaraq dünyalarını dəyişmişlər.
Səud hücumları əsnasında çoxlu qətliamlar törətdi. Onun və vəhhabilərin kəskin zorakılığı ərəb xalqı və şahlarını dəhşətə salmışdı. Belə ki heç kim Həcc səfərinə getməyə belə cəsarət etmirdi. Məkkə hökmdarı canının qorxusundan Səudun tələbini yerinə yetirərək bütün imamların məzarları və Məkkə ilə Mədinənin digər müqəddəs məkanlarının dağıdılmasına əmr verdi. O Ərəbistanda vəhhabilik məzhəbini rəsmən tanıtdırdı və vəhhabilər istədiyi kimi, Peyğəmbərə salam, azanlardan çıxarıldı. Bu yayınmış firqənin əqidələri və zorakılıqlarına tab gətirməyən Ərəbistan şəxsiyyətləri və ərəb əmirləri, ən üstün məqam, yəni osmanlı şahına məktub göndərib, vəhhabilərin gücünün artırılmasına dair xəbərdarlıq etdilər. Onlar xatırlatdılar ki, vəhhabilik firqəsi Ərəbistanla kifayətlənməyib və bütün müsəlmanları nəzarətinə çıxarmaq istəyir. İslam yurdları, o cümlədən Hicaz, Yəmən, Misir, Fələstin, Suriya və İraqa hakim olan Osmanlı dövləti Misir hökmdarına vəhhabilərlə döyüşməyə fərman verdi.
Bu zaman Səud 66 yaşında bağırsaq xərçəngi xəstəliyi tutaraq öldü və oğlu Abdulla onun yerinə oturdu. Misir hökmdarı Məhəmməd Əli Paşa Osmanlı dövləti tərəfindən təchiz olundu və vəhhabilərlə neçə dəfə döyüşüb Məkkə, Mədinə və Taif şəhərlərini azad etdi. Misir hökmdarı əsir tutulmuş vəhhabi sərkərdələrini Osmanlnın paytaxtı İstanbula göndərdi.
Amma vəhhabilərin işi hələ də bitməmişdi. Misir hökmdarı Məhəmməd Əli Paşa bir daha qüvvələrini dənizdən Hicaza yolladı. O Məkkəni baza kimi seçib Məkkə əmiri və oğlanların sürgün edib mallarını müsadirə etdi. Sonra Misirə qayıdıb qohumlarından olan İbrahim Paşanı təchiz edib Nəcdə göndərdi. İbrahim Paşa Nəcd məntəqəsində vəhhabilərin mərkəzi olan Deriyyə şəhərini mühasirə etdi. Vəhhabi müdafiəçiləri İbrahim Paşanın qarşısında güclü müqavimət etdilər. Top və digər odlu silahlara malik olan İbrahim Paşa Deriyyə şəhərini ələ keçirib Abdullah İbni Səudu yaxaladı və yaxınları ilə birgə İstanbula göndərdi. Osmanı şahı şəhərlər və bazarlarda gəzdirəndən sonra onları edam etdi və beləliklə də islam yurdlarının bir çoxunda müsəlmanlar şənlik keçirdilər.
İbrahim Paşa 9 ay Deriyyə şəhərində qalandan sonra oranı boşaldıb sonra məhv etdi. İbrahim Paşa Məhəmməd İbni Əbd-ül-Vəhhab və Ali-Səudun bir çox qohum əqrəbalarını öldürüb və ya sürgün edərək bu təhlükəli firqəni məhv etməyə çalışdı. Osmanlı şahı Nəcd və Hicazın hökmdarlığını Misir hökmdarı Məhəmməd Əli Paşaya tapşırdı, beləliklə də vəhhabilik firqəsi dağıldı və bir əsir boyu ondan ad da belə qalmadı. Əbdüləziz və oğlu Səudun geniş ölkəsi dağılıb bir çox vəhhabi öldürüldü və vəhhabilərdən qorxu sona çatdı.
Ali-Səudun Osmanlı dövlətinə ağır məğlubiyyətindən sonra Ali-Səud xanədanında güc durğunluğu başlandı.
1883-1820-ci illərdə Ali-Səud xanədanının bir neçəsi məhdud şəkildə vəhhabilik mərkəzi Dəriyə və bəzi digər məntəqələrə hökmranlıq etdilər, amma hər dəfə Osmanlı dövlətinin repressiyasına məruz qaldılar. 53 il durğunluqdan sonra Əbd-ül-əziz İbni Əbd-ül-Rəhman 1900-cü ildə səudilərin qədim rəqibi yəni Ali-Rəşidə qələbə çaldı və bir il sonra Ərəbistanın Əl-Riyad şəhərini işğal etdi. Bu tarixdən etibarən Ali-Səudun sərhədi genişləndi və vəhhabilik firqəsinin fəaliyyəti artdı.
İbni-Səud ad ilə məşhur olan Əbd-ül-Əziz İbni Əbd-ül-Rəhman sərhədlərini genişləndirmək üçün vəfalı vəhhabilərdən ibarət İxvan-ül-Tövhid qrupunu təşkil etdi. Əslində İxvan-ül-Tövhid vəhhabilərin dini-hərbi təşkilatı idi və Ərəbistanda vəhhabiliyi rəvac verməyi üzərinə götürmüşdü. Tarixdə göstərilir ki, Əbdüləziz ingiltərəlilərin yardımı və himayəsilə güclənmişdir.
Son əsirlərdə bir çox hadisələrdə istilaçıların izini müşahidə etmək olur, amma ümumiyyətlə onların planı ölkələrdəki daxili ünsürlərin vasitəsi ilə icra olunur.
Əbd-ül-Əziz İbni Səud bu şəxslərin biridir. O İngiltərə ilə siyasi əlaqələr qurub rəqiblərinin üzərinə qələbə çaldı. Birinci dünya müharibəsi zamanı İngiltərə çalışırdı ki, Osmanlı imperiyasına qələbə çalıb onu parçalasın. Bu istiqamətdə İngiltərə hökuməti Nəcd məntəqəsində özünə sadiq 2 böyük xanədanla dostluq münasibətləri qurdu. Bu xanədanlar Hicaz, yaxud Məkkə və Mədinəyə nəzarət edən Haşimi xanədanı və Əl-Riyyad La Nəcdə hakim olan Ali-Səud xanədanından ibarət idi.
İngiltərə Ərəbistanın Ərəb qəbilələrini razı salıb onlardan istifadə etmək üçün, bir-biri ilə düşmən olan bu iki xanədanı oynadıb hər birinə məxsus bir zabit göndərdi. "Ərəbistan Lorensi" adı ilə məşhur olan Tomas Edvard Lorensi Şərif Hüseynin tərəfinə, özünü Əbdullah adlandıraraq müsəlmanlıq iddiası edən Həri Sent Can Bricer Filbi isə Ali-Səudun tərəfinə göndərdi.
Ərəbistan Lorensi (Tomas Lorens) Şərif Hüseynə vəd etdi ki, Osmanlıları məğlub edəndən sonra böyük Ərəbistanın hakimiyyəti ona tapşırılacaq. Elə Əbd-ül-Əziz Səuda da yeni vəd verildi. İngiltərə Əbdüləzizin Nəcd, Ehsa, Qəsim və Cobəyl hakimiyyətini rəsmən tanıdı. 1915-ci ildə imzalanan müqaviləyə əsasən İngiltərə illik Ali-Səuda 60 min lirə yardım etmək və Əbd-ül-Əziz xanədanını əcnəbi dövlətlərin hücumu qarşısında himayə etməyi qəbul etdi. Onun əvəzi olaraq İbni Səud qəbul etdi ki, Ərəbistanın İngiltərə nəzarətində olan məntəqələrinə hücum etməyəcək və İngiltərənin düşmənlərinə imtiyaz verməyəcək.
Birinci dünya müharibəsindən sonra Haşimi xanədanından olan Hüseyn İbni Əli özünü ərəblərin soltanı adlandırdı və Ali-Səudla döyüşdü, amma Əbd-ül-Əziz İngiltərənin yardımı ilə onu məğlub etdi. Sonrakı illərdə səudilər sərhədlərini genişləndirdilər. Amma ingilislər Əbd-ül-Əziz Səudun bütün Ərəb adasını ələ keçirməsini öz maraqlarına zidd görürdülər. Bununla belə İbni Səud Hicazı nəzarətinə çıxarmaq istəyirdi və buna görə də ordusunu Məkkəyə tərəf göndərdi.
Vəhhabi qüvvələri 1923-cü ildə Məkkədə olan Taif şəhərinə çatdılar. Hicazın bu əhəmiyyətli şəhərinin valisi vəhhabilərin hücumundan qorxub qaçmışdı. Bunun ardınca Taif şəhərinin böyükləri vəhhabilərlə müzakirə edib qan tökülmədən şəhəri onlara təslim etdilər. Amma vəhhabilər öhdəliklərini yerinə yetirməyib, rəhmsizcəsinə şəhərdə qan tökdülər. Şəhərin kişi, qadın və uşaq olmalarından asılı olmayaraq əhalisini qırğın etdilər. Həlak olanların sayı 2 min nəfərə çatdı. Əbd-ül-Əzizin Taif cinayəti vəhhabilərin qabaqkı Taif cinayətlərini yaddaşlarda canlandırdı. Həlak olanlar arasında Şafeilərin müftisi Şeyx Abdullah Zəvvari də var idi. Vəhhabilər onu məsciddən çıxarıb doğradılar.
Az sonra Əbdüləziz Məkkəni də işğal etdi. İngiltərə öncə Əbdüləzizin əhdi-peymanını pozub Hicaza hücum etməsi ilə müxalif olduqlarını bildirdi, amma sonda onun Ərəbistana hakimiyyətini qəbul etdi. İngiltərə bir tərəfdən Yaxın Şərqdə özünə asılı bir hakimiyyətə ehtiyac duyurdu, digər tərəfdən isə Ərəbistanın neft ehtiyatlarına göz dikmişdi.
İngiltərə Haşimi xanədanını himayədən çəkindi və İbni Səuda bütün Ərəb adasını işğal etməkdə yardım göstərdi. Beləliklə də 1932-ci ildə çox çəkişmədən sonra yayınmış vəhhabilik firqəsi ən əhəmiyyətli islam ərazilərində kök saldı və Əbd-ül-Əziz özünü vəhhabiliyin rəhbəri və "Hərəmeyn-i Şərifeynin xidmətçisi" adlandırdı.
Bu vaxtdan etibarən müsəlmanları qətliam və qarət etməklə büdcələrini təmin edən səudilər artıq neft satıb ticari əlaqələrini genişləndirməklə pul ehtiyaclarını çoxaldırdılar. Əbd-ül-Əzizin 1953-cü ildə ölümündən sonra onun vəsiyyətinə əsasən hakimiyyət oğlanlarına çatmalı olur. Əbd-ül-Əzizin ilk hakimiyyətə çatan oğlunun adı Səud idi. Ondan sonra Feysəl İbni Əbd-ül-Əziz şah oldu. Amma səudilərin ixtilafı onun terror edilməsilə nəticələndi. Feysəl zamanında baş verən hadisələrdən, Ərəbistan vəhhabilərinin dini rəhbərliyi öhdəsinə olan Əbd-ül-Vəhhabın övladları, yaxud "Ali Əl-Şeyx" ailəsini kənarlaşdırmaları olmuşdur. Beləliklə də Ali-Səudun Vəhhabilik cərəyanı siyasi cərəyana çevrildi və bu iki xanədan, yəni Əbd-ül-Vəhhab və Ali-Səud xanədanının 200 illik əməkdaşlığına son qoyuldu.
Feysəldən sonra Xalid İbni Əbd-ül-Əziz hakimiyyətə gəldi. İran İslam Respublikası inqilabı Xalidin hakimiyyəti vaxtı baş verdi. Bu böyük hərəkat vəhhabiləri dəhşətə saldı, çünki İran İnqilabı Amerika Birləşmiş Ştatları və imperializmə zidd hərəkatdır və vəhhabiliklə müxalifdir.
Xalidin ölümündən sonra Fəhəd İbni Əbd-ül-Əziz 1982-ci ildə hakimiyyətə çatıb özünü "Hərəmeyn-i Şərifeyn" xidmətçisi adlandırdı. O bu islami adın örtüyü ilə qeyri-düzgün işlərinə bəraət qazandırırdı. O cümlədən Fələstin xalqının mövqeyini sionist rejim qarşısında təslimçi mövqeyə yönəltdi. ABŞ-ın sərəncamı ilə 1987-ci ildə iranlı hacıların 400 nəfərinin qətliam edilməsi onun dövründə baş verdi.
Fəhədin ölümündən sonra onun ögey qardaşı Mələk Abdullah 2005-ci ildə hakimiyyətə gəldi. O da Livan müqavimətinə qarşı sionist rejimini himayə etmək, Yəmən və Bəhreyn xalqlarının repressiya edilməsinə yardım göstərmək kimi qara işləri həyata keçirmişdir.
Bu gün vəhhabilər Ali-Səud hakimiyyəti sayəsində və Ərəbistan neftinin satışından əldə olunan gəlirlərlə günün modern texnologiyalardan istifadə edib batil əqidələrini təbliğ edirlər. Onlar həmçinin dini dərslər mədrəsələri, universitetlər təsis etmək, müxtəlif ölkələrdə yoxsul camaatlar arasında çoxlu pullar paylamaq və digər vasitələrlə yayınmış əqidələrini insanlara qəbul etdirirlər.
profliqa.blogspot.com

Комментариев нет:
Отправить комментарий