13.06.2015

“Gülənçi şəbəkə”yə qarşı növbəti dalğa başlayır

Avropa Oyunlarından sonra Azərbaycandakı “gülən şəbəkəsi”nə qarşı ciddi mübarizə başlaya bilər. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, AKP-nin bir neçə gün əvvəl keçirilən parlament seçkilərində Azərbaycanda CHP-yə məğlub olması Rəcəb Tayyip Ərdoğanın yenidən ölkəmizdəki “gülənçi şəbəkə”nin zərərsizləşdirilməsi məsələsini gündəmə gətirməsinə səbəb olub.
Təsadüfi deyil ki, artıq bir neçə gündür, hakimiyyətin nəzarətində olan media orqanlarında “gülənçi şəbəkə”yə qarşı kampaniyaya start verilib. Bu həmin şəbəkənin sıradan çıxarılacağının anonsu hesab edilər bilər.
İddialara görə, “gülənçi şəbəkə”nin Azərbaycanda kifayət qədər ciddi dayaqları var. Hələ bir müddət əvvəl bu məsələ gündəmə gələndə hətta hakimiyyətdə “gülənçi şəbəkə” ilə işbirliyində olan məmurların olduğu üzə çıxdı. Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanov, prezident yanında strateji araşdırmalar mərkəzinin rəhbəri Fərhad Məmmədov, dini qurumlarla iş üzrə dövlət komitəsinin keçmiş sədri Elşad İsgəndərov, neft şirkətinin vitse-prezidenti Xalid Məmmədov və deputat Ceyhun Osmanlı “gülənçi şəbəkə” ilə işbirliyində ittiham olunurdu.
Özü də bu şəxslərin “gülənçi şəbəkə” ilə işbirliyində olması barədə hakimiyyətin nəzarətində olan media orqanları yazırdı. Bu məsələ gündəmə gələndən sonra adıçəkilən şəxslər küncə sıxışdırıldı. Lakin görünür Türkiyə rəhbərliyi bu və “gülənçi şəbəkə”yə bağlı digər şəxslərin tamamilə sıradan çıxarılmasını istəyir. /faktxeber.com/

Комментариев нет:

Отправить комментарий