21.06.2015

ABŞ Türkiyəni terrorizimin “Ana yol”u adlandırdı

ABŞ “Ölkələrin terrorizm” hesabatını mətbuata açıqladı. Hesabatda deyilir ki, bu il İŞİD terrorçularına 90 ölkənin vətəndaşı qoşulub.
Eyni zamanda hesabatda Türkiyənin əcnəbi döyüşçülər üçün “ana yol” olduğu bildirilib. O cümlədən, Ankaranın xarici terrorçuların yuvası halına gətirilən Liviya kimi ölkələrə viza sitemi tətbiq etməməsinin belə problemlərə yol acdığı vurğulanıb.
İslaminsesi.org-un xarici mənbələrə istinadən verdiyi xəbərə görə, Vaşinqtonun bu il hazırladığı 388 səhifəlik hesabatda ölkələrə görə təsnif edilən bir çox bölümdə İŞİD-in faaliyyəti Türkiyəyə aid məsələ kimi göstərilib.
Hesabatın giriş hissəsində deyilir ki, 2014-cü ildə qlobal terrorizmin önəmli xətti İŞİD-in Suriya və İraqda analoqu olmayan tərzdə torpaq işğal etməsi gözlənilməz idi. İŞİD-ə qatılmaq üçün dünya müqyasında xariçi döyüşçü axını oldu.
Qərbdə qəddarlıq təbliğ edən radikal dinçilərin tərəfdarlarının sayının artması da müşahidə edildi. 

Hesabatda 2014-ci iln sonundan etibarən sadəcə Suriyaya gedən döyüşçülərin sayının 16 minə çatdığı bildirilib və “bunun son 20 il içində Əfganistan, Pakistan, İraq, Yəmən və ya da Somaliyə səyahət edən xariçi terrorçuların sayından çox olduğu bildirilib.
Əcnəbi döyüşçülər mövzusunda verilən detallarda isə Türkiyə əlaqələri hesabatda geniş yer tutub, “ölkələrarası əlaqələrdəki mərkəzi rolu və Suriya, İraqla olan uzun sərhəd səbəbiylə Türkiyə xarici savaşçılar üçün ana yol olaraq qaldı” deyilib. Bir çox ölkə üçün hazırlanan bölümdə Türkiyəyə dair bu mövzuda detallı dəyərləndirmələr yer tutub. Bu dəyərləndirmələr arasında, Almaniya və Avstraliyadakı türk kökənli şəxslərin İŞİD bağlantıları və Cibulididə türklərin də öldüyü, Əl-Kaidə ilə bağlı hücumlara aid məlumatlar yer alıb.
Qeyd edək ki, ABŞ prezidenti ötən həftə Türkiyəni məhz bu səbəbə görə qınamışdı: “Türkiyə rəsmiləri döyüşçü axınını qarşısını almaq üçün lazım olan peşakarlıq və cəhd götərmir. 2014-cü ildə Türkiyə, ciddi çalışmalarla “giriş qadağaları” tətbiq edərək şübhəli terrorçulara qarşı daha dərin axtarış prosedurları həyata keçirmək üçün həmin ölkələrlə işbirliyini artırdı”.
Bir sözlə, ABŞ hər zaman olduğu kimi bu il də xarici siyasətini bu hesabatla maskalamağa çalışıb. Belə ki, ABŞ Türkiyədə günahsız insnların daim qanını axıdan, körpələrin başını kəsən, ailələri nəillikcə yer üzündən silən PKK terror təşkilatını az qala sülh göyərçini kimi təqdim edib. 1997-ci ildən bəri olduğu kimi bu il də ABŞ-ın terror siyahısına PKK düşmədi. Guya PKK bütün dünyanı İŞİD terror qruplaşmasından xilas etmək üçün döyüşür.
Artıq ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi də İŞİD-in yaradılmasında iştirakını etiraf edirsə, o zaman bu imperialist rejim PKK-nı niyə görə İŞİD-la mübarizə aparan qəhrəman kimi dünyaya sırıyır? /islaminsesi.org/

Комментариев нет:

Отправить комментарий